Məhkəmə qərarları › İş №2(043)-3441/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3441/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3441/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 və 03 iyun 2013-cü il tarixdə anadan olmuş X1 uçun hər ay hər uşaq üçün yetkinlik yaşına çatana qədər 315 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə nikahdan 2 uşaqları anadan olmuşdur: 26 sentyabr 2011-ci il təvəllüdlü X7 və 03 iyun 2013-cü il təvəllüdlü X9. Cavabdehlə ayrılmışlar. Birgə nikahdan anadan olan uşaqlar onun himayəsində yaşayır. Cavabdeh hərbçidir, xeyli gəlir əldə etməyinə baxmayaraq, uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. O isə heç bir yerdə işləmir. Heç bir yerdən qazanc əldə etmir. Bildirir ki, cavabdehin birinci nikahdan başqa bir uşağı var və o uşağın saxlanması üçün hər ay 312 manat aliment ödəyir. Onun uşaqlarının da həmin uşaqla bərabər hüquqa malikdir və ona görə də düşünür ki, onun uşaqlarının da hər birinə cavabdehin birinci nikahından olan uşağa ödədiyi qədər aliment ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, Cavabdeh 26 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 və 03 iyun 2013-cü il tarixdə anadan olmuş X1 uçun hər ay hər uşaq üçün yetkinlik yaşına çatana qədər 315 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Cavabdeh məxsus (050) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılaraq 19 oktyabr 2021-ci il saat 11:00-a təyin olunmuş mülki işlə bağlı məhkəmədə iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar edilmiş, Cavabdeh məhkəmə prosesi barədə məlumatı olduğunu, lakin hazırda Kəlbəcər rayonunda müddətdən artıq hərbi qulluqçu qismində xidmət etdiyindən məhkəmə iclasına gələ bilmədiyini, 1282 manat əmək haqqı aldığını və birinci nikahdan olan X4 birgə nikahlarından doğulmuş uşaq üçün hər ay 310 manat aliment ödədiyini bildirmişdir. Hazırda İddiaçı aliment tələbi ilə bağlı bildirmişdir ki, əmək haqqının 50 faizini birinci və ikinci nikahdan olan uşaqların arasında bərabər bölünməsini xahiş etmişdir. Əlavə olaraq alimentin təyin edilməsinə etiraz etməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs qismində cəlb edilmiş X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Üçüncü şəxs X4 məxsus (050) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılaraq 19 oktyabr 2021ci il saat 11:00-a təyin olunmuş mülki işlə bağlı məhkəmədə iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar edilmiş, X8 məhkəmə prosesi barədə məlumatı olduğunu, lakin səhhəti ilə bağlı məhkəmə iclasında iştirak etməyinin mümkün olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, Cavabdeh birgə nikalarından doğulmuş uşaq üçün ona 310 manat məbləğində aliment ödəyir. İddiaçı aliment tələbi ilə bağlı bildirmişdir ki, onun uşağının və digər uşaqlar arasında alimentin bərabər olaraq təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 888071 nömrəli və AZ-İİİ seriyalı, 063477 nömrəli doğum haqqına şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 26 sentyabr 2011-ci il təvəllüdlü X7 və 03 iyun 2013-cü il təvəllüdlü X10 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədələrdə uşaqların atası Cavabdeh, anaları isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməsi” barədə 09.09.2021-ci il tarixli, MŞİH-01408 saylı arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı “aliment” tələbinə dair 09 sentyabr 2021-ci il tarixdə, saat 10:00-dan 11:00-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər və onların ailə münasibətlərindən 26 sentyabr 2011-ci il təvəllüdlü X7 və 03 iyun 2013-cü il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmamış, lakin uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzindən birgə nikahdan olan uşaqlar anasının yanındadır. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasında müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən barışıq əldə edilmədiyi üçün, “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onunla telefonla əlaqə saxlanılaraq 19 oktyabr 2021-ci il saat 11:00-a təyin olunmuş mülki işlə bağlı məhkəmədə iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar edilmiş, xidməti zərurəti olaraq hazırda məhkəmə iclasında iştirak edə bilməmişdir və 1282 manat əmək haqqı alır və birinci nikahdan olan X4 birgə nikahlarından doğulmuş uşaq üçün hər ay 310 manat aliment ödəyir. Odur ki, hazırda İddiaçı aliment tələbi ilə bağlı bildirmişdir ki, əmək haqqının 50 faizini birinci və ikinci nikahdan olan uşaqların arasında bərabər bölünməsini xahiş etmişdir. Əlavə olaraq alimentin təyin edilməsinə etiraz etməmişdir. Cavabdehin birinci nikahdan olan keçmiş həyat yoldaşı mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 məhkəmə iclasında iştirak etməmiş, onunla telefonla əlaqə saxlanılaraq 19 oktyabr 2021-ci il saat 11:00-a təyin olunmuş mülki işlə bağlı məhkəmədə iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar edilmiş, X8 məhkəmə prosesi barədə məlumatı olduğunu, lakin səhhəti ilə bağlı məhkəmə iclasında iştirak etməyinin mümkün olmadığını, Cavabdeh birgə nikalarından doğulmuş uşaq üçün ona 310 manat məbləğində aliment ödədiyini, İddiaçı aliment tələbi ilə bağlı isə bildirmişdir ki, onun uşağının və digər uşaqlar arasında alimentin bərabər olaraq təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, faktiki nikahdan doğulmuş uşaqların atalarından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini, cavabdehin ilk ailə münasibətindən də yetkinlik yaşına çatmayan uşağının olmasını və həmin uşağın saxlanılması üçün aliment təyin edilməsini, tələb edilən aliment məbləğini nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, 03 iyun 2013-cü il təvəllüdlü X6 və 26 sentyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 15.09.2021-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə ailə münasibətlərin doğulmuş 26 sentyabr 2011-ci il təvəllüdlü X3 və 03 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması 15 sentyabr 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar