Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3523/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh İsə qızının iştirakı ilə, İddiaçı Cavabdeh İsə qızına qarşı «atalığın mübahisələndirilməsi» tələbinə dair mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İsə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2017-ci il tavəllüdlü Göyüyeva Mələk Yasəddin qızının atası olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh İsə qızı onun yaxın qohumudur. Cavabdeh Rusiya Federasiyasından deportasiya olunduqdan sonra iddiaçıdan soyadını dəyişdirmək məqsədi ilə nikaha girməyini xahiş etmişdir. Bu səbəbdən onlar xx.xx.2015-ci il tarixdə formal olaraq nikahlarını qeyd etdirmişdirlər. Onların nikahları formal xarakter daşımış, yəni ər-arvad münasibətlərində olmamışdırlar. xx.xx.2017-ci il tarixdə onlar nikahlarını ləğv etdirmişdirlər. Cavabdeh iddiaçı ilə formal nikahda olduğu vaxt X2 adlı şəxslə ailə qurmuşdur. Cavabdehin həmin şəxslə yaşadığı müddətdə, yəni xx.xx.2017-ci il tarixdə Mələk adlı qızı anadan olmuşdur. Bu günlərdə iddiaçıya məlum olub ki, uşağın doğum haqqında şəhadətnaməsində ata adı qrafasında onun adı qeyd edilmişdir. O bunun səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, şəhadətnamədə uşaq nikah pozulmamışdan əvvəl doğulduğuna görə uşağın atası kimi onun adı qeyd edilmişdir. Uşağın bioloji atası olmadığını sübut etmək üçün müvafiq müayinələrdən keçməyə hazırdır. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsiylə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh onun dayısının qızıdır. 2015-ci ildə cavabdeh Rusiya Federasiyasından deportasiya olunduğunu bildirərək soyadını dəyişməsi üçün onunla nikaha daxil olmasını xahiş etmiş, o da qohumluq münasibətlərinə görə razılaşmışdır. o, xx xxxx 2015-ci ildən xx xxxxxx 2017-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Bu da təsdiq edir ki, uşağın atası o ola bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh İsə qızı iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o iddiaçı ilə formal nikahda olmuş, faktiki olaraq isə X2 ilə ailə qurmuşdur. xx.xx.2017-ci il təvəllüdlü Göyüyeva Mələk Yasəddin qızının atası X1r. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o Cavabdeh İsə qızı ilə 2015-ci ildə ailə həyatı qurmuşdur və xx.xx.2017-ci ildə Mələk adlı qızları doğulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh İsə qızı ilə rəsmi nikaha daxil olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübütlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Göyüyeva Mələk Yasəddin qızının atası qrafasında İddiaçı, anası qrafasında Cavabdeh İsə qızı yazılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh İsə qızı ilə olan nikahı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş SX ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 2015-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 ilə Cavabdeh İsə qızı xx xxxxxx 2019-cu il tarixdə 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində nikaha daxil olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər, eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs eyni məzmunlu izahat verərək xx.xx.2017-ci il təvəllüdlü Göyüyeva Mələk Yasəddin qızının atasının İddiaçı olmadığını bildirmiş, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla həqiqətən də tərəflərin nikahının formal xarakter daşıdığı, iddiaçının uşağın doğulmasından bir il yarım əvvəldən həqiqi hərbi xidmətdə olduğu, həmin dövrdə cavabdehin başqa şəxslə faktiki ailə münasibətlərində olduğu müəyyən edilmişdir. Qeyd olunanlar xx.xx.2017-ci ildə doğulmuş Göyüyeva Mələk Yasəddin qızının atasının iddiaçı olmaması qənaətinə gəlməyə, bu faktın cavabdeh tərəfindən etiraf olunmasının həqiqəti gizlətməyə yönəlmədiyini müəyyən etməyə imkan verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdə X3 doğulmuş Göyüyeva Mələk Yasəddin qızının atası olmadığı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3523/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3523/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver