Məhkəmə qərarları › İş №2(043)-3287/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(043)-3287/2020

09.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(043)-3287/2020 09.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Kreditor Borcluqarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i m : Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Kreditor MMC-dən xx.xx.2018-ci il tarixli, 545798 saylı müqaviləyə əsasən dəyəri 775 manat olan məişət avadanlığını 7 manat ilkin ödəniş edilməsi, qalıq məbləği isə hissə-hissə 12 ay müddətinə aylıq 64 manat ödəmək şərti ilə almışdır. Borclunun müqavilə şərtlərini lazımı qaydada icra etməməsi səbəbindən borclunun müqavilə üzrə kreditora 384 manat borcu qalmışdır. Buna görə də, kreditor müqavilə üzrə 384 manat və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 404 manatın borcludan tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Borclu ilə Kreditor MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 545798 saylı müqavilədən məlum olur ki, Borclu əsasən dəyəri 384 manat məbləğində məişət avadanlığını 7 manat ilkin ödəniş edilməsi, qalıq məbləği isə 12 ay müddətinə aylıq 64 (altmış dörd) manat ödəmək şərti ilə aldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Borclu xx.xx.2018-ci il tarixli müqavilə üzrə 384 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, ə m r e d i r ə m: xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2018-ci il tarixli, 545798 saylı müqavilə üzrə 384 (üç yüz səksən dörd) manat pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul tutularaq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanda yerləşən Kreditor hesabına (hesab nömrəsi: Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar