Məhkəmə qərarları › İş №2(043)-222/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-222/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-222/2021 23.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 08.10.2013-cü il tarixli və 22.07.2014-cü il tarixli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən evə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X4 İddiaçı anasıdır. Lamiyyə Abdullayeva ilə cavabdeh “xxxx” ASC arasında 08 oktyabr 2013-cü və 22 iyul 2014-cü il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Hansı ki, həmin müqavilələrin ipoteka predmeti iddiaçının anası ilə mərhum atası X2 birgə nikah dövründə əldə etdiyi ünvan 4-də yerləşən mənzil olmuşdur. X3 vəfat etdiyi üçün iddiaçının həmin mənzilin atasına məxsus 1\2 hissəsində onun miras payı vardır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-in etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçı Cavabdeh2 ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi tələbinə dair iddiası Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(043)-5266/2015 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmçinin qətnamənin icraya yönəldilməsi prosesinin süni şəkildə uzadılması məqsədi ilə Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmiş, lakin şikayət əsassız olduğu üçün Gəncə Apelyasiya Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli, 2(104)-319/2016 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Belə ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil bank tərəfindən əldə edilmiş və Cavabdeh2 ASC-nin qeyd edilən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq çıxarış verilmişdir. Sonradan qeyd edilən mənzilin boşaldılaraq Cavabdeh2 ASCyə təhvil verilməsi ilə bağlı Cavabdeh2 ASC tərəfindən verilmiş iddia əsaslı olduğu üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən təmin edilərək bu barədə 18 oktyabr 2018-ci il tarixli, 2(043)- 2034/2018 saylı qətnamə qəbul edilmişdir. Bu iş üzrə də, cavabdeh tərəfindən süni məqsədlərlə şikayətlər verilmiş və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli, 2(102)- 7575/2019 saylı qərarı ilə ilkin qətnamə dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır.Hesab edir ki, hazır ki, iş üzrə iddia ərizəsi tam olaraq əsassızdır və yalnız icra sənədinin icrasına süni şəkildə maneə yaratmaq məqsədi daşıyır. İddia tələbinin əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, mərhum X3 onun əri olmuşdur və 02.08.2015-ci il tarixdə vəfat etmişdir. 08.10.2013-cü il tarixli və 22.07.2014cü il tarixli sonrakı ipoteka müqavilələrinə əsasən özünə məxsus olan ünvan 4 ünvanında yerləşən evini ipotekaya qoyaraq, kredit götürmüşdür. Krediti ödəyə bilmədiyindən sözügedən əmlak bankın mülkiyətinə keçmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş : AZ-İ 762342 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 02.08.2015-ci il tarixdə ölmüşdür. AZ 221778 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə Cavabdeh1 arasında olan nikah 03.01.1973-cü il tarixdə qeydə alınmışdır. İİ-JQ 355441 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının ata qrafasında atası X3 və ana qrafasında anası Cavabdeh1 qeyd olunmuşdur. 25.02.2012-ci il tarixli MA0338119 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmuşdur. 08.10.2013-cü il tarixli , K0870 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ASC-dən illik 17 faiz olmaqla 24 ay müddətinə 120000 manat məbləğində kredit götürmüşdür. 08.10.2013-cü il tarixli İS0509 nömrəli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 08.10.2013-cü il tarixli, K0870 nömrəli kredit müqaviləsinin təmin üsulu kimi Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzilini Cavabdeh2 ASC-yə ipoteka qoymuşdur. ünvan 5at ofisində 3M-01-256 reyestr nömrə ilə təsdiq edilmiş 22.07.2014-cü il tarixli PBG14-İS0002 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ASC-dən illik 16 faizlə 24 ay müddətinə 130000 manat məbləğində bərpa olmayan kreditin təminatı kimi ünvan 4 ünvanında yerləşən mənzilini Cavabdeh2 ASC-yə ipoteka qoymuşdur. ünvan 5at ofisində 22.07.2014-cü il tarixdə 7E-12-7356 reyestr nömrə ilə təsdiq edilmiş ərizənin surətindən görünür ki, X3 arvadı Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin ipoteka qoyulmasına razılıq vermişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli, 2(044)- 3006/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinə, “X12” MMC-yə, Cavabdeh2 ASC-yə qarşı “X10” 21.08.2017-ci il tarixli hərracının yekununa dair protokolun etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 17.09.2018-ci il tarixli 2(104)-3428/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli, 2(044)-3006/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli 2(043)-304/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 ASC-yə, “xxxx” MMC-yə, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə və 2 saylı Notariat Ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi rədd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları araşdıraraq tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi mənzil Cavabdeh1 mülkiyyətində olmuş və Cavabdeh2 ASC ilə aralarında bağlanmış 08.10.2013-cü il tarixli, K0870 nömrəli kredit müqaviləsi və 21.07.2014-cü il tarixli, PBG2014/010Fnömrəli ümumi şərtlər toplusu çərçivəsində olan 22.07.2014-cü il tarixli PBG14-K0006 saylı maliyyələşdirmə üzrə 130 000 manat məğləgində bərpa olunmayan kreditin təminatı kimi mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 4 ünvanında yerləşən mənzili 08.10.2013-cü il tarixli və 22.07.2014-cü il tarixli sonrakı ipoteka müqavilələrinə əsasənCavabdeh2 ASC-yə ipotekaya qoymuşdur. Cavabdeh1 əri X1 mənzilin ipotekaya qoyulmasına razılıq vermişdir. X3 02.08.2015-ci il tarixdə vəfat etmişdir. Borcalan-İpoteka qoyan şəxs Cavabdeh1 götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyi üçün borcun tutulması mübahisələndirilən ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilmiş və həmin mənzil açıq hərracda satılaraq Cavabdeh2” ASC-nin mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı sonrakı ipoteka müqavilələrini mübahisləndirərək iddiasını onunla əsaslandırmışdır ki, sözügedən əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aid olan əmlak olduğundan ipoteka müqavilələri etibarsız hesab edilməli qanun üzrə vərəsə kimi atasına çatan hissədən onun miras payı müəyyən edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi mənzil ipoteka qoyularkən iddiaçının atası sağ olmuş və həmin mənzilin ipoteka qoyulmasına notarail qaydada razılıq ərizəsi verməklə mənzil ipoteka qoyularkən miras açılmamışdır. Halbu ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1 ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı 08.10.2013-cü il tarixli və 22.07.2014-cü il tarixli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və mənzildən miras payının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar