Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3676/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(104)-1152/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdehin xeyrinə tutulan alimentin miqdarının azaldılması və uşağın saxlanılması üçün hər ay sosial pensiyasının 50% hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 1152/2020 №-li qətnaməsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə xx xxxxxxxx 2007-ci ildə anadan olmuş qızı X1 üçün ayda 170 manat məbləğində aliment ödənilməsi barədə qərar çıxarılmışdır. Qeyd olunan alimentin miqdarı təyin olunan vaxt məhkəmə tərəfindən onun aylıq gəliri haqqında heç bir araşdırma aparılmamışdır. Hal-hazırda ailəlidir və xx.xx.2019-cu il doğum tarixli övladı azyaşlı X5 onun hirnayəsindədir. Hazırda o, rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir, İİ qrup əlildir, ayda 130 manat miqdarında sosial pensiya alır, başqa gəlir yeri yoxdur. Məhkəmə, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(104)-1152/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbi” barədə iddiasına dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2016cı il tarixli, 2(043)-441/2016 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 1999-cu il tarixdə X2-na-Donu şəhəri Sovetski rayon VVAQ şöbəsində 627 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş X3 Cavabdeh himayəsində saxlanılması və tərəflərin birgə nikahından xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, ayda 170 manat (bir yüz yetmiş) miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, faktiki olaraq tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması ilə bağlı ondan tutulan alimentin məbləğini müəyyən edən Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1152/2020 saylı qətnaməsini mübahisələndirmiş və məhkəmənin alimenti təyin edərkən heç bir araşdırma aparmamasını qeyd etmişdir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyildir. Digər tərəfdən, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırki iş üzrə isə iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hər hansı əsasa istinad etmədən alimentin miqdarının azaldılmasını tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında alimentin miqdarının müəyyən edilməsi məsələsinə artıq hüquqi qiymət verildiyindən və bu barədə Gəncə Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3676/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3676/2020
17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver