Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3381/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2011-ci il tarixli 25 saylı müqaviləsi üzrə əsas məbləğ – 125835,53 manat, hesablanmış faiz – 39008,26 manat, cərimə borcu- 292,97 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu -0,00 manat, cəmi -165136,76 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin anket məlumatları öyrənilərkən müəyyən edilmişdir ki, iş ərazi aidiyyətinin pozulması ilə məhkəməyə verilmişdir. Belə ki, cavabdehə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh kredit müqaviləsi bağlanarkən ünvan 2, ev 154 ünvanda qeydiyyatda olduğunu, lakin təxminən 4-5 il əvvəl hazırda yaşadığı ünvana qeydiyyata düşdüyünü bildirmişdir. Cavabdehə məxsus şəxsiyyət vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. İddia ərizəsi isə məhkəməyə xx xxxx 2019-cu il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddia məhkəməyə verildiyi zaman cavabdeh Gəncə şəhəri Kəpəz rayonunun ərazisində yaşamamışdır. Tələb borc münasibətləri ilə bağlıdır. Hazırkı tələbə iddiaçının seçməsinə görə və ya müstəsna aidiyyət qaydaları tətbiq edilmir. Ümumi qaydaya uyğun olaraq bu tələb üzrə iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerə görə verilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh mülki işin aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3 və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ləğv prosessində olan İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3381/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3381/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver