Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2728/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə nikahlarından doğulmuş 12.06.2016-cı il təvəllüdlü X2 və 29.10.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmiş, aliment miqdarının azaldılaraq, ondan 12.06.2016-cı il təvəllüdlü X2 və 29.10.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli 2(043)-5064/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, ondan azyaşlı Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərimin dörddə bir hissəsi miqdarında aliment tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi çıxarılan zaman o “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmiş və aylıq əmək haqqı 1260 (bir min iki yüz altmış) manat təşkil etmişdir. Daha sonra Əfsanə ilə onun 29.10.2018-ci il təvəllüdlü X5 adlı bir uşaqları da dünyaya gəldi. Ona da məhkəmə qaydasında aliment təyin edildi. Onun əmək haqqının 1/3 hissəsi 420 manat təşkil edirdi. 2021-ci ilin iyun ayına kimi aliment məbləği onun əmək haqqından tutulmuşdur. 16.06.2021-ci il tarixdə o, hərbi xidmətdən tərxis olunmuşdur. Hazırda heç bir yerdə işləmir, hər hansı gəliri yoxdur. Aliment artıq onun gəlirinin 1/4 hissəsi miqdarında tutula bilməz. onun hazırda gəliri olmadığından alimentin ondan sabit pul məbləğində tutulmasını istəyir. O yenidən ailə qurmuşdur. Həmin nikahdan da onun 18 may 2021-ci il təvəllüdlü Nərmin adlı bir övladı var. Bundan başqa onun 3 krediti var. Hər ay banklara 556 manat kredit ödəyir. O 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Müharibədə yaxınlığında mərmi düşməsi nəticəsində travma almışdır. Bununla bağlı hazırda işləyə bilmir. Odur ki, o Əli və Zəhranın saxlanılması üçün cavabdehə hər ay, hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment ödəyə bilər. Ona görə də, iddiaçı alimentin azaldılaraq, sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 may 2021-ci il təvəllüdlü X1 atası İddiaçıdur, anası X3r. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 5064/2018 nömrəli, 02 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 12.10.2018-ci il tarixdən etibarən azyaşlı Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli, 442 nömrəli arayışından görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata tərxis olmuşdur. 17.06.2021-ci il tarixdən SHXÇDX-nin Daşkəsən rayon bölməsində qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı hazırda heç bir yerdə işləməməsini, heç bir qazancının və ya gəlirinin olmamasını iddia edərək alimentin ondan sabit pul məbləği ilə tutulmasını xahiş etmişdir. İddiaçı əvvəlki işindən çıxması barədə sənəd təqdim etsə də hazırda heç bir yerdə işləməməsi və heç bir gəliri və ya qazancının olmaması barədə sübutlar təqdim etməmişdir. Buunla yanaşı məhkəmə xüsusilə qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən alimentin sabit pul məbləği ilə tutulması yalnız uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür. Hazırkı halda isə iddiaçı xeyrinə aliment ödənilən tərəf yox, aliment ödəməli olan şəxsdir. Bu baxımdan iddiaçının həm də belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüququ da yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2728/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2728/2021
06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver