Məhkəmə qərarları › İş №2(043)-3101/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3101/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3101/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 Hüseyn oğluna, Cavabdeh1, Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğvi, borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 Hüseyn oğluna, Cavabdeh1, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 15017- 1/072795 nömrəli kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh3 xx.xx.2020-ci il tarixə 7913,34 manat əsas, 427,15 manat kreditdən istifadəyə görə faiz borcu, 10280 manat cərimə olmaqla, cəmi 18620,49 manat kredit borcunun həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun, 20 manat xidmət haqqının iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nörməli evin 36 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh3 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdehlərdən Cavabdeh1 cavabdeh qismindən çıxarılmasını, Sadıqov Toğrul Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 15017- 1/072795 nömrəli kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli, 15017-1/072795 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə olan 7913,34 manat əsas, 427,15 manat kreditdən istifadəyə görə faiz borcu, 10280 manat cərimə olmaqla, cəmi 18620,49 manat kredit borcunun həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun, 20 manat xidmət haqqının iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nörməli evin 36 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh3 15017-1/072795 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nörməli evin 36 nömrəli mənzilində qeydiyyatda olan şəxslər Cavabdeh2, Cavabdeh3 X1, Cavabdeh4, və X2 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmalarına və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli, 15017-1/072795 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə illikfaiz dərəcəsi 6% faiz omaqla 15.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixli, 15017-1/-72795İ saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nörməli evdə yerləşən sahəsi 72.9 kv.m olan 3 otaqlı 36 nömrəli mənzil kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər Cavabdeh3 həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 iddiaçıya xx.xx.2020-ci il tarixə 7913.34 manat əsas, 427.15 manat kreditdən istifadəyə görə faiz borcu, 10280 manat cərimə olmaqla, cəmi 18620.49 manat kredit borcu qalmaqdadır. Bank tərəfindən cavabdehə yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətində öhdəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. Bank tərəfindən cavabdehə yazılı şəkildə ipoteka predmetinə yönəltmə barədə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. İpoteka predmetinə yönəltmə barədə bildiriş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X6 məhkəməyə teleqram verərək məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2015-ci il tarixli 15017-1/072795 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 15017-1/072795 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nörməli evin mülkiyyətində olan 36 nömrəli mənzilni Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15017-1/072795 saylı kredit müqaviləsinin təminatı olaraq bana ipoteka qoyaraq ilkin satış qiyməti 45000 (qırx beş min) manata razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 kredit götürdüyü 15000 manatı illik 6 faiz dərəcəsi ilə 36 ay müddətinə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. RX Seriyalı ******* nömrəli, çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nörməli evin 36 nömrəli mənzilini xx.xx.2015-ci il tarixli 15017- 1/072795 nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-yə ipoteka qoyaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2018-ci il tarixli 05 nömrəli bildirişdən görünür ki, ipotekaya qoyan Cavabdeh2 və borcalan Cavabdeh3 tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş verilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması barədə xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, ərizə xx.xx.2018-ci il tarixdə DƏDRX-də qeydə alınmışdır. xx.xx.2015-ci il tarixli kassa məxarix oredinin surətindən görünürü ki, Cavabdeh3 İddiaçı ASC-nin xəzinədarlığından 15000 (on beş min) manat pulu qəbul etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ASC-yə 7913,34 manat əsas, 427,15 manat kreditdən istifadəyə görə faiz borcu, 10280 manat cərimə olmaqla, cəmi 18620,49 (on səkkiz min altı yüz iyirmi manat 49 qəpik) manat kredit borcu vardır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarından biri də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Göründüyü kimi tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin ödəməli olduğu əsas məbləği və faiz məbləğini nəzərə alaraq cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz surətdə yüksək qiymətləndirilməli və 10280 manat məbləğində cərimə məbləği azaldılaraq 280 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 15017-1/072795 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli, 15017-1/072795 saylı kredit müqaviləsi üzrə 7913.34 manat əsas kredit borcu, 427.15 manat faiz borcu, 280 manat cərimə olmaqla, cəmi 8620,49 (səkkiz min altı yüz iyirmi manat 49 qəpik) manat kredit borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Cavabdeh2 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nömrəli binada yerləşən 36 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı və ilkin satış qiyməti 45000 (qırx beş min) manat müəyyən edilməlidir. Tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş vəsait hesabına Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli, 15017-1/072795 nömrəli kredit müqaviləsi üzrə banka olan borcu ödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılmalıdır. Həmin əmlaka tutma yönəldikdə və hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh2 Cavabdeh3, Cavabdeh4, X1 və X2 Gəncə şəhəri Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nömrəli binanın 36 nömrəli mənzilindən istifadə hüquqlarını xitam verilməklə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 15017- 1/072795 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli, 15017-1/072795 nömrəli kredit müqaviləsi üzrə 7913.34 manat əsas borc, 427.15 manat faiz borcu, 280 manat cərimə olmaqla, cəmi 8620,49 (səkkiz min altı yüz iyirmi manat 49 qəpik) manat kredit borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 4 nömrəli binanın 36 nömrəli mənzilinə yönəlsin və həmin mənzil açıq hərracda satılsın. Mənzilin ilkin satış qiyməti 45000 (qırx beş min) manat müəyyən edilsin. Tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş vəsait hesabına Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli, 15017-1/072795 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait ipoteka qoyan Cavabdeh2 qaytarılsın. Həmin mənzilə tutma yönəldikdə və hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh2 Cavabdeh3, Cavabdeh4, X1 və X2 mənzilindən istifadə hüquqlarını xitam verilməklə mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. Qətnamə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar