Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3495/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan cehiz əşyalarının onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, A.İ.Yusibov küçəsi, 6 saylı ünvanda yerləşən fərdi yaşayış evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə iddiaçının oğlu X3 ilə rəsmi nikaha daxil olmuş və iddiaçıya məxsus X6 rayonu A.İ Yusibov küçəsi 6 saylı ünvanda yerləşən evə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. 2019-cu ilin avqust ayından cavabdeh valideyinlərinin yanına getmiş və Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (145)-185/2020 nömrəli qətnaməsi ilə cavabdehlə iddiaçının oğlu arasındakı nikah akt qeydi pozulmuşdur. Cavabdehə məxsus aşağıdakı cehiz əşyaları, yəni yataq mebeli, stol-1 ədəd, oturacaq stulları-8 ədəd, divan-1 ədəd, şkaf-2 ədəd, xalça-2 ədəd, çil-çıraq 2 ədəd, paltaryuyan maşın-1 ədəd, pərdə-2 dəst, tozsoran-1 ədəd, döşək-1 ədəd, yorğan-1 ədəd, balınc-2 ədəd, pakrval-1 ədəd, stolüstü süfrə-1 ədəd, əl dəsmalı-2 ədəd, hamam dəsmalı-2 ədəd, çəngəl-12 ədəd, qaşıq-12 ədəd, 2 qazan dəsti, konfet qabı-2 ədəd, stəkan-12 ədəd, xörək servizi, çay servizi, meyvə qabı- 2 ədəd, gül qabı-2 ədəd iddiaçının evində qalmışdır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh gəlib əşyalarını aparmır. Həmin əşyalar evində sıxlıq yaratdığından otaqlardan istədiyi kimi istifadə edə bilmir və beləliklə, mülkiyyətçi kimi onun hüquqları pozulur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının oğlu ilə 2017ci ildə ailə qurmuşdur. Birgə nikahlarından 2018-ci ildə Zenfira adlı uşaqları anadan olmuşdur. Hal hazırda uşağı ilə yaşamağa yeri yoxdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2002-ci il tarixli, 21581 nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 rayonu A.İ Yusibov küçəsi 6 saylı ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. xx.xx.2020-ci il tarixli, AZ-İ 358148 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında olan nikah pozuluşdur. Məhkəmə iclasında müəyyən olundu ki, X6 rayonu A.İ Yusibov küçəsi 6 saylı ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.Cavabdeh iddiaçının oğlu ilə ailə quraraq həmin evə gəlin köçmüş özünə məxsus əmlakları iddiaçının evinə yığmışdır. Cavabdeh bir müddət iddiaçıya məxsus evdə yaşadıqdan sonra ailələrində olan ziddiyətə görə cavabdehlə iddiaçının oğlunun nikahları pozulmuşdur. İddiaçı iddia etmişdir ki, cavabdehin əmlakının onun mülkiyyətində qalması onun mülkiyyət hüququnu pozmaqla, mülkiyyətindən dinc istifadə etməsinə maneçilik törədir, bu da onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respubliksının Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi cavabdeh mübahisəli evə 2017-ci ildə gəlin köçərək tərəflər arasında olan hüquq münasibətləri 2017-ci ildə yaranmışdır. Ona görə də hazırki mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir: «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, İddiaçı iddia etdiyi ev onun tam mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla Cavabdeh məxsus olan 1 dəst yataq mebel dəsti, 1 ədəd stol, 8 ədəd oturacaq stulları, 1 ədəd divan, 2 ədəd şkaf, 2 ədəd xalça, 2 ədəd çilçıraq, 1 ədəd paltaryuyan maşın , 2 dəst pərdə, 1 ədəd tozsoran, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd balınc, 1 ədəd pakrıval, 1 ədəd stol üstü süfrə, 2 ədəd əl dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 2 qazan dəsti, 2 ədəd konfet qabı, 12 ədəd stəkan, yemək servisi, çay servisi, 2 ədəd meyvə qabı, 2 ədəd gül qabı İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, A.İ.Yusibov küçəsi, 6 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh məxsus 1 dəst yataq mebel dəsti, 1 ədəd stol, 8 ədəd oturacaq stulları, 1 ədəd divan, 2 ədəd şkaf, 2 ədəd xalça, 2 ədəd çilçıraq, 1 ədəd paltaryuyan maşın , 2 dəst pərdə, 1 ədəd tozsoran, 1 ədəd döşək, 1 ədəd yorğan, 2 ədəd balınc, 1 ədəd pakrıval, 1 ədəd stol üstü süfrə, 2 ədəd əl dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 2 qazan dəsti, 2 ədəd konfet qabı, 12 ədəd stəkan, yemək servisi, çay servisi, 2 ədəd meyvə qabı, 2 ədəd gül qabı İddiaçı Əmi̇raslan oğlunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, A.İ.Yusibov küçəsi, 6 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu tələb olunmadığı üçün iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3495/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3495/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver