Məhkəmə qərarları › İş №2(043)-3054/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3054/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3054/2020 07.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova TəhminəƏlistan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2019-cu ildə anadan olmuş Cəfərov Ömər Elməddin oğlunun və xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında MPM-in184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilib bütün sübutların təqdim olunub olunmaması araşdırılarkən İddiaçı məhkəməyə idda həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh xx.xx.2019-cu ildə anadan olmuş Ömərin və xx.xx.2017-ci ildə anadan olmuş İmanın ataları olması faktının müəyyən edilməsinə və alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. MPM-in 53-cü maddəsinə əsasən işə iddia həcminin artırıldığı kimi baxılmışdır. Məhkəmə iclasında İddiaçıiddianı müdafiə edərək izahatında göstərdi ki,Cavabdeh ilə 2016-cı ildə nikahlarını rəsmiləşdirmədən faktiki ailə qurmuşdurlar. Birgə evlilikdən xx.xx.2019-cu il ildə Cəfərov Ömər Elməddin oğlu və xx.xx.2017-ci ildə X2 anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan ayrılmalı olmuş, həmi vaxtdan əlaqələri tamamilə kəsilmişdir. Bu müddətdə cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların saxlanılmasıüçün ona heç bir köməklik göstərməmişdir. Uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək cavabdehlə yaşadıqları dövrdə xx.xx.2019-cu il ildə anadan olmuş Ömərin və xx.xx.2017-ci ildə anadan olmuşİmanın öz doğma övladları olduğunu göstərərək onların yetkinlik yaşlarına çatana kimi hər ay hər uşağa 100 manat aliment kəsilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işüzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işəəlavəedilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-AZ-İİİ 945951 nömrəli və AZ-İV 270251 nömrəli doğum haqqında şəhadətnamələrin əsli iləüzləşdirilmiş surətlərindən görünür ki, tərəflərin birgə yaşadıqları gövrdə xx.xx.2017-ci ildə İman və xx.xx.2019-cu ildə Ömər adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundansonra-AM) 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgəərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. AM-in 186-cı maddəsinəəsasən, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. AM-in 188-ci maddəsinəəsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin «X3» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinəəsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağıöz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “X3” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adıçəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki vəəqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşaqların inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını eləcə də uşalara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu ildə anadan olmuşÖmər Cəfərovun və xx.xx.2017-ci ildə anadan olmuşİman Cəfərovun ataları olması faktı müəyyən edilməli, xx.xx.2019-cu ildə anadan olmuş Cəfərov Ömər Elməddin oğlunun və xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi:-200 (iki yüz) manat məbləgində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinəəsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinəəsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzindəödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki işüzrə Cavabdeh dövlət rüsumu hesabına 30,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu ildə anadan olmuş Ömər Cəfərovun və xx.xx.2017-ci ildə anadan olmuş İman Cəfərovun ataları olması faktı müəyyən edilsin, uşaqların doğum akt qeydində soyadı Allahverdiyev, ata qrafasında Cavabdehkimi qeyd edilsin. xx.xx.2019-cu ildə anadan olmuş Cəfərov Ömər Elməddin oğlunun və xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30,0 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutlması hissəsində dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar