Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(043)-3194/2020 07.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu, Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1986-cı ildə Gürüstan Respublikasının Dmanisi rayonunda doğulmuş və ünvan 1 mənzil 26 ünvanda qeydiyyatda olan Borclu xx xxxx 2018-ci il tarixli müqavilə üzrə 1592 (bir min beş yüz doxsan iki) manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1612 manat məbləğində pul vəsaitinin alınaraq xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kreditor ilə iş üzrə Borclu arasında bağlanmış xx xxxx 2018- ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Borclu kreditordan 1 ədəd dəyəri 2496 manat olan İphone X 64Gb Silver markalı mobil telefon əldə edib. Borclu göstərilən məbləği hər ay 208 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Borclu müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 1592 manat borcu qalıb, lakin borclu müqavilə üzrə qalıq borcunu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, FSK904 nömrəli müqavilədən görünür ki, Borclu Kreditor hər ay 208 manat olmaqla 12 ay müddətinə 1 ədəd dəyəri 2496 manat olan İphone X 64Gb Silver markalı mobil telefon almışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu xx.xx.2018-ci il tarixli, FSK904 nömrəli müqavilə üzrə ödənilməmiş 1592 (bir min beş yüz doxsan iki) manat əsas (qalıq) borcu vardır. xx.xx.2020-ci il tarixli pretenziyadan görünür ki, cavabdeh Borclu borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımıncA icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1986-cı ildə Gürüstan Respublikası, Dmanisi rayonunda doğulmuş və ünvan 1 mənzil 26 ünvanda qeydiyyatda olan Borclu 1592 (bir min beş yüz doxsan iki) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 1612 (bir min altı yüz on iki) manat məbləğində pul tutularaq Kreditor hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3194/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(043)-3194/2020
07.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver