Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1788/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (bacısı) X2 və vəkili X10, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi (anası) X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «aliment və müalicəsi üçün əlavə xərc» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən ayda 162 manat olmaqla alimentin tutulması, ağır yataq xəstəsi və şikəst olduğu və əlavə quluq etməyə görə kənar şəxslərə cavabdehlərin hər birindən əlavə 100 manat xərclərin çəkilməsinə görə cəmi 786 manat tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun övladlarıdır. Cavabdeh2 1985-ci ildə, oğlu Cavabdeh1 1986-cı ildə və digər oğlu Cavabdeh3 1989-cu ildə anadan olmuşlar. 28 avqust 1982-ci ildə X11 ilə rəsmi nikah bağlayaraq evlənmişlər. Nikahları 12 avqust 2010-cu ildə Gəncə şəhəri Kəpəz rayon məhkəməsində rəsmi olaraq pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, onların birgə nikahdan yuxarıda qeyd etdiyi övladları anadan olmuşdur. Böyük övladı Cavabdeh2 həm orta tam təhsilində ali təhsil almasında və magistratura səviyyəsinə çatmasında bir ata kimi borcunu yerinə yetirərək hərtərəfli maddi köməkliklər etmişdir. X26 Universitetinin tarix fakültəsini və həmin universitetin magistraturasını bitirmişdir. Oğlu Cavabdeh1 Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsini ödənişli əsaslarla bitirmişdir. Digər oğlu Cavabdeh3 12 yaşından onun yanında Moskva şəhərində ikisi birlikdə kirayə mənzillərdə yaşamışlar. Cavabdeh3 Moskva şəhərində onun ata himayəsində orta məktəbi və Moskva Biznes Universitetini bitirmişdir. Rəsmi nikahları pozulduğu bir gündən qızı Cavabdeh2 və oğlanları A.D.Adıgözlov, Cavabdeh1 bir gün belə olsun onunla əlaqə saxlamamışlar. Onu bir ata kimi xəstə olduğu vaxtlarda bir dəfə belə olsun onlar onun yaşadığı mənzilə gəlib münasibət saxlayıb maraqlanmamışlar. Bir dəfə belə olsun hər üçü onu ata hesab etmirlər. O xəstə bir insandır. “Parkinson” xəstəsidir. Özü də çox ağır bir cərrahiyyə əməliyyatı olunmuşdur. Düz bağırsağında xərçəng diaqnozu olduğuna görə 3 dəfə cərrahiyyə əməliyyatı olunmuşdur. Bu xəstəliklə əlaqədar intensiv olaraq 1 il cərrahiyyə əməliyyatından sonra müalicələr almışdır. 5 dəfə də kimyəvi terapiya müalicəsi almışdır. 6 ildir ki, müalicələri davam edir. Hal-hazırda ildə 1 dəfə Rusiyaya gedərək müalicə olunur. Eyni zamanda qeyd etdiyi “Parkinson” xəstəliyi ilə əlaqədar da müalicələr alır. Sistematik olaraq müvafiq dərmanlar qəbul edir. Qeyd etdiyi xəstəlikləri müddətində bir dəfə belə olsun övladları ona yaxın gəlib heç bir köməkliklər etməmişlər. Ona ancaq köməklik edən və xəstəlikdən xilas edən xala oğlu və bacısı olmuşdur. Halbuki, o üç övladına canını və sağlamlığını qoymuşdur. Onlardan ötrü Moskva şəhərində 20 il soyuqda, şaxtada səhər saat 6-dan axşam saat 1-ə qədər işləmişdir. Onlara əlindən gələn maddi yardımları etmişdir. Oxutmuş, tərbiyələri ilə ciddi məşğul olmuş, hərtərəfli təhsil vermiş, ehtiyaclarını təmin etmişdir. Onların ona baxmaması, xəstə atalarına qeyri-insani münasibət bəsləmələri ona qarşı əxlaqa yaraşmayan hərəkət etdiklərini sübut edir. O, hal-hazırda Gəncə şəhəri İsax Cəfərov küçəsi ev 5, mənzil 40-da xüsusi mülkiyyətində olan 2 otaqlı mənzildə 2013-cu ildən tək-tənha qalıb yaşayır. 21 mart 2021-ci il tarixdə ağır xəstəlik nəticəsində özünü saxlaya bilməyib mənzilin giriş hissəsində yıxılaraq ayağını sındırdığına görə bu günlərədək yataq xəstəsi olmuşdur. Ona bacısı və dayısı oğlu evində baxaraq həyan olurlar. Onun əmək qabiliyyəti yoxdur, işləyə bilmir və dava-dərmanı üçün normal qidalanmağı üçün vəsait lazımdır. Cavabdehlər ona yardım etmirlər. Eyni zamanda övladları anaları ilə birlikdə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 11, mənzil 22-də 3 otaqlıda onun xüsusi mülkiyyətində olan mənzilində qalıb yaşayırlar. Övladları ailə münasibətlərindən irəli gələn hüquq və öhtəliklərini yerinə yetirmirlər. O, cavabdehlərin bütün bu hərəkətlərini əxlaqa zidd olan hərəkət kimi qiymətləndirir. 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlərdən Cavabdeh2 repetitorluq edir, oğlu Cavabdeh1 Bərdə Asan Xidmət mərkəzində çalışır və digər oğlu Cavabdeh3 Şəmkir rayon hərbi polisində gizir kimi xidmət edir. O, məcbur olub cavabdehlərin hər birindən aliment almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlərin hər birindən hər ay 162 manat məbləğində pul tutulub ona ödənilməlidir. Ağır yataq xəstəsi, şikəst olduğuna və əlavə quluq etməyə görə kənar şəxslərə cavabdehlərin hər birindən əlavə olaraq 100 manat məbləğində pul tutulub ona ödənilməlidir. Əlavə olaraq o bildirir ki, 1990-cı ildən 2009-cu ilədək ailəni saxlamaq üçün çörək pulu dalınca Moskvaya gedib kirayə evlərdə yaşamışdır. Ona görə ki, o ali təhsili mühəndis olduğu halda və zavod bağlandığına görə işsizlik ucbatından Moskva şəhərinə getmişdir və ən azı ildə 1 dəfə, ən çoxu isə 2-3 dəfə ailənin yanına gəlmişdir. 19 ildə hər ay ailəsinə 300$-500$, elədə olmuşdur ki, 1000 $ pul göndərmişdir. 19 ili 12 aya vuranda bu 228 ay edir və hər ay orta hesabla 500$ hesablananda bu məbləğ 114000$ edir. Bundan başqa 3 övladına və keçmiş həyat yoldaşına hər sezon əyin-baş alıb göndərmişdir. Atası və anası sistematik olaraq bazarlıq edib keçmiş həyat yoldaşına və cavabdehlərə gedib baş çəkmişdir. Bir sözdən o öz valideynlik borcunu yerinə yetirərək övladlarını hərtərəfli böyüdərək öz vəzifəsini yerinə yetirmişdir. İndi isə ağır yataq xəstəsidir, əmək qabiliyyəti yoxdur, işləyə bilmir. Yetkinlik yaşına çatmış övladlarının maddi yardımına ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia tələbində göstərilənlərə uyğun ifadə verərək bildirdi ki, İddiaçı dərmanlar qəbul edir. “Nakon” adlı dərmanın qiyməti 30 manat və digər dərman “Pronoran” adlı dərmanın qiyməti isə 950 rubl, yəni 25 manatdır. Təxminən hər ay dərmanlara 60 manat pul verir və hər ay bu dərmanları alıb istifadə etməlidir. 5 manat isə Dərmanlar Rusiya Federasiyasından gətirildiyi üçün yol xərci verirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X18 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, iddiaçı yataq xəstəsidir, daimi müalicəyə ehtiyacı var və onun xəstəlikləri sağalan deyil. Məhkəmə iclasında Cavabdeh3 ifadə verərək bildirdi ki, o, 600 manata yaxın əmək haqqı alır. Subaydır. İddiaçı iddia etdiyi kimi nə yaxşı ata, nə də ki, yaxşı ailə başçısı olmayıb. Ömrünün böyük hissəsini evindən, ailəsindən uzaqda Moskva şəhərində tüfeyli şəkildə keçirib. Bir də ki, nə vaxtdan yaxşı ailə başçısı olan şəxs ailəsini taleyin hökmünə buraxıb, ailədən bixəbər yüngül əxlaqlı qadınlarla Moskva şəhərində ömrünü sürər. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizələrindən birində qeyd edir ki, ailə həyatı qurmaq istəyir. Ailə həyatı qurmaq istəyirsə, ona kim mane olur, gedib ailə həyatı qursun. Görünür xəstəliyi ilə bağlı qeyd etdiyi nigarançılıqlar da saxtadır. Ciddi xəstəliyi olan insan ailə həyatı qurmaq hayında olarmı heç, səhhətində ciddi problemi olan şəxs məhkəmələrdə vaxtını keçirər. "Ata" İddiaçı hansı övladını ortalığa çıxarıb, ailə, mal-mülk, maşın sahibi edib?, işlə təmin olunmasına köməklik edib? Bəlkə olanlara və yaşananlara görə onlar günahkardır?, İddiaçı pullarını havaya sovurmuşlar, qumar oynamışlar, cinayət törədərək kriminal işlərlə məşğul olmuşlar? Necə deyərlər- "Özü yıxılan ağlamaz!" Ailəsini atıb Moskva şəhərində yüngül əxlaqlı qadınlarla tüfeyli həyat keçirəndə bu günü fikirləşmək lazım idi, indi yox. Onlar Cavabdeh1 və Cavabdeh3 hazırda İddiaçı ailəsinə qarşı biganəliyi nəticəsində miras qalmış maddi və sosial problemləri aradan qaldırmağa çalışırlar. Min bir əziyyətlə evlərindən çox uzaqda çalışaraq yaşadıqları mənzilin şəraitinin yaxşılaşdırılmasına çalışmışlar və bu məqsədlə müqavilə əsasında borc və kredit öhdəlikləri yaranmışdır. Onu da nəzərə çatdırırlar ki, səhhətində problemlər olan yaşlı analarına və işsiz bacıları iki qardaş onlar baxırlar. Onlar cavabdehlər maddi və sosial problemlərin ağırlığı ilə əlaqədar hələ də ailə həyatı qurmağa müvəffəq ola bilməmişlər və bunun da baiskarı kimi İddiaçı görürlər. İddiaçı ailəsini başına toplasaydı, ailəsinin əyriəskiyi ilə maraqlansaydı və atalıq borcunu yerinə yetirsəydi, hər şey başqa cür olardı. Təəssüf ki, olmamışdır. İndi nə istəyir onlardan? gah yaşadıqları dövlətin verdiyi mənzilə göz dikir, gah da aliment davası döyür. Onların yaşadıqları 3 otaqlı mənzil isə dövlət tərəfindən ailənin genişlənməsi ilə əlaqədar verilib və sonradan özəlləşdirilmişdir. Mənzilin özəlləşdirilməsindən və qarşılanan xərclərdən İddiaçı ailəsindən bixəbər olduğu kimi xəbərsiz olmuşdur. İddiaçı keçmiş səhvlərini etiraf edib, belə bir vəziyyətə düşməyində özünün baiskar olduğunu başa düşsəydi belə sərsəm iddialar irəli sürməzdir. Ömrünün böyük hissəsini Rusiya Federasiyasının Moskva şəhərində tüfeyli şəkildə, ailəsindən uzaqda keçirən İddiaçı taleyin ümidinə buraxdığı üç övladı və keçmiş həyat yoldaşına ziyan vurmaq və narahat etmək kimi niyyəti isə onun iç üzünü daha da qabarıq nümayiş etdirir və onun peşmançılıq keçirmədiyini göstərir. Onu da qeyd edək ki, Kəpəz Rayon Məhkəməsində aliment tələbi irəli sürməklə yanaşı İddiaçı hüququndan sui-istifadə edərək onun işlədiyi yerin rəhbərinə 26.04.2021-ci il tarixində qərəzli şikayət məktubunu poçt vasitəsilə göndərmiş, şikayət məktubunda onu əxlaqa zidd hərəkətlər etməkdə ittiham edərək, onu nankor və naxələf adlandırmış, dövlətinə və vətəninə sadiqliyini şübhə altına salan ifadələr işlədərək barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Görəsən, aliment tələbi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət olunduğu gün onun işlədiyi yerin rəhbərinə məlum məktubun göndərilməsinə nə ehtiyac olub? və yaxud həmin məktubun göndərilməsində məqsəd nə olub?. Görünür İddiaçı özü də çox yaxşı bilir ki, indiyədək ata kimi heç bir valideynlik borcunu yerinə yetirməyib. Buna görə də Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinə təqdim etdiyi aliment tələbinə dair ərizəsinin rədd olunacağını təxmin edərək belə bir əmələ əl atmışdır. Əks halda Məhkəmədə aliment tələbini nəzərdə tutan iddianı qaldırmaqla yanaşı belə bir məzmunlu məktubu yazaraq göndərməzdi. Məlum məktubun məzmunundan aydın olur ki, bu insanın məqsədi onu iş yerində kollektiv arasında nüfuzdan və hörmətdən salmaq və son nəticədə işdən azad olunmasına nail olmaqdır. Ondan aliment almaqda maraqlı olan şəxs, görəsən onun işdən azad olunmasına niyə çalışsın, axı o, işdən azad olunarsa, aliment ödəmək iqtidarında olmaz. Görünür, İddiaçı heç bir alimentə ehtiyacı yoxdur. Məqsədi yalnız və yalnız onlara ziyan vurmaqdır. Yuxarıda qeyd olunanları, bundan öncə təqdim etdiyi ərizədə qeyd olunanları və əlavə olunan sənədləri əsas gətirərək İddiaçı məkrli iddialarının heç bir əsasa söykənmədiyini nəzərə çatdırır. İddiaçı ailəsinə uzun illər maddi köməklik göstərməməsi və övladlarının gələcəyinə biganə yanaşması nəticəsində onlar iki qardaş böyük çətinliklə evdən çox uzaqda işləyərək əldə etdiklərinin hamısını ahıl analarının və işsiz bacılarının maddi ehtiyaclarının qarşılanmasına, ağır sosial-mənzil şəraitinin aradan qaldırılmasına və indiyədək davam edən ev təmirinə ayırırlar. Onlar təklif edir ki, İddiaçı qulluq etməsi üçün bir nəfər təyin edilsin və İddiaçı ona qulluq edən şəxsə mülkiyyətində olan Gəncə şəhəri İ.Cəfərov bina 5, mənzil 40 bağışlasın. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ifadə verərək bildirdi ki, o, aylıq 510 manat əmək haqqı alır. İş yeri Bərdə şəhərində yerləşdiyi üçün hər gün Gəncə şəhərindən Bərdə şəhərinə getmək və geri qayıtmaq məcburiyyətində qalır. 510 manat olan maaşının təqribən 250-300 manatını yol xərcləri təşkil edir. Qardaşı, Cavabdeh3 maaşı isə 590 manatdır. O da evdən çox uzaqda digər rayonlarda xidmət etdiyi üçün maaşının bir hissəsini təqribən 200-250 manatını yola xərcləmək məcburiyyətində qalır. Övladlarını körpə vaxtlarından ac-yalavac və ehtiyac içində qoyaraq tərk edən şəxs kimi İddiaçı Rusiya Federasiyasının Moskva şəhərində olarkən yaddan çıxardığı və gələcəyi üçün heç bir gün ağlamadığı övladlarından görəsən nə istəyir. Onlar hazırda böyük çətinliklə öz dolanışıqlarını təmin edirlər. Bundan əlavə kifayət qədər yüksək məbləğdə borc və kredit müqavilələri üzrə aybaay ödəniləsi öhdəlikləri var. Kiməsə aliment ödəmək gücündə də deyillər. Borc və kredit müqavilələri üzrə aybaay ödəniləsi öhdəliklərinin olduğunu təsdiq edən sənədlərin surətini ərizəyə əlavə etmişlər. Əlavə olaraq qeyd edək ki, İddiaçı Rusiya Federasiyasında qazandığı pulları onlara deyil, bacısı X6, yeznəsi X14 və onların övladlarına, digər qohum-əqrəbasına və yüngül əxlaqlı qadınlara xərclədiyi halda nə əsasla onlardan aliment tələb edir. İddiaçı pul və digər əşyaları, o cümlədən daşınmaz əmlak olan mənzili hədiyyə şəklində təmənnasız qəbul edən ər-arvad X18 və X12 utanmadan-qızarmadan məhkəmədə İddiaçı müvafiq olaraq vəkili və nümayəndəsi kimi çıxış edirlər. Yuxarıda qeyd etdiklərini təsdiqləyəcək dəlil kimi 08 aprel 2009-cu ildə İddiaçı mülkiyyətində olan mənzili nümayəndəsi X10 X4 bağışlaması haqqında müqaviləni sübut kimi təqdim etmişdir. Onlar təklif edir ki, İddiaçı qulluq etməsi üçün bir nəfər təyin edilsin və İddiaçı ona qulluq edən şəxsə mülkiyyətində olan Gəncə şəhəri İ.Cəfərov bina 5, mənzil 40 bağışlasın. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (anası) X11 ifadə verərək bildirdi ki, Cavabdeh2 heç bir yerdə işləmir və hər hansı bir ödənişli fəaliyyətlə məşğul olmur, ona qardaşları baxır. Cavabdeh2 ya qardaşları Cavabdeh1 Bərdə Asan Xidmət mərkəzində çalışır və digər qardaşı Cavabdeh3 Şəmkir rayon hərbi polisində gizir kimi xidmət edir. İddiaçı 1990-cı ilin əvvəllərindən vətəni və ailəsini tərk edərək Rusiya Federasiyasına getmişdir və özünə daimi yaşayış yeri seçmişdir. İddiaçı ailəsinə qarşı laqeyd olmuş və maraqlanmamışdır və onun məqsədi ancaq ailəsinə ziyan vurmaq olmuşdur, onun hər hansı bir alimentə ehtiyacı yoxdur. İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi gün Cavabdeh2 qardaşlarının iş yerlərinə şikayət yazmazdı, onun məqsədi Cavabdeh2 qardaşlarının iş yerlərində nüfuzdan salmaq və onların işdən azad olunmalarına nail olmaqdı. Onlar təklif edir ki, İddiaçı qulluq etməsi üçün bir nəfər təyin edilsin və İddiaçı ona qulluq edən şəxsə mülkiyyətində olan Gəncə şəhəri İ.Cəfərov bina 5, mənzil 40 bağışlasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinin tələblərini nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 531/2010 saylı, 12 avqust 2010-cu il tarixli qətnamədən görünür ki, İddiaçı və X7 arasında bağlanmış 28 avqust 1982-ci il tarixli 988 nömrəli nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi 2 nömrəli şəhər xəstəxanasının ******* nömrəli çıxarış epikrizindən görünür ki, İddiaçı “Parkinson xəstəliyi, gərginlik əsmə sindromu” diaqnozu ilə müalicə alır. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi 2 nömrəli şəhər xəstəxanasının 0345227/4 nömrəli çıxarış epikrizindən görünür ki, İddiaçı “Parkinson xəstəliyi, gərginlik əsmə sindromu” diaqnozu ilə müalicə alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsinin 21 iyun 2021-ci il tarixli, 1327 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində mövcud olan uçot sənədlərinə əsasən iyul 1974-cü ıl tarixdən iyun 1976-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı 1988-1994-cü illər arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 08.04.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, X1 Nizami Həsən oğlunun nümayəndəsi kimi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin 404 saylı 08.04.2009-cu it tarixli arayışına və reyestr kitabı, qeydiyyat nömrəsi 10305, inventar işi, 26.06.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan iki otaqlı, 32.6 kv.m yaşayış sahəsindən, 17.7 kv.m. köməkçi sahədən, 50.3 kv.m ümumi sahədən ibarət olan ünvan 1 ünvanda yerləşən mənzili bacısı X4 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinin 16.06.2021ci il tarixli, **********87 nömrəli məktubunun surətindən görünür ki, Gəncə şəhər 2 saylı notariat kontorunun 03.03.1994-cü il tarixli 3M-1-14a saylı mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətinə verilməsinə dair müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, ev 6, 7 saylı mənzil (32.6 kvm iki yaşayış otaqları, 19.5 kvm yardımçı sahə) X5 adına qeydiyyata alınmışdır və ona 28.03.1994-cü il tarixli 11530 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə "ASAN xidmət" mərkəzində notariat kontorunun 07.03.2014-cü il tarixli 2V- 146 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil X2 adına keçmişdir və ona 27.03.2014-cü it tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi 21.06.2021-ci il tarixli, ******* nömrəli resept blankından görünür ki, İddiaçı “Fefrofid” markalı və “Meksun Biofarpin” markalı dərman reseptləri verilmişdir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi 21.06.2021-ci il tarixli, ******* nömrəli resept blankından görünür ki, İddiaçı “Nakom” markalı və “Pronoron” markalı dərman reseptləri verilmişdir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı “Parkinson xəstəliyi, gərginlik-əsmə sindromu. Ensefalopafiya İİ məri, koqnitiv pozulmalarla” diaqnozu ilə xəstəliklərdən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 27.04.2021-ci il tarixli, 433(273)/4 nömrəli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhəri İcra hakimiyyəti Başçısının 28 sentyabr 1992-ci il tarixli, 2734 saylı sərəncamına əsasən, İddiaçı istifadəsində olan Ü.Hacıbəyov 11 №-li binanın 22 №-li mənzilinin sahəsi: 9,0 kv.m., 12,2 kv.m., 17,8 kv.m. üç yaşayış otağından, 2,6 kv.m. hamamdan, 1,2 kv.m tualetdən, 15,1 kv.m dəhlizdən, 8,7 kv.m mətbəxdən, 5,8 kv.m., 3,6 kv.m iki açıq eyvandan ibarət olan dövlət mənzili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 1992-ci il tarixli 228№-li qərarına əsasən pulsuz olaraq onun şəxsi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin arayışından görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 adına 28.04.2021-ci il tarixə onların adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1486/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “məcburi pay hüququndan məhrum edilmə” tələbi barədə iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-595/2021 saylı, 01 mart 2020-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1486/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Gəncə-Kəpəz rayon Məşğulluq Mərkəzinin 11.02.2020ci il tarixli, **********8 nömrəli arayışından görünür ki, Cavabdeh2 Gəncə-Kəpəz rayon Məşğulluq Mərkəzində iş axtaran vətəndaş kimi qeydiyyata götürülməmiş, işsizlikdən sığorta ödənişi almamış, elektron informasiya sistemində əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu X24 18 saylı regional ərazi filialının 16.05.2021ci il tarixli, **********7 nömrəli arayışından görünür ki, İddiaçı DSMF X24 18 saylı regional ərazi filialından sosial X8 məlumata əsasən müddətsiz yaşa görə ayda 130 (bir yüz otuz manat 00 qəpik) manat sosial müavinat təyin olunmuşdur və qanuna müvafiq ödəniş apraılır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı 28 avqust 1982-ci ildə X11 ilə rəsmi qaydada nikah bağlayaraq evlənmişlər. Tərəflərin birgə nikahlarından cavabdehlər olan övladları Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 doğulmuşdur. 12 avqust 2010-cu il tarixdə məhkəmə qətnaməsi ilə İddiaçı və X7 arasında bağlanmış nikah qeydi pozulmuşdur. İddiaçı “Parkinson” və “Xərçəng” xəstəliyindən əziyyət çəkir və mütəmadi müalicə alır və davamlı olaraq hər ay “Nakom” adlı və “Pronoron” adlı dərmanlar qəbul edir, pensiyaçı olmaqla əmək qabiliyyəti yoxdur və işləyə bilmir. Buna görə də uşaqlarının maddi yardımına ehtiyacı vardır. Cavabdehlər, yəni iddiaçının övladları isə heç bir yardım göstəmir, yetkinlik yaşına çatmışlar və əmək qabiliyyətlidirlər. Cavabdeh1 subay olmaqla Bərdə Asan Xidmət mərkəzində çalışır və Cavabdeh3 isə subay olmaqla hərbidə işləyir və hər ya sabit qazancları vardır. Cavabdeh2 isə heç bir yerdə işləmir. İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi X11 isə iddia tələbini qəbul etmir və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, iş üzrə tərəflərin mənafeyini, maddi və ailə vəziyyətini, habelə hazırda pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini, iddiaçının xəstə və pensiyaçı olmaqla daimi müalicəyə və qayğıya ehtiyacı olmasını və hər ay 130 manat sosial müavinət almasını, cavabdehlər olan övladları tərəfindən iddiaçıya maddi köməklik və qayğı göstərilməməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 əmək qabiliyyətli olmaqla daimi qazanclarının olmasını, Cavabdeh2 isə heç bir yerdə işləməməklə qazancının olmamasını, iddia tələbinin rədd edilməsinə əsas olan hallara dair mötəbər sübutların məhkəməyə təqdim edilməməsi nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, İddiaçı saxlanılması üçün hər ay övladları Cavabdeh1 və Cavabdeh3 hər birindən ayrılıqda 30 manat cəmi 60 manat sabit pul məbləğində aliment, həmçinin İddiaçı əmək qabiliyyəti olmayaraq və ağır xəstəliyə tutulduğundan hər ay Cavabdeh1 və Cavabdeh3 hər birindən ayrılıqda 20 manat cəmi 40 manat əlavə xərclərin çəkilməsinə görə pul tutularaq İddiaçı verilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməli, alimentin və əlavə xərcin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 27 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı əmək qabiliyyəti olmamaqla və ağır xəstəliyi səbəbindən saxlanılması üçün övladları olan cavabdehlər Cavabdeh1 hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment və 20 (iyirmi) manat əlavə xərc olmaqla cəmi 50 (əlli) manat pul; Cavabdeh3 hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment və 20 (iyirmi) manat əlavə xərc olmaqla cəmi 50 (əlli) manat pul olmaqla ümumilikdə 100 (bir yüz) manat pul tutularaq ataları olan İddiaçı ödənilsin. Alimentin və əlavə xərcin tutulması 27 aprel 2021-ci il tarixdən hesablansın və bu hissədə qətnamə dərhal icra edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1788/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1788/2021
24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver