Məhkəmə qərarları › İş №2(043)-2716/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2716/2020

08.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2716/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakıilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat alimentin, həmçinin xx.xx.2020ci il tarixə kimi ödənilməmiş, hər ay 400 manatın, cəmi 2000 manat kompensasıyanın tutularaq ona verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında Gəncə şəhər Kəpəz rayonu Qeydiyyat Şöbəsində, xx.xx.2012-ci il tarixdə 247 nömrə ilə rəsmi qeyd etdirməklə ailə qurmuşdular. Cavabdehlə birgə nikahdan iki uşaqları xx xxxx 2012-ci il tarixdə, X4, xx xxxxxx 2015-ci il tarixdə X2 doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan münasibət pisləşmişdir. Elə bu səbəbdən də aralarında olan ər-arvad münasibətlərinə son qoyaraq ayrılmışdılar. Onlar 2019-cu ilin oktyabr ayından ayrı yaşayırlar. Uşaqların böyüyüb başa çatdırılması üçün maddi və mənəvi çətinliklərlə üzləşmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-696/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikahdan olan uşaqları onun yanında saxlanılmışdır. Nikah pozulması üçün məhkəməyə iddia ərizəsi verilmədən öncə, cavabdeh onu aldadaraq, uşaqların saxlanılması üçün hər uşağa ayda 200 manat olmaqla, cəmi hər ay cəmi 400 manat pul ödəyəcəyinə söz vermişdir. Lakin cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, uşaqların böyüyüb başa çatması üçün söz verdiyi məbləği ödəməmişdir. Baxmayaraq ki, cavabdehin aylıq gəliri 2000-3000 manatdır. Cavabdeh, fərdi qaydada evlərin əsaslı təmirləri ilə məşğul olur. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdehiddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, alimentin oktyabr ayından hesablanmasına razı deyil, çünki həmin dövrdə iddiaçı ilə birlikdə yaşamışdılar. İddiaçının tələb etdiyi 200 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Belə ki, o heç bir yerdə işləmir. Bundan başqa o iddiaçıya keçən ay 100 manat məbləğində pul ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 734973 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 30 aprel2012ci il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 247 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Kazımov, arvada Kazımova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx xxxx 2012-ci il tarixdə X4, xx xxxxxx 2015-ci il tarixdə X2 doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-696/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 2012-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsində 247 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxx 2012-ci il tarixdə doğulmuş X4 və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X1 cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu nəzərə alaraqhesab edir ki, iddia qismən təmin olunmalı, xx xxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat miqdarında aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən xx.xx.2020-ci il tarixə kimi ödənilməmiş, hər ay 400 manat, cəmi 2000 manat kompensasıyanın tutulması ilə bağlı arqumenti ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində istinad etdiyi halı əsaslandıra və sübut edə bilməmiş, yəni iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək onun aliment almaq üçün hansı tədbirlər gördüyünü, tədbir görülməsinə baxmayaraq cavabdehin alimenti verməkdən boyun qaçırdığını və bunun nəticəsində iddiaçının aliment ala bilməməsini əsaslandıra və sübut edə bilməmiş,bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehlə aralarında aliment barədə şifahi razılaşma olduğunu bildirsə də bu razılaşmada hansı miqdarda alimentin ödəniləcəyi müəyyən edilməmiş, cavabdeh isə son vaxtlara qədər iddiaçıya maddi yardım göstərdiyini, son olaraq bir ay əvvəl 100 manat pul verdiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə iclasında iddiaçının alimentin alınması üçün tədbirlər görməsi və cavabdehin alimenti ödəməkdən boyun qaçırması sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, aliment qismində tutulan məbləğin bir illik məcmusu 500 manatdan çox olduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 130 ( bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar