Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2002/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddia qaldıraraq, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq himayəsində olan 12 aprel 2010-cu il təvəllüdlü X2 və 11 yanvar 2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin və 150 manat məbləğində əlavə xərcin tutulub onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı Cavabdeh ilə “alimentin artırılması və əlavə xərc” tələbinə dair mübahisənin məhkəmədən kənar həlli üçün mediatora müraciət etmiş, mediasiya prosesində tərəflər övladları 12 aprel 2010-cu il təvəllüdlü X2 və 11 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin cavabdehin pensiyasından tutularaq iddiaçının kart hesabına ödənilməsi barədə barışıq sazişi bağlamaqla razılığa gəlmişlər və 31 may 2022-ci il tarixli barışıq sazişi təsdiqlənmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Göründüyü kimi, İddiaçı hazırkı mübahisə ilə bağlı mediasiya prosesi çərçivəsində barışıq sazişi bağlasa da barışıq sazişinin təsdiqlənməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək əvəzinə, eyni mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, mediasiya prosesi çərçivəsində bağlanmış barışıq sazişi könüllü olaraq icra edilmədikdə məhkəmədə eyni tələblə iddia icraatı qaydasında işə baxılması qanunda nəzərdə tutulmamışdır. Bu halda ərizəçi özünün yaşayış yeri üzrə məhkəməyə barışıq sazişinin təsdiq edilməsi və məcburi icra edilməsi barədə ərizə ilə müraciət etməlidir. Buna Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddiasının icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2002/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2002/2022
14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver