Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1764/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1935 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1965 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X7 arasında 19.01.2018ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Nissan Tiida” markalı, 90CL843 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 06.10.2018-ci il tarixdə “Nissan Tiida” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, H.Əliyev prospekti, Ş.l.Xətai prospektində yolnəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E220” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 yüngül zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən “Mercedes Benz E 220” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1185,00 (min yüz səksən beş) manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 750,00 (yeddi yüz əlli) manat, cəmi 1935,00 (min doqquz yüz otuz beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Gəncə şəhər BPİ TŞ-dən 19 oktyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Gəncə şəhər BPİ TŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi 19.10.2018-ci il tarixli, HK-1/325 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Nissan Tiida” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, X7 ilə “xxxx” ASC arasında 19.01.2018-ci ildə PAA********** nömrəli İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X6 məxsus “Nissan Tiida” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 19.01.2019-cu il tarixədək qüvvədədir. İş materiallarında olan 19.10.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh 06.10.2018-ci il tarixdə saat təxminən 17 radələrində H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində X6 məxsus “Nissan Tiida” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamədə olmadan idarə edən zaman, “Mercedes Benz E220” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobilə və həmin avtomobilin sərnişini X2 yüngül zərər vuran yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh qeyd edilən əməlində cinayət tərkibi olmadığı olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, o, X14 Qanunun tələblərini pozaraq İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati icraat açılması üçün qərarın surəti Gəncə şəhər Prokuroruna göndərilmişdir. İş materiallarında olan AB seriyalı, 737751 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Tiida” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8r. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X12 tərəfindən “Nissan Tiida” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində sərəncam vermək hüququ da daxil olmaqla, bütün hərəkətləri etməyə X6 etibar edilmişdir. İş materiallarında olan AD seriyalı, 011141 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9r. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin Sığorta hadisələrinin tənzimləməsi departamentinin hesablamasından görünür ki, “Mercedes Benz E220” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1185 manat təşkil edir. İş materiallarında olan sığorta aktlarının və ödəniş tapşırıqlarının surətlərindən görünür ki, “xxxx” ASC tərəfindən X3 dəymiş zərərə görə 750 manat və “Mercedes Benz E220” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1185 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsində verdiyi izahatından, eləcə də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, 06.10.2018-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Nissan Tiida” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz E220” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə və avtomobildə olan sərnişinin sağlamlığına zərər dəymişdir. Onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında icraat aparılmışdır. “xxxx” ASC tərəfindən “Mercedes Benz E220” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1175 manat zərər və həmin avtomobilin sərnişi X2 dəymiş zərərə görə 750 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı, hadisə zamanı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh ümumilikdə 1935 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçı “xxxx” ASCyə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1935 (min doqquz yüz otuz beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1764/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1764/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver