Məhkəmə qərarları › İş №2(043)-2320/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2320/2020

21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2320/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat, həmçinin əlavə xərclər üçün 100 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə el adəti ilə xx.xx.2019-cu il tarixdə ailə qurmuşdur. Nikahları xx.xx.2019-cu il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olmuşdur. Lakin sonralar qaynanası və baldızı tərəfindən edilən təzyiq nəticəsində cavabdehlə də münasibətləri pozulmuşdur. Olanlara dözməyib hamilə vəziyyətdə 2020-ci ilin yanvar ayından atasının evinə Samux şəhərinə qayıtmışdır. Cavabdeh o atası evində olduğu müddətdə onunla heç maraqlanmamışdır. Nikahdan xx xxxxx 2020-ci il tarixdə Aylin adlı bir övladları doğulmuşdur. Əri onlarla maraqlanmamış, onların maddi ehtiyaclarının ödənilməsinə təşəbbüs göstərməmişdir. Halbuki hazırda öhdəsində xx.xx.2020-ci il tarixdə anadan olmuş övladı Aylin olduğundan hər hansı əmək fəaliyyət ilə məşğul ola bilmir. Cavabdeh isə “xxxxxxxxxxxxx” MMC-də işləməklə, əmək haqqı 450 manatdır, övladı ilə maraqlanmır, övladın baxmır. Ona və körpə övladına valideyinləri baxır. Ailə qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən yaşayış minimumuna uyğun olaraq sabit pul məbləğində aliment tutulur. Odur ki, cavabdehdən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və cavabdehin hazırda hansı işlə məşğul olması və gəlirləri barədə məlumatının olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin, iddia tələbinə münasibət bildirmək üçün məhkəməyə ərizə göndərərək, iddianın qismən qəbul etdiyini və alimentin miqdarı məhkəməyə təqdim edilmiş iş haqqında arayış əsasında hesablanmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev və arvada Yusifova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxx” X2 verilmiş xx xxxxxx 2020-ci il tarixli 17 saylı arayışdan məlum olur ki, Əliyev X3 MMC-də işləyir və son 12 ay ərzində onun vergi və digər tutulmalar çıxıldıqdan sonra əməkhaqqının ümumi məbləği 5721,61 manat olmaqla orta hesabla bir ay üçün 476,80 manat olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 3 yaşınadək uşağa baxdığı üçün işləmək imkanları məhduddur. Məhkəmə alimentin miqdarının müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın körpə olmasından dolayı iddiaçının işləmədən ona baxmaq məcburiyyətində olmasını və ölkə üzrə yaşayış minimumunun miqdarının nəzərə alınmasını vacib hesab edir, iddia aliment tələbi hissəsində qismən təmin olunmalı, cavabdehdən xx xxxxx 2020-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hazırda iddiaçının himayəsində üç yaşadək uşağın olmasını və maddi yardıma ehtiyacının olmasını, cavabdehin isə zəruri vəsaitinin olmasını nəzərə alaraq hesab edir ki, xx xxxxx 2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək iddiaçı üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 50 manat məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq həm tərəflərin nikahından doğulmuş uşağa görə tutulan alimentin, həm də iddiaçının özü üçün tutulan alimentin tutulmasının əvvəli iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 20 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsini əsaslı hesab edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləği ilə aliment tutularaqİddiaçı verilsin. xx xxxxx 2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadəkCavabdeh sabit pul məbləği ilə 50 (əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentlərin tutulmasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə alimentlərin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar