Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2403/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay sabit pul məbləğində 196 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildə X2 ilə nikah daxil olmuş, birgə nikahlarından xx xxxxxx 1999-cu ildə Cavabdeh doğulmuşdur. Nə o, nə də ki, həyat yoldaşı hazırda heç bir yerdə işləmirlər. Maddi vəziyyətləri olduqca acınacaqlıdır. Heç bir yerdən gəlirləri yoxdur. Əksinə, oğlu - iş üzrə Cavabdeh hərbiçi olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir və yüksək məbləğdə əmək haqqı alır. Lakin buna baxmayaraq, onlara hər hansı bir maddi yardım göstərmir, ehtiyacları ilə maraqlanmır. Halbuki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ona görə də məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, hərbiçi olmaqla əmək haqqı alsa da, özü ailəlidir və himayəsində azyaşlı uşağı var, ailəsi ilə birlikdə kirayədə yaşayır. Odur ki, aldığı əmək haqqı ilə öz ailəsinin təminatlarını ancaq qarşılaya bilir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şahadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh atası İddiaçı, anası isə X1r. İş materiallarında olan sosial arayışdan və ona əlavə edilmiş sənəddən görünür ki, İddiaçı işsiz kimi 26.04.2020-ci il tarixdən Dövlət Məşğulluq Xidmətində qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ailəli olmaqla, himayəsində 19.02.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 82-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Göstərilən qanunvericilik normalarının məzmunundan görünür ki, əmək qabiliyyətli olan yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsinin yaranması üçün iki şərt birlikdə olmalıdır: 1) valideyn maddi yardıma ehtiyacı olmalıdır, 2) valideyn əmək qabliyyətli olmamalıdır. İddiaçı maddi yardıma ehtiyacının olmasını işsiz olması və bu barədə məşğulluq xidmətində qeydiyyata alınması ilə əsaslandırır. Lakin, bu hal onun övladından aliment tələb etməsi üçün kifayət deyil. Belə ki, iddiaçı övladına qarşı aliment tələbi irəli sürmək üçün həm də əmək qabiliyyətli olmamasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. Məhkəmə iclasında təklif edilməsinə baxmayaraq, iddiaçı bu barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iddiaçı əmək qabiliyyətli olduğunu bildirmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, iddiaçının Ailə Məcəlləsinin 82-ci maddəsinə istinad edərək cavabdehdən aliment tələb etmək hüququ yoxdur. Beləliklə, məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2403/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2403/2021
13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver