Məhkəmə qərarları › İş №2(043)-2865/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2865/2020

06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2865/2020 06.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Allahverdiyev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əliyev Şubay Mövsum oğlunun iştirakları ilə İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə xx xxxxxxx 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikahları Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsində 478 nömrəli akt ilə qeydə alınmışdır. Birgə nikahadan 4 övladları anadan olmuşdur. Övladlarında yetkinlik yaşına çatmayan xx xxxxx 2007-ci il təvəllüdlü X4 hal hazırda oğlu onun himayəsindədir. Cavabdehlə evlənən vaxtdan yola gedə bilməmişdilər, daim məni heç bir səbəb olmadan döymüş, söymüş, təhqir etmişdir. Evlənən gündən bir gün də olsa ailəsinə baxmamış, uşaqlarının dolanışığı ilə maraqlanmamışdır. Ayrılan vaxtdan uşaqlar onun himayəsində yaşamışdırlar. Cavabdeh rəsmi olaraq heç bir yerdə işləməsə də, kommersiya fəaliyyəti ilə məşğul olur, maddi vəziyyəti çox yaxşıdır. Bu illər ərzində ona heç bir yardım göstərməmiş, nəhayət indi bir nəfər azyaşlı uşağının saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını istəyir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı ilə aralarında olan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O təxminən 5-6 ildir ki, ünvan 1 mənzil 60 ünvanda yerləşən nikah dövründə əldə etdikləri 3 otaqlı evi bütünlükdə uşalarına verib evdən çıxmışdır və evdən gedən zaman bildirmişdir ki, evdən ona çatası payı aliment əvəzi ilə uşaqlarına verir. Ona görə də hesab edir ki, o cavabdehə aliment ödəməməlidir. Eyni zamanda o hələ 1981-ci ildə avtomobil qəzası keçirmişdir. Hal-hazırda da əmək qabiliyyəti olmadığı üçün, atasının təqaüdü hesabına yaşayır. Bundan başqa aralarında olan münasibətlərin pozulması nəticəsində, o 5-6 ildir ki, faktiki ayrı yaşayır və ailənin saxlanılması mümkün deyil. Buna görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehİddiaçı öz iddiasını müdafiə edib və qarşılıqlı iddianı qəbul edib izahatında göstərdi ki, Cavabdeh ilə aralarında olan nikah pozulduqdan sonra nikahdan doğulmuş xx xxxxx 2007-ci il təvəllüdlü X2 onun yanında qalması və himayəsində olan uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Əliyev Şubay Mövsum oğlu da qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, nümayəndəsi olduğu oğlu Cavabdeh vərəm xəstəsi olduğu üçün İddiaçı onu evdən qovmuşdur. Hal-hazırda da Cavabdeh bir neçə xəstəlikdən əziyyət çəkdiyi üçün əmək qabiliyyətini itirmişdir. Cavabdeh nikahın pozulmasında israrlıdır. Nikah pozulduqdan sonra Cavabdeh nikahdan doğulmuş xx xxxxx 2007-ci il təvəllüdlü X2 anasıİddiaçı yanında saxlanılmasına etirazı yoxdur. Buna görə də ilk iddianın rədd, qarşlıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında fikri dinlənilən xx xxxxx 2007-ci il təvəllüdlü X4 bildirdi ki, Gəncə şəhərinin 7 №-li orta məktəbinin 8-ci sinif şagirdidir. Valideynləri faktiki olaraq 5-6 ilə yaxın müddətdir ki, ayrılmışlar. Əvvəllər babasıgilə gedəndə atasını görürdü. Valideynləri ayrıldıqdan sonra anasının yanında qalmışdır. Uzun müddətdir ki, atasını görməmişdir. Nikah pozulduqdan sonra anasının yanında qalmaq istəyir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2007-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə iclasında tərəflərin ailə münasibətlərinə son qoyulduğu və tərəflərin hər ikisinin nikahın pozulmasına razı olduğu müəyyən edildi. Buna görə də nikahın pozulmasının səbəbləri araşdırılmadan nikah pozulmalıdır. Hazırda tərəflər nikah pozulduqdan sonra onların nikahlarından doğulmuş uşağın İddiaçı yanında qalması ilə bağlı razılığa gəlmişdir. Eləcə də məhkəmə iclasında fikri dinlənilən xx xxxxx 2007-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra da anası İddiaçı ilə yaşamaq istədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx xxxxx 2007-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğini, tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh alimentin tutulmasına dair etirazı əsassız olmaqla uşaqların mənafeyinə ziddir. Cavabdeh nümayəndəsi onun işləmədiyini və əmək qabiliyyətinin olmadığını bildirsə də bu halı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda ilk iddia üzrə iddiaçı da 300 manat miqdarında aliment tələb etsə də ilk iddia üzrə cavabdehin gəlirlərinin yüksək olması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də iddia aliment tələbi hissəsində qismən təmin olunmalı, xx xxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləği ilə aliment tutularaq, İddiaçı verilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə müraciət olunduğu, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərəflərə xatırladır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri Nizami VVADQ şöbəsində xx xxxxxxx 1993-cü il tarixdə, 478 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş xx xxxxx 2007-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar