Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2448/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Hacıyeva Günel Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mərhum həyat yoldaşı şəhid və milli qəhrəman X1 barəsində danışdığı xoşa gəlməz ifadələrin məhkəmə qaydasında təkzib olunması, mənəvi zərər kimi 100.000 manat pulun və eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyətinin pozulması ilə məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh qeydiyyat yeri olaraq Gəncə şəhəri, Kəpəz rayonu, Ələkbər bəy Rəfibəyli küçəsi göstərilsə də, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, şəxsiyyət vəsiqəsinin sahibi Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində qeydiyyatdadır. Beləliklə, məhkəmə cavabdehin Gəncə şəhəri, Nizami rayonunda qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, iş ərazi aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 3-cü maddəsinin 1ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, iş ərazi aidiyyətı üzrə baxılması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1, 44.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində X3 Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-2448/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2448/2020
27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver