Məhkəmə qərarları › İş №2(043)-2676/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2676/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2676/2020 07.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdeh Həsənova (Orucova) Səadət Elsevər qızına qarşı «alimentin miqdarının azaldılması» tələbi barədə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı cavabdeh Həsənova (Orucova) Səadət Elsevər qızına qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iddia ərizəsinə əlavə olunmuş icra sənədindən görünür ki, cavabdeh Həsənova (Orucova) X1 rayonu, Çinarlı qəsəbəsi, A.Mürşüdov küçəsi, 12A ünvanında qeydiyyatdadır və həmin ünvan Şəmkir rayonu ərazisində yerləşir. Bununla da müəyyən olunur ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin 152.1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı cavabdeh Həsənova (Orucova) Səadət Elsevər qızına qarşı «alimentin miqdarının azaldılması» tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar