Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-191/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04.07.2018-ci il təvəllüdlü X1 və 06.06.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləği ilə hər ay hər uşağa 175 manat məbləğində aliment, 06.06.2020-ci il tarixdə doğulmuş X2 üç yaşına çatanadək hər ay 100 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğu ilə nikahları 05 sentyabr 2017-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 04.07.2018-ci il təvəllüdlü X4 və 06.06.2020-ci il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Nikaha daxil olduqları vaxtdan son bir ilədək mehriban yaşamış, lakin 2020-ci ilin oktyabr-noyabr aylarından başlayaraq cavabdehlə münasibətləri pozulmağa başlamışdır. Bu səbəbdən o, atası evinə qayıtmalı olmuş və artıq bir ildən çoxdur ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış, onların maddi təlabatlarına köməklik etməmişdir. Halbuki, hər bir valideyn uşaqlarına qayğı ilə yanaşmalı, onların normal böyüməsi üçün hər bir köməklik etməlidir. Bu hər bir valideynin həm hüququ, həm də müqəddəs borcudur. O, valideyn olaraq uşaqlarının normal böyüməsi üçün üzərinə düşən öhdəlikləri icra edir və hesab edir ki, cavabdeh də bu öhdəliyi icra etməlidir. Cavabdeh “Azəriqaz” İB-nin Gəncə şəhəri X9 məsul vəzifədə işləyir. Onun yüksək əmək haqqı və gəliri vardır. Bundan başqa, o, işdən sonra taksi fəaliyyəti ilə məşğul olur. O isə qeyd etdiyi kimi heç bir yerdə işləmir və himayəsində üç yaşma çatmamış övladı vardır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə məhkəmədən öncə mübahisənin alternativ həlli üçün mediasiya sessiyasında iştirak etmək məqsədilə mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin məhkəmədən kənar həll edilə bilməsinə nail olunmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək tələb olunan məbləğdə aliment ödəməyə maddi imkanının olmadığını və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 05 sentyabr 2017-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Ağakişiyev, arvada Ağakişiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 06.06.2020-ci il tarixli X5 və 04 iyun 2018-ci il təvəllüdlü X1 ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə edilmiş X10 İstismarı İdarəsinin 27 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Gəncə RQİİ-nin Gəncə Xidmət Sahəsi üzrə X11 və İstismarı xidmətinin 04-cü dərəcəli qaz vadanlıqlarınını istismarı və təmiri üzrə çilingri peşəsində işləyir saatlıq taarif maaşı ştat cədvəlinə əsasən 3,20 manat təşkil edir. Orta aylıq əmək haqqı 513,60 manat təşkil edir, əlavə olaraq hər iş günü üçün 3 manat çörək pulu verilir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 08 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və İddiaçı mediator tərəfindən keçirilən “ilkin mediasiya sessiyası”nda iştirak etmişlər. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, hər iki tərəfin maddi vəziyyətini, eləcə də iddiaçının uşaqların gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşaqları saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki iddia qismən təmin olunmalı, 04.07.2018-ci il təvəllüdlü X1 və 06.06.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 17.11.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddianın “uşaq üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində maddi yardımın iddiaçının xeyrinə tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün tutulan alimentdən fərqli olaraq ər-arvadın bir-birindən aliment tələb etməsinin əsası kimi digər tərəfin zəruri vəsaitə malik olması şərti qoyulmuşdur. Cavabdehin orta aylıq qazancı 503,60 manat təşkil edir. Həmin məbləğdən tutulmalı olan aliment də nəzərə alındıqda yerdə qalan məbləğdən iddiaçının özü üçün alimentin tutulması cavabdehin özünün maddi təminatının ödənilməsini sual altında qoyacaqdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının saxlanılması üçün zəruri vəsaitə malik olması müəyyən edilmir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddianın qiyməti 5400 manatdır (450x12). İddia qismən təmin edildiyindən ödənilməli olan 74 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (66,66 faiz) mütənasib olaraq 49 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tərəflərə xatırladır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 04.07.2018-ci il təvəllüdlü X1 və 06.06.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 49 (qırx doqquz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-191/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-191/2022
17.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver