Məhkəmə qərarları › İş №2(043)-2871/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2871/2020

17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2871/2020 17.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 340 manat pul məbləğinin Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur və hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. O 2018-ci ildə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir və Gəncə şəhər Kəpəz Rayon Məhkəmısinin 2(043)-2255/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X8 və X1 üçün ayda 240 manat aliment məbləği tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda qətnamədə qeyd olunan aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetmir. Nihat 8-ci, Abbas isə 9-cu sinif şagirdidir. Əlavə dərs vəsaitləri, məşğələləri üçün xərcləri artmışdır. Həmçinin uşaqların onurğa sütununda skolioz xəstəliyi olduğundan mütəmadi olaraq müalicəyə ehtiyacları vardır. Cavabdeh ümumiyyətlə uşaqları ilə maraqlanmır, aliment borcu var. O uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatlarını qarşılamaqda çətinlik çəkir. Ona görə də, alimentin artırılması üçün bir daha məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh yazılı etirazını məhkəməyə təqdim edərək, etirazında göstərmişdir ki,iddia ərizəsində onun gəliri və ya hər hansı qazancı barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin yeganə qazanc yeri olan işi itirilmişdir. Pandemiya dövrünə təsadüf edildiyindən başqa yerdə işləyib qazanc gətirilməsində də problem yaranmışdır. Hazırda pandemiya dövrü davam etdiyindən stabil və ya günəmuzd iş tapa bilmir. Buna baxmayaraq, alimentin ödənişlərini valideyninin pensiyası ilə edilir. Pandemiya dövründə alimentlərdə ödənişlərin olmasına baxmayaraq, iddiaçı tərəfindən 190 manat birdəfəlik ödəmələr alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazda göstərilənlərə uyğun izahat verib hazırkı aliment məbləğinin çətinliklə ödədiyini, iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcəyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2255/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 778083 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 026076 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. İddiaçı özünün və ya cavabdehin maddi və ailə vəziyyətində hər hansı əsaslı dəyişikliyin baş verməsi barədə sübutlar təqdim etməsə də məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2255/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, həmin artım iddiaçının maddi vəziyyətinin pisləşməsi kimi qiymətləndirilməlidir. Belə ki, yaşayış minimumu mal və xidmətlərin dəyərinə uyğun olaraq müəyyən edildiyindən, mal və xidmətlərin qiymətinin artması şəraitində aliment məbləğinin dəyişməməsi iddiaçının eyni miqdarda alimentlə uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmasını təmin edə bilməyəcəyini göstərir. Buna görə də məhkəmə yaşayış minimumundakı fərqi nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 135 (bir yüz otuz beş) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar