Məhkəmə qərarları › İş №2(043)-241/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-241/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-241/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi,İddiaçı və cavabdehlər Cavabdeh1 Cavad qızının və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavad qızına və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Cavad qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin yaşadığı Gəncə şəhəri, Dədə Qorqud küçəsi 22A nömrəli binanın 15 saylı mənzilinə apardığı və çıxan zaman evdə qalmış 35 adda olan, 7430 manatlıq cehiz əşyalarının özünün və ya dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 ilə xx.xx.2011-ci ildə faktiki ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Ailə quran zaman cavabdeh onu valideyinlərinə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi 22”a” mənzil 15-ə gəlin aparmışdır. Bir müddət qaynanası Cavabdeh1 yanında qaldıqdan sonra onu evdən çıxarmış və ailəsi ilə kirayədə qalmalı olmuşdur. Həmin vaxt ona məxsus olan heç bir cehiz əşyalarını verməmişdir. Ona məxsus olan cehiz əşyalarının evdən çıxarılmasına qaynanası icazə verməmiş, özü və boşanmış qızı əşyalarından istifadə edərək, yararsız hala salmışlar.Hətta evdən çıxandan sonra mebelini satmaq istəsə də mebeli almaq istəyən şəxsin yanında dava-dalaş salmış, mebelin çıxarılmasına imkan verməmiş, natəmiz vəziyyətə salmışdır. Onun bu hərəkətinə də dözmüşdür ki, ailəsi dağılmasın. 2020-ci ildə həyat yoldaşı iş üzrə cavabdeh olan Cavabdeh2 onun xəbəri və iştirakı olmadan Balakən rayonuna nikahın pozulması barədə ərizə ilə müraciət edərək, aralarında olan nikah qeydini xx.xx.2020-ci ildə pozdurmuşdur. Bunu bildikdən sonra özünə məxsus olan cehiz əşyalarını evdən götürmək istəsə də,cavabdehlər buna imkan verməmişdirlər. Hətta davadalaş salaraq, qapını belə valideyinlərinin üzünə açmamışlar. Dəfələrlə cehizi verməkdən imtina ediblər. Adı gedən cehiz əşyaları aşağıdakılardır : Yataq çarpayısı( taxt)-400 manat, servant -600 manat, dolab( şfoner)-600 manat, stol və stul dəsti (6 nəfərlik)-400 manat, divan və 2 kreslo-500 manat, termo-400 manat, tumbucka- 2 ədəd-200 manat, mətbəxt mebeli- 300 manat, serviz (yemek dəsti) -300 manat, gül dibçəyi 80 manat, pokrıval dəsti 2 komplekt-250 manat, odyal-50 manat, yorğan (1 nəfərlik)-2ədəd- biri duvux-cəmi 3 ədəd (təkləri 100+100=200) tək 150 manat, cəmi- 350 manat, balınc 3 ədəd (biri 25 manatdan)-75 manat, balınc (8 ədəd) balaca- 50 manat, döşək-1 ədəd duvux-200 manat, döşək tək-2 ədəd -12 kq.-100+100=200 manat, stol örtüyü 2 dəst- 80 manat, pərdə 3 otaq üçün cəmi 1000 manat, karniz 4 ədəd (biri mətbəx üçün) 80 manat, çılcıraq( lüstur) 3 otaq üçün( biri iri) cəmi 500 manat, mətbəx pərdəsi 1 ədəd-50 manat, podadyanik dəsti -6 ədəd-300 manat, qətifə-4 ədəd 10 manatdan-40 manat, qazan dəsti (tefal)-50 manat, qazan dəsti( çuğun)-30 manat, podnus 3 ədəd- 50 manat, çaydan və çaynik dəsti ( şirəli)- 20 manat, stəkan (xurustal) 6-ədəd-25 manat, ləyən şirəli 2 ədəd- 20 manat, cəmlər-3 ədəd-10 manat, boşqablar və kasalar (2 dəst) 6+6+6)-45 manat, qaşıq, çənğəl, bıçaq,çay qaşığı, çömçə,aş qaşığı( dəsti) cəmi:60 manat, ütü-100 manat, fincan çay dəsti 20 manat. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək 80 manat dəyərində olan 4 ədəd (biri mətbəx üçün) karniz, 300 manat dəyərində olan 6 ədəd podalyanik dəsti, 4 ədəd 40 manat dəyərində qətifə, 50 manat dəyərində olan tefal qazan dəsti, 30 manat dəyərində olan çuğun qazan dəsti, 50 manat dəyərində olan 3 ədəd podnus, 25 manat 6 ədəd xrustal stəkan. 20 manat dəyərində olan 2 ədəd ləyən şirəli və 100 manat dəyərində olan ütüdən imtina etdiyini və iddianın qalan hissədə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxılmışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Cavad qızı və Cavabdeh2 Calal oğlu iddianı qəbul edərək göstərilən əşyaların hamsının mövcud olduğunu və həmin əşyaların naturada iddiaçıya qaytarmağa etirazları olmadığını göstərdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 046596 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında olan nikah xx.xx.2015-ci il tarixdə, Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsində 1256 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh1 Cavad qızından və Cavabdeh2 müştərək qaydada 400 manat dəyərində yataq çarpayısı( taxt), 600 manat dəyərində servant, 600 manat dəyərində dolab ( şfoner), 400 manat dəyərində stol və stul dəsti (6 nəfərlik), 500 manat dəyərində divan və 2 kreslo, 400 manat dəyərində termo, 200 manat dəyərində tumbucka- 2 ədəd, 300 manat dəyərində mətbəxt mebeli, 300 manat dəyərində serviz (yemek dəsti), 250 manat dəyərində örtük dəsti 2 komplekt, 50 manat dəyərində odyal, 150 manat dəyərində yorğan (1 nəfərlik)-2ədəd- biri duvux-cəmi 3 ədəd (təkləri 100+100=200) tək cəmi- 350 manat, 75 manat dəyərində balınc 3 ədəd (biri 25 manatdan), 50 manat dəyərinddə balınc (8 ədəd) balaca, 200 manat dəyırində 1 ədəd iki nəfərlik döşək, 200 manat dəyərində döşək tək-2 ədəd, 80 manat stol örtüyü 2 dəst, 1000 manat dəyərində pərdə 3 otaq üçün, 500 manat dəyərində çilçıraq 3 otaq üçün (biri iri), mətbəx pərdəsi 1 ədəd-50 manat, çaydan və çaynik dəsti ( şirəli)- 20 manat, çəmlər-3 ədəd-10 manat, boşqablar və kasalar (2 dəst) 6+6+6)-45 manat və 20 manat dəyrində fincan çay dəsti, onlar olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Cavad qızından və Cavabdeh2 müştərək qaydada 400 manat dəyərində yataq çarpayısı( taxt), 600 manat dəyərində servant, 600 manat dəyərində dolab ( şfoner), 400 manat dəyərində stol və stul dəsti (6 nəfərlik), 500 manat dəyərində divan və 2 kreslo, 400 manat dəyərində termo, 200 manat dəyərində tumbucka- 2 ədəd, 300 manat dəyərində mətbəxt mebeli, 300 manat dəyərində serviz (yemek dəsti), 250 manat dəyərində örtük dəsti 2 komplekt, 50 manat dəyərində odyal, 150 manat dəyərində yorğan (1 nəfərlik)-2ədəd- biri duvux-cəmi 3 ədəd (təkləri 100+100=200) tək cəmi- 350 manat, 75 manat dəyərində balınc 3 ədəd (biri 25 manatdan), 50 manat dəyərinddə balınc (8 ədəd) balaca, 200 manat dəyırində 1 ədəd iki nəfərlik döşək, 200 manat dəyərində döşək tək-2 ədəd, 80 manat stol örtüyü 2 dəst, 1000 manat dəyərində pərdə 3 otaq üçün, 500 manat dəyərində çilçıraq 3 otaq üçün (biri iri), mətbəx pərdəsi 1 ədəd-50 manat, çaydan və çaynik dəsti ( şirəli)- 20 manat, çəmlər-3 ədəd-10 manat, boşqablar və kasalar (2 dəst) 6+6+6)-45 manat və 20 manat dəyrində fincan çay dəsti, onlar olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar