Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2862/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(043)-1490/2014 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının 1/4 hissəsi məbləğində təyin olunmuş alimentin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilərək onaödənilməsibarədə qətnamə çıxarılamsını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, X7 Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə çıxarılan vaxt cavabdeh Daxili Qoşunlarda xidmət etdiyi üçün və hər ay təxmini 330 manat aliment almışdır. Lakin, halhazırda cavabdeh işdən azad olunduğundan aliment 47 manat ödəyir. Bildiyinə görə də, rəsmi olaraq heç bir yerdə işləmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, səhhətində yaranmış problemlə əlaqədar olaraq işdən xaric edilmişdir. Pensiya hüququ yaranmadığından pensiya ala bilməmişdir. Həmçinin başqa nikahdan olan uşağına da aliment ödəmişdir. Həmçinin banka kredit borcu vardır. Hal-hazırda heç bir yerdə işləmir. Səhhəti ilə bağlı olaraq bir müddət işləyə bilməz. Alimentin hazırda sabit pul məbləğində təyin edilməsinə etirazı olduğunu bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - X7 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1490/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah akt qeydi pozulmuş, birgə nikahlarından anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, X7 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1490/2014 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından anadan olmuş Ümidin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində aliment tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda cavabdeh işləmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin 170 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin «X4» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş «X4» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: X5 Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170,0 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehin qazancının 1\4 hissəsində tutulan alimentin hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Cavabdehin maddi imkanının olmamasına dair göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə hesab edir ki, valideynin maddi imkanının aşağı olması onu qanunvericilik sisteminin əsası olan və ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya ilə təsbit olunmuş valideynlik borcundan azad etmir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. X7 Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(043)-1490/2014 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının 1/4 hissəsində tutulan aliment hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyirinə ödənilsin. İş üzrə 30 (otuz) manat dövət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2862/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2862/2020
18.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver