Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2365/2020 19.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə olan nikahlarından 2 uşaqları olmuşdur. Cavabdehin verdiyi iddia ərizəsinə əsasən Kəpəz rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuş və uşaqların cavabdehin yanında saxlanılması qərara alınmışdır.Uşaqlar anasının yanında qalarkən cavabdehin iddiası ilə uşaqların saxlanılması üçün o, 2014-cü ildən 2019-cu ilin noyabr ayına kimi aliment ödəmişdir. Bu müddətdə həmişə uşaqlarla əlaqə saxlamışdır, onların qayğıları ilə maraqlanmışdır.xx xxxxxx 2019-cu il tarixdə isə uşaqların hər ikisi də könüllü surətdə cavabdehin yanından çıxıb onun yanına gəlmişlər. Bu onların öz təşəbbüsü ilə olmuşdur. Uşaqlardan X4 şəhəri 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəbliseyin 9-cu sinfində, X11 isə Gəncə şəhəri, İ.Nəsimi adına 44 №-li ingilis dili təmayüllü məktəb-liseyin 8-ci sinfində oxuyurlar.Uşaqlar onun yanına gəldiyi vaxtdan o, onların həm məktəb qayğıları, həm də ümumi qayğıları ilə lazımı qaydada məşğul olmuşdur. Uşaqlar daimi olaraq onun himayəsində, onun yanında qaldıqlarından və ümumiyyətlə onun yanında yaşamaq istədiklərindən məhkəməyə müracət edib bunu rəsmiləşdirərək onun yanında saxlanılmalarına dair qətnamə çıxarılmasını xahiş etmiş və Kəpəz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-478/2020 №-li qətnaməsi ilə hər iki uşağın onun yanında saxlanılmalarına dair qətnamə çıxarılmışdır. İşin məhkəmə baxışı zamanı da cavabdeh buna razı olduğunu bildirmiş və bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. O, hazırda səhhəti ilə əlaqədar heç yerdə işləmir, 2-ci qrup əlildir. Buna görə ayda 230 manat pensiya alır. Cavabdeh isə rəsmi qaydada işləməsə də, fərdi əməklə məşğul olur. Hazırda da istəyir ki, uşaqlar onun yanında qaldıqlarından və onun aldığı təqaüd onların ehtiyaclarını ödəmədiyindən uşaqlar yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat aliment tutulub ona ödənilsin. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, işləmir, hazırda kirayədə yaşayır, kirayə haqqını isə qardaşı ödəyir. Onun uşaqların saxlanması üçün aliment ödəməyə imkanı yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şahadətnamələrin surətindən görünür ki, xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxx 2006-cı il təvəllüdlü X8 atası İddiaçı, anası isə X2r. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması Kəpəz rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2015-ci il tarixdə 265 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Cəfərov, qadına Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 478/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxx 2006-cı il təvəllüdlü X8 ataları İddiaçı yanında saxlanmaları qət edilmişdir . Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X3 yetkinlik yaşına çatmamış Mühəmməd və Elmiranın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında qaldıqlarından, iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, uşaqları saxlamanın hər iki valideynin borcu olduğunu, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 90 manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh izahatında işləmədiyini və aylıq qazancının olmamasını bildirsə də, məhkəmə hesab edir ki, valideynin işləməməsi və ya qazancının məbləği onun uşağını saxlamaq vəzifəsindən azad edilməsinə əsas vermir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay hər uşağa görə 90 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan az olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2004-cü il təvəllüdlü X9 və xx xxx 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. X6 13 (on üç) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2365/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2365/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver