Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-227/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun silinməsi və artıq ödənilmiş pulun geri qaytarılması ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun silinməsi və artıq ödənilmiş pulun geri qaytarılması ” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli 2(043)-900/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin 09.09.2017-ci il tarixdən 22.10.2020-ci il tarixə qədər yığılmış aliment borcunun silinməsi və həmin müddətdə depozitə qoyduğu, Cavabdeh tərəfindən götürülmüş 3149 (üç min yüz qırx doqquz) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli 2(043)-900/2014 saylı qətnaməsi ilə təyin olunmuş, 09.09.2017-ci il tarixdən 22.10.2020-ci il tarixə qədər yığılmış aliment borcunun silinməsi və həmin müddətdə depozitə qoyduğu, Cavabdeh tərəfindən götürülmüş 2820 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci ildə faktiki ailə qurub. Onların faktiki nikahından 21 iyul 2008-ci il tarixdə X9 oğlu və 15 avqust 2009cu ildə X10 oğlu adlı uşaqları doğulmuşdur. Onların xasiyyəti tutmadığı üçün ayrılıblar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli 2(043)-900/2014 saylı qətnaməsi ilə onun 21 iyul 2008-ci il tarixdə doğulmuş Kazım-X7 və 15 avqust 2009-cu ildə doğulmuş Kazım-X8 ataları olmağı faktı müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 80 manat, cəmi 160 manat alimentin ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. O, həmin aliment borcunu vaxtı-vaxtında ödəyir. Cavabdeh 09.09.2017-ci il tarixdə uşaqları aparıb X18 qoymuşdur. X14 Evinə qoyulduqdan sonra o, həmin aliment borcu kimi bacardığı qədər məbləğdə depozitə pul ödəmişdir. 22.10.2020-ci il tarixdə Cavabdeh anası X2 etibarnamə əsasında uşaqları uşaq evindən götürmüşdür. Uşaqları götürdükdən bir müddət sonra Cavabdeh anası X2 etibarnamə əsasında məhkəməyə müraciət edərək alimentin miqdarını artırmış və depozitə yığılmış pulu icra məmurunu aldadaraq götürmüşdür. Cavabdeh tərəf həmçinin həmin illər üzrə qalıq qalmış ödənilməyən alimentin ödənilməsini tələb edir. O hesab edir ki, aliment uşağın saxlanılması üçün ödənildiyindən uşaqlar uşaq evində olduğu müddətdə aliment verməməlidir. Uşaqlar 3 il müddətində uşaqlar evində qalmış, onlara uşaqlar evində baxılmışdır. Uşaqlar 09.09.2017-ci il tarixdən 22.10.2020-ci il tarixə kimi uşaqlar evində olduğu üçün həmin müddət ərzində müəyyən olunmuş və yığılmış aliment borcu silinməlidir. Bundan əlavə olaraq onun həmin illərdə uşaqlarının gələcəyi üçün depozitə qoyduğu və Cavabdeh anası X2 tərəfindən götürülmüş 3149 manat pul vəsaiti ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, qızı Cavabdeh xəstə olduğu üçün uşaqlara baxa bilmdəyindən, iddiaçı isə uşaqlara baxmaqdan imtina etdiyindən məcburiyyət qarşısında uşaqlarını X18 yerləşdirmişdir. Uşaqlar orada olduğu müddət ərzində mütəmadi olaraq uşaqlarla maraqlanmış, onları evinə gətirmiş, onların zəruri tələbatlarını imkan daxilində ödəmişdir. 22.10.2020-ci il tarixdə uşaqları uşaq evindən götürmüşdür. Hazırda uşaqlar onun himayəsindədir. Depozitdən götürülmüş pullar da uşaqlara sərf olunmaqdadır. Buna görə də iddianı əsassız hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 900/2014 saylı 31mart 2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 15 avqust 2009-cu il təvəllüdlü X10 oğlu və 21 iyul 2008-ci il təvəllüdlü Kazım-X7 atası olması faktı müəyyən edilmiş, İddiaçı 15 avqust 2009-cu il təvəllüdlü X10 oğlu və 21 iyul 2008-ci il təvəllüdlü Kazım-X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Gəncə Uşaq Evinin 05 iyul 2018-ci il tarixli məktubundan görünür ki, 21.07.2008-ci il təvəllüdlü X9 oğlu və 15.08.2009-cu il təvəllüdlü X10 oğlu 09.09.2017-ci il tarixdən ananın ərizəsinə əsasən X18 yerləşdirilib. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Gəncə Uşaq Evinin 17 iyun 2021-ci il tarixli məktubundan görünür ki, 21.07.2008-ci il təvəllüdlü X9 oğlu və 15.08.2009-cu il təvəllüdlü X10 oğlu 22.10.2020-ci il tarixdə X15 xaric edilərək nənələri X1 himayəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayon İcra və probasiya şöbəsinin 16.02.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)90/2014 saylı 31 mart 2014-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı 09.09.2017-ci il tarixdən 22.10.2020-ci il tarixədək Goranboy rayon İcra və Probasiya şöbəsinin depozit hesabına 2820 manat ödəniş etmişdir. Hazırda borclunun həmin icra sənədi üzrə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən cavabdehə aliment ödəməlidir. İddiaçının həmin qətnamə əsasında hazırda heç bir aliment borcu yoxdur. Bu baxımdan mövcud olmayan aliment borclarından azad edilmə istisna olunur. İddiaçının digər tələbi isə xeyrinə aliment ödəməli olduğu uşaqların uşaq evinə yerləşdirildiyi müddət üçün ödəmiş olduğu alimentin ona geri qaytarılması tələbi ilə bağlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Göründüyü kimi qanunvericilikdə ödənilmiş alimentin müəyyən istisna hallar olmaqla geri qaytarılmasının yolverilməzliyi birbaşa göstərilmişdir. Qanunda nəzərdə tutulan və alimentin geri tələb olunmasına imkan verən həmin istisna halların heç biri isə hazırki mülki iş üzrə iddiaçıya aid edilə bilməz, həmçinin qanunda nəzərdə tutulmuş aliment üzrə borcları ödəməkdən azad edilmə halları da iddiaçının vəziyyəti ilə uyğunluq təşkil etmir. Digər tərəfdən xeyrinə aliment tutulan uşaqların tərbiyə müəssisəsinə yerləşdirilməsi valideyni aliment ödəmək öhdəliyindən azad etmir. Belə ki Ailə Məcəlləsinin 79.2-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş və sosial xidmət müəssisələrində yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir. Bu da onu göstərir ki, iddiaçının yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün ödədiyi alimentin geri qaytarılması, yox qanunvericilikdə müəyyən edilmiş qaydada uşaqların yerləşdirildiyi sosial xidmət müəssisəsi tərəfindən tələb edilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun silinməsi və artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-227/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-227/2022
15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver