Məhkəmə qərarları › İş №2(043)-287/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-287/2022

01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-287/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Aqı̇ f oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Aqı̇ f oğluna qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Aqı̇ f oğluna qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Aqı̇ f oğlu iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh Aqı̇ f oğluna qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar