Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2427/2020 26.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan olan xx xxxxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin və eləcədə X6 üç yaşına çatanadək hər ay 150 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, cavabdehlə 2015-ci il avqust ayında el adəti üzrə toyları olmuş, xx xxxxxx 2019-cu il tarixdə Gəncə Asan Xidmət Mərkəzində nikahlarını rəsmiləşdirmişdirlər. Cavabdehlə birgə nikahlarından xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Evliliklərindən bir neçə ay sonra cavabdehlə X4 şəhərinə işləməyə getmişlər. Müəyyən bir dövr yaşadıqdan sonra iddiaçı övladı ilə Gəncə şəhərinə qayıtmışdır. Burada ikinci övladı dünyaya gəlmişdir. Cavabdeh tərəfindən ailəyə laqeyidliklər olduğundan iddiaçı iki uşaqla valideynlərinin yanına sığınmışdır. Hal-hazırda da valideynlərinə məxsus evdə qalır. Övladlarının saxlanılması valideynlərinin pensiyası hesabınadır. Cavabdeh uşaqların saxlanılmasında köməklik göstərmir. Ailələri çox acınacaqlı vəziyyətə düşmüşdür. Uşaqların tələbatları isə hər gün artmaqdadır. İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianı müdafiə etdiyini, uşaqlar azyaşlı olduğundan özünün işləyə bilmədiyini, cavabdehin işləmədiyini və əlavə gəlirlərinin olmadığını qeyd edərək, cavabdehin gücü çatan qədər köməklik etməsinə razı olduğunu bildirdi. Cavabdeh izahat verərək iddianı qəbul etmədiyini, ailəsini bərpa etmək istədiyini, işləmədiyini, heç bir gəlirinin olmadığını və imkanı çatan qədər aliment ödəcəyini bildirdi. İş materiallarına əlavə edilmiş: X7 vilayəti Baş VVAQ idarəsinin Ryazan şəhəri üzrə 3 saylı ərazi VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, İ-ОБ № 854756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2016-cı ildə doğulmuşdur. Atası X8, anası İddiaçıdır. Gəncə şəhəri Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ- İV № 293416 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2017-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır Məhkəmə tərəflərin izahatlarını məhkəmə baxışında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıraraq iddianın mahiyyətilə bağlı aşağıdakıları qeyd etmək istəyir: Hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs arzusu və haqqı, həm də müqəddəs öhdəliyidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, X10 Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və X10 BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyub-duymamalarından asılı deyildir. Ailə Məcəlləsinin 75.4-cü maddəsi məhkəmələrə yetkinlik yaşına çatmayan uşağın təminatından yayınan valideynləri uşaqlarını saxlamağa məcbur etmək səlahiyyət verir və məhkəmə də hazırkı iddia üzrə həmin səlahiyyətindən istifadə etmək qətiyyətindədir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV bəndinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X10 Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 X10 Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, uşaqlarla bağlı aliment tələbi təmin olunmalıdır. Çünki tədqiq olunmuş, yuxarıda qeyd olunan doğum haqqında şəhadətnamələrdən görünür ki, Zərnişan və Lalə tərəflərin birgə nikahından doğulmuşlar, bu səbəbdən də onların saxlanması və təminatı həmin valideynlərin vəzifəsidir. Həmin alimentin miqdarına gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinin tələbinə görə əgər aliment verəcək şəxsin qazancı və gəliri yoxdursa, yaxud bu gəlir qeyri müntəzəm və ya dəyişkəndirsə alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq şərtilə sabit pul məbləği ilə müəyyən olunur. Ona görə məhkəmə yekun qərar qəbul edən zaman göstərilən maddələrə istinad etmək istəyir. Çünki iddiaçı cavabdehin işləmədiyini və gəlirlərinin olmadığını bildirir. Belə şəraitdə məhkəmə sabit pul məbləğinin həddini müəyyən etmək üçün mümkün məntiqi meyar kimi, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanuna istinad edəcəkdir. Həmin qanun uşaqlar üçün aylıq yaşayış minimumunun həddini 170 manat müəyyən etmişdir. Qanunun mənasına görə ay ərzində uşağın saxlanılmasından ötrü göstərilən məbləğdən az vəsaitin xərclənməsi uşağın bioloji varlığını, normal təminatını və inkişafını təhlükə altında qoyardı. Ona görə də məhkəmə təyin edəcəyi alimentin miqdarını göstərilən məbləğə yaxın, yəni hər uşağa 125 manat həddində müəyyən etmək istəyir. Məhkəmə bu zaman cavabdehin maddi vəziyyətini nəzərə alır. Həmçinin, Ailə Məcəllənin 84.2.2-ci maddəsinə əsasən arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin iddiaçı cavabdehin işləməməsini və zəruri vəsaitə malik olmamasını bildirdiyindən iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğilə hər bir uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat aliment tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X13 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-2427/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2427/2020
26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver