Məhkəmə qərarları › İş №2(043)-3020/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3020/2020

25.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3020/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/4hissəsi məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində yerləşən “Gold İmperial” şadlıq sarayında toy etməklə ailə həyatı qurmuşdur, faktiki nikah dövründə xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra qısa bir müddət mehriban yaşasalarda sonradan daim mübahisələr yaranmış və nəticədə ayrılmaqlarına gətirib çıxarmışdır. Nikahları rəsmi qeydiyyatdan keçməmişdir. Birgə yaşayış dövründə, yəni xx.xx.2019-cu il tarixdə X4 adlı bir övladımız dünyaya gəlmiş, Gəncə “Asan Xidmət” Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli AZ-İ 383919 saylı atalığın müəyyən olunması haqqında şəhadətnamə əsasında xx.xx.2019-cu il təvəllüdlü X2 atasının Cavabdeh olması müəyyən olunmuş və ona Gəncə “Asan Xidmət” Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli AZ-İV 353392 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Aralarında olan narazılığa görə hazırda cavabdehlə ayrılmış, faktiki olaraq ayrı yaşayırlar. Hazırda uşaq onun himayəsində yaşayır və o, atasına məxsus evdə qalmaqla heç bir yerdə işləmir, bununla bərabər tələbədir və Cavabdeh uşağın saxlanılmasında heç cür iştirak etmir. Məlum məsələdir ki, azyaşlı körpənin saxlanılması maddi dəstək tələb edir və bu dəstək cavabdeh tərəfindən göstərilmədiyindən o, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırda Müdafiə Nazirliyinin Goranboy rayonu, Nizami kəndində yerləşən N saylı hərbi hissədə MAXE vəzifəsində işləməklə yüksək məbləğdə əmək haqqı alır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə1iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddia tələbini müdafiə edərək təmin edilməsini, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə cavabdehin hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 çıxış edərək bildirdi ki, Cavabdeh həqiqətən də Müdafiə Nazirliyinin Goranboy rayonu, Nizami kəndində yerləşən hərbi hissədə MAXE vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manatdan çoxdur, lakin 500 manata çatmır, gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulmasına etiraz etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, iddia tələbi əsaslıdır və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. İş materiallarında olan AZ-İV seriyalı, 353392 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2019cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 383919 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 atası Cavabdehdur. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halı bundan ibarətdir ki, iş üzrə tərəflər faktiki ailə qurmuşlar və onları ailə münasibətlərindən bir uşaqları doğulmuş. İddiaçı ilə cavabdeh ayrı yaşayırlar və birgə nikahdan olan uşaq anasının yanıdadır. Cavabdeh hərbi qulluqçu olmaqla daimi qazancı vardır. İddiaçı cavabdehin qazancının və gəlirlərinin ¼ hissəsində aliment təyin edilməsini xahiş etmiş, cavabdeh etiraz etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşаq hüquqlаrı hаqqındа» Аzərbаycаn Respublikаsının Qаnunun 3-cü mаddəsinə görə uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğın zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə оlunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi fоrmаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən, uşağın Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq xərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq huququ vаrdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəhər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Аzərbаycаn Respublikаsındа 2020-ci il üçün yаşаyış minimumu hаqqındа» Аzərbаycаn Respublikаsının Qаnununa əsаsən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən оlunmuşdur. Beləliklə, məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu, iddiaçının tələb etdiyi aliment məbləğini və cavabdehin azyaşlı uşağa baxmaqla işləmək imkanlarının məhdudluğunu nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh aylıq qazancının və gəlirlərinin 1/4 (dörddə bir) hissəsində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh aylıq qazancının və gəlirlərinin 1/4 (dördə bir) hissəsində aliment tutularaq, İddiaçı ödənilsin. Aliment tutulması xx.xx.2020-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar