Məhkəmə qərarları › İş №2(043)-2019/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2019/2020

09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2019/2020 09.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh Ələkbərov Fəxrəddı̇n Söhbəddı̇n oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Ələkbərov Fəxrəddı̇n Söhbəddı̇n oğluna qarşı uşağa görə əlavə xərclərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, az yaşlı uşağı X4 xəstəliyi ilə əlaqədar çəkilmiş əlavə xərclərin 1200 manatın yarısı- 600 manatın birdəfəlik və Səlimin 18 yaşına çatanadək hər ay uşağa görə çəkiləcək əlavə xərclərin 420 manatın yarısı-210 manatın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehlə bigə yaşadıqları dövrdə xx.xx.2015-ci ildə Səlim adlı uşaqları anadan olmuşdur.Ailə münasibətləri baş tutmadığından ayrılmışlar, uşaqları Səlim onun yanında qalmışdır. X11 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağı Səlimin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 (yüz altmış) manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Uşaqları Səlim anadan olanda travma ilə doğulmuş və hal-hazıra kimi 2 №-li X6 İİ-ci pediatr bölməsində “Hipermetropik astiqmatizm, kəskin Revmatik qızdırma, Talassemiya xəstəlikləri daşıyıcısı olmaqla dispanser qeydiyyatındadır və həmin xəstəxananın verdiyi xx.xx.2020-ci il tarixli arayışından da görünür ki, uşağm davamlı müalicəsinə ehtiyacı vardır. Uşaqları Səlim tez-tez xəstələnir, yüksək qızdırma xəstəliyinə tutulur, qıc olma sindiromundan əziyyət çəkir. Dəfələrlə xəstəxanalada mülicə olunur. Hər 3 aydan bir eynək reseptləri yazılaraq eynəkləri dəyişdirilməli olduğu üçün dəyişdirilir. Uşaqları doğulandan, xx.xx.2016-cı il tarixdən hal-hazıra kimi dərman pereparatlarına və eynəklərinə 1200 manat pul xərcləmişdir.X9 xəstəlikləri (irsi qan xəstəliyi) daşıyıcısıdır. Hər ay onun müayinə və müalicəsinə 200 (iki yüz) manat pul xərclənilməlidir. Cavabdeh bir ata, bir valideyn kimi azyaşlı övladının sağalması, onun müalicə və müayinə edilməsinə etinasız yanaşır, uşağı ilə maraqlanmır və aliment ödədiyini bəhanə edərək övladının müalicə edilməsinə görə əlavə xərclər çəkməkdən imtina edir. Beləki, övladı Səlim hazırda 2 №-li X2 astiqmatizm göz xəstəliyindən müalicədədir. Hər 2-3 aydan bir 18 yaşınadək eynəyi dəyişdirilməlidir. Həmin eynəyin təkcə şüşəsinin qiyməti 100 (bir yüz) manat, müayinənin qiyməti hər dəfə 30 (otuz) manatdır. Uşağın kəskin Revmatik qızdırma xəstəliyinə xərci 90 (doxsan) manat təşkil edir. Hazırda iddiaçı övladlarının müayinə və müalicəsinə çəkilmiş və ya gələcəkdə çəkiləcək xərclərin yarı məbləğini cavabdehdən onun xeyrinə tutulmasını və gələcəkdə çəkilən xərclərə cəlb edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ələkbərov Fəxrəddı̇n Söhbəddı̇n oğlu iddianı qəbul etməyərək hər ay 160 manat aliment ödədiyini bildirdi. Həmçinin qeyd etdi ki, hər ay uşağa əlavə xərc qismində pul ödəməyə onun maddi vəziyyəti imkan vermir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- X11 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-761/2020 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Ələkbərov Fəxrəddı̇n Söhbəddin oğlundan tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilmişdir. AZ-İİİ 833208 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2016-cı ildə Səlim adlı uşaqları anadan olmuşhdur. Azərbaycan Respublikas Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsi 2 nömrəli X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 astiqmatizm,kəskin Revmatik qızdırma, Talassemiya daşıyıcısı kimi xəstəxanada qeydiyyatdadır. Mülki işə əlavə olunmuş reseptlərdən və qəbzlərdən görünür ki, X4 müayinəsi və müalicəsi üçün ümumilikdə 283,5 manat pul xərclənmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «X10» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş «X10» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh birdəfəlik 283,50 (iki yüz səksən üç manat 50 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə ödənilməmiş 20 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 283,5 (iki yüz səksən üç manat 50 qəpik) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X11 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar