Məhkəmə qərarları › İş №2(043)-2337/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2337/2020

21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2337/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili (nümayəndəsi) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2013-cü ildə nikaha daxil olmuş, nikahlarından xx xxxxxx 2014-cü ildə Elnur adlı uşaqları doğulmuşdur. Cavabdeh hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləyir və aylıq qazancı 2500 manat təşkil edir. Cavabdeh uşağın saxlanmasında ona heç bir yardım etmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlə nikahları Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra uşaqları X1 onun yanında qalması və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləği ilə 200 manat aliment tutulmuşdur. Cavabdeh onu aldadaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsində guya 40 000 manat aliment ödənişini bir dəfəyə alması barədə ərizə yazdırmış və alimentdən imtina etdirmişdir. Lakin o, cavabdehdən 40 000 manat pul almamış, cavabdehin vədlərinə inanaraq bu məzmunda ərizə yazmışdır. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 bildirdi ki, tərəflər arasında artıq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyi olmuş, həmin qətnaməyə əsasən cavabdehin uşaq 18 yaşına çatanadək ödəyəcəyi alimentin ümumi məbləği 28 800 manat olmuşdur. Tərəflərin qarşılıqlı razılığına uyğun olaraq cavabdeh gələcək inflyasiyanı da nəzərə alaraq iddiaçıya ümumilikdə 40 000 manat pul ödəmiş və iddiaçı da aliment tələbindən imtina etmişdir. Buna görə də Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 x xxxx 2020-ci il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə işin icraatına xitam verilmişdir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxx 2013-cü il tarixdə Gəncə nikah evində qeydə alınmış nikahın pozulması, tərəflərin nikahından xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X1 anası İddiaçı yanında qalması və uşağın saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə 200 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisinə ünvanlandığı ərizədən görünür ki, İddiaçı Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi üzrə 2019-cu ilin dekabr ayınadək hər ay 200 manat aliment ödəmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh aralarındakı razılaşmaya əsasən X1 18 yaşınadək ödənilməli 28 800 manat aliment üçün artıqlaması ilə birdəfəlik olaraq 40 000 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisinə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh X1 yetkinlik yaşına çatanadək ödənilməli alimenti tam ödədiyi üçün İddiaçı 2(043)-2372/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəisinə ünvanlandığı xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən X1 18 yaşına kimi təyin olunmuş alimentin tam ödənildiyini və Cavabdeh heç bir şikayəti olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, tələbkarın xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən aliment borcu tam ödənildiyindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd olunan normalardan göründüyü kimi valideyndən məhkəmə qaydasında aliment tutulmasının əsası kimi valideynin uşaqlarını saxlamaqdan boyun qaçırması və alimentin ödənilməsi barədə sazişin (razılığın) olmaması nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından isə cavabdehin uşağı saxlamaqdan boyun qaçırmadığı, əksinə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini artıqlaması ilə və vaxtından əvvəl birdəfəlik ödəmə şəklində iddiaçıya ödədiyi müəyyən edilir. İddiaçı bu barədə bir neçə, o cümlədən notarial qaydada təsdiq edilmiş ərizə ilə icra məmuruna müraciət etmiş, icra məmuru da bu ərizələrə əsasən icra sənədi üzrə icraata xitam vermişdir. İddiaçı qeyd olunan ərizələrin iddiaçı tərəfindən aldadılması nəticəsində yazılmasını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlər cavabdehin aliment öhdəliyini tam şəkildə icra etdiyini və uşağını saxlamaqdan boyun qaçırmadığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar