Məhkəmə qərarları › İş №2(043)-223/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-223/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-223/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Firuddun oğlu, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3 Firuddun oğlu, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 257649,46 manat əsas, 29401,22 manat faiz və 145263,82 manat cərimə olmaqla, ümumilikdə cəmi 432314 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 Vaqif oğluna məxsus Gəncə şəhəri, Aydınbəyov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 58 saylı fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən 455,3 kvm ümumi sahədən ibarət əmlak kompleksinə (liter A-da yerləşən 1 mərtəbəli 360.5 kvm tiiintialtı sahəsən, 316, kvm ümumi sahədən ibarət qeyri-yaşayış binası ”Sex” təyinatı, digər Liter B-də yerləşən 1 mərtəbəli 138,7 kvm tikintialtı sahədən, 113,5 kvm ümumi sahədən ibarət qeyri-yaşayış binası təyinatı anbar, Liter C-də yerləşən 1 mərtəbəli 29.3 kvm tikintialtı sahədən, 25.2 kvm ümumi sahədən ibarət qeyri-yaşayış binası “Xidməti otaq” təyinatı) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 432314 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Gəncə şəhəri, Aydınbəyov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 58 saylı fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən 455,3 kvm ümumi sahədən ibarət əmlak kompleksinə (liter A-da yerləşən 1 mərtəbəli 360.5 kvm tiiintialtı sahəsən, 316, kvm ümumi sahədən ibarət qeyri-yaşayış binası ”Sex” təyinatı, digər Liter B-də yerləşən 1 mərtəbəli 138,7 kvm tikintialtı sahədən, 113,5 kvm ümumi sahədən ibarət qeyri-yaşayış binası təyinatı anbar, Liter C-də yerləşən 1 mərtəbəli 29.3 kvm tikintialtı sahədən, 25.2 kvm ümumi sahədən ibarət qeyri-yaşayış binası “Xidməti otaq” təyinatı xidmət) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşaşyış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında 02.11.2010-cu il tarixdə bağlanmış 06L000002795 saylı kredit müqaviləsi əsasında 120 ay müddətinə, 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 12.11.2013-cü il tarixli 2795 saylı sazişlə kredit müqaviləsinin məbləğini ******* (bir milyon) ABŞ dolları məbləğində müəyyənləşdirmişlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 29.10.2018-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 21 ay müddətinə aylıq faiz dərəcəsi 1.4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 352000 (üç yüz əlli iki min) manat məbləğində kredt götürmüşdür. müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 01.11.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 94350.54 manat ödəniş etmiş və onun iddiaçıya 257649.46 məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bənd ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 14.09.2020-ci il tarixə 316 gün üçün hesablanmış faiz borcu 29401.22 manat təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor vaxtından əvvəl müqaviləyə xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh3 iddiaçı ilə bağladığı 10.11.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında Gəncə şəhəri Kəpəz rayonu Aydınbəyov (Qurtuluş) küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 58 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 56 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX 0760246№-li Çıxarışa əsasən Gəncə şəhəri Kəpəz rayonu Aydınbəyov (Qurtuluş) küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 58 saylı fərdi yaşayış evini Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka verən Cavabdeh3 iddiaçı ilə bağladığı 13.11.2013-cü il tarixli 06M000001083 saylı ipoteka müqaviləsi əsasında Gəncə şəhəri Kəpəz rayonu Abbas Səhhət küçəsində yerləşən 455.3 kv.metr ümumi sahədən ibarət əmlak kompleksini (Liter A-da yerləşən 1 mərtəbəli 360.5 kv.metr tikintialtı sahədən, 316.6 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Sex” təyinatı, digər Liter B-da yerləşən 1 mərtəbəli 138.7 kv.metr tikintialtı sahədən, 113.5 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası təyinatı anbar, Liter Cda yerləşən 1 mərtəbəli 29.3 kv.metr tikintialtı sahədən, 25.2 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Xidməti otaq” təyinatı xidmət) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX 0263527№-li Çıxarışa əsasən Gəncə şəhəri Kəpəz rayonu Abbas Səhhət küçəsində yerləşən 455.3 kv.metr ümumi sahədən ibarət əmlak kompleksini (Liter A-da yerləşən 1 mərtəbəli 360.5 kv.metr tikintialtı sahədən, 316.6 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Sex” təyinatı digər, Liter B-da yerləşən 1 mərtəbəli 138.7 kv.metr tikintialtı sahədən, 113.5 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası təyinatı anbar, Liter C-da yerləşən 1 mərtəbəli 29.3 kv.metr tikintialtı sahədən, 25.2 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Xidməti otaq” təyinatı xidmət) Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 11.08.2020-ci iltarixdə və 25.08.2020-ci il tarixdə göndərilmişdir. İpoteka ərizə Elektron Xidmətlər Portalı vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X3 iddianı qismən qəbul edərək məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olduğunu, lakin əmlakların qiymətləndirilməsi barədə rəy ilə razı olmadığını, belə ki, əmlakların dəyərinin həddindən aşağı qiymətləndirildiyini bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 06L000002795 saylı, 02 noyabr 2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh3 120 ay müddətinə, 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsi dəyişiklik və əlavələr edilməsi haqqında 12.11.2013-cü il tarixli, 2795 saylı sazişdən görünür ki, tərəflər kredit müqaviləsinin məbləğini ******* (bir milyon) ABŞ dolları məbləğində müəyyənləşdirmişlər. Cavabdeh3 29.10.2018-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 02 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 21 ay müddətinə aylıq faiz dərəcəsi 1.4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 352000 (üç yüz əlli iki min) manat məbləğində İddiaçı QSC-dən kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 02 noyabr 2010-cu il tarixli, 06S000004976 nömrəli zaminlik müqaviləsindən görünür ki, 02 noyabr 2010-cu il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi Accessbank” QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 13 noyabr 2015-ci il tarixli, 066S**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, 02 noyabr 2010-cu il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi Accessbank” QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 12 noyabr 2013-cü il tarixli, 4976 saylı sazişdən görünür ki, bank ilə zamin arasında 02 noyabr 2010-cu il tarixdə bağlanmış 06S000004976 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kredit xəttinin məbləği 1.000000 ABŞ dolları yazılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 10 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, R.Ə.Əliyev tərəfindən Gəncə şəhəri Kəpəz rayonu Aydınbəyov (Qurtuluş) küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 58 saylı fərdi yaşayış evi öhdəliyin təminatı qismində İddiaçı QSC-nin xeyrinə ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, 58 nömrəli fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Abbas Səhhət küçəsində yerləşən 455.3 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi (Liter A-da yerləşən 1 mərtəbəli 360.5 kv.metr tikintialtı sahədən, 316.6 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Sex” təyinatı digər, Liter B-də yerləşən 1 mərtəbəli 138.7 kv.metr tikintialtı sahədən, 113.5 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası təyinatı anbar, Liter C-də yerləşən 1 mərtəbəli 29.3 kv.metr tikintialtı sahədən, 25.2 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Xidməti otaq” təyinatı xidmət) Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu Abbas Səhhət küçəsində yerləşən 455.3 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi (Liter A-da yerləşən 1 mərtəbəli 360.5 kv.metr tikintialtı sahədən, 316.6 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Sex” təyinatı digər, Liter B-də yerləşən 1 mərtəbəli 138.7 kv.metr tikintialtı sahədən, 113.5 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası təyinatı anbar, Liter C-də yerləşən 1 mərtəbəli 29.3 kv.metr tikintialtı sahədən, 25.2 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Xidməti otaq” təyinatı xidmət) öhdəliyin təminatı qismində İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka pretmetinə tutmanın yönəldilməsinə dar bildirişdən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küçəsi, 58 nömrəli fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş,həmin ipoteka müqaviləsidaşınmaz əmlakın dövlət reyestrində 11.11.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka pretmetinə tutmanın yönəldilməsinə dar bildirişdən görünür ki, Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən əmlak kompleksi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 15.11.2013-cü il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 9/3184 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, 14.09. 2020-ci il tarixinə Cavabdeh3 İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 261.488,35 manat, faiz borcu 38.772,91 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, məhkəmə tərəfindən müstəqil qiymətləndirici kimi təyin edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 may 2021-ci il tarixli hesabatlarından görünür ki, ipoteka predmetləri olan, ünvan 1 ünvaında yerləşən fərdi yaşayış evinin 16.05.2021-ci il tarixə olan likvid satış qiyməti 80.000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən əmlak kompleksinin 16.05.2021ci il tarixə olan likvid satış qiyməti 295.000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 19.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 oğlunun 03.08.2020-ci il tarixə olan qalıq borcu əsas məbləğ üzrə 257649,46 manat, faiz borcu üzrə 24169,5 manat, cərimə borcu üzrə 131246,6 manat, cəmi 413065,56 manat təşkil edir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 02.10.2010-cu il tarixdə kredit xətti müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi, yuxarıda qeyd edilmiş maliyyə arayışından görünür ki, cavabdeh kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun banka 257649.46 manat əsas, 24169.5 manat faiz borcu yaranmışdır. Eyni zamanda zaminlər Cavabdeh2 və Cavabdeh1 da kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icrası üçün məsuliyyət daşıdığından borcun ödənilməsində Cavabdeh3 ilə müştərək məsuliyyəti vardır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, dəbbə pulu kreditorun qazanc əldə etməsi yox, öhdəliyin icrasının təmini məqsədi daşıdığından hazırda iddiaçının tələb etdiyi dəbbə pulu məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə ciddi təsir göstərmir. Dəbbə pulunun tələb edilən məbləğdə tutulması isə cavabdehlərin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə 257649,6 manat əsas borca 24169,5 dolları dəbbə pulunun tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gəlir və dəbbə pulu məbləğinin 5000 manat müəyyən edilməsini ədalətli hesab edir. Bundan başqa, tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq ipoteka müqavilələri bağlanmış və Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən pozulduğundan həmin öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış və Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən əmlak kompleksinə tutma yönəldilməli, fərdi yaşayış evinin və əmlak kompleksinin satışından əldə edilən vəsait hesabına borc ödənilməlidir. Əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalı, vəsait borc məbləğindən artıq olduqda isə artıq hissə ipoteka predmetinin mülkiyyətçisinə verilməlidir. Müstəqil qiymətləndiricinin rəyinə uyğun olaraq ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 80 000 manat, əmlak kompleksinin ilkin satış qiyməti 295000 manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq ipoteka ilə yüklü edilmiş əmlaklar açıq hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3 oğlu həmin əmlaklardan çıxarılmalı, əmlaklar boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 257649,46 manat əsas, 24169,5 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 286.818,96 (iki yüz səksən altı min səkkiz yüz on səkkiz tam, yüzdə doxsan altı) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı müştərək qaydada tutulıaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Tələb üzrə tutma, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 58 saylı fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən əmlak kompleksinə (Liter A-da yerləşən 1 mərtəbəli 360.5 kv.metr tikintialtı sahədən, 316.6 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Sex” təyinatı digər, Liter B-da yerləşən 1 mərtəbəli 138.7 kv.metr tikintialtı sahədən, 113.5 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası təyinatı anbar, Liter Cda yerləşən 1 mərtəbəli 29.3 kv.metr tikintialtı sahədən, 25.2 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası “Xidməti otaq” təyinatı xidmət) yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 (səksən min) manat, əmlak kompleksinin ilkin satış qiyməti 295.000 (iki yüz doxsan beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın və əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsi təmin edilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc məbəği cavabdehlərdən müştərək qaydada tutulsun, vəsaitin borcun ödənilməsindən artıq qalan hissəsi Cavabdeh3 ödənilsin. İpoteka predmeti olan əmlaklar açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh3 həmin əmlaklardan çıxarılsın, əmlaklar boşaldılaraq alıcıya təhvil verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar