Məhkəmə qərarları › İş №2(043)-3696/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3696/2020

19.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3696/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, Kreditor MMC-nin Borclu “borcun və ödənilmiş dövlət rüsumunun” tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdim: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 782 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 802 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMCnın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimifilialı, m/h: AZ03NABZ**********0000002944, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor MMC ilə iş üzrə Borclu arasında bağlanmış 14fevral 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Borclu kreditordan 1 ədəd dəyəri 1329 manat məişət avadanlığı əldə edib. Borclugöstərilən məbləği 105 manat ilkin ödəniş edərək,hər ay 68 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Borclu müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 782 manat borcu qalıb. Lakin borclu müqavilə üzrə qalıq borcunu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Odur ki, borcludan 14fevral 2019cu il tarixli müqavilə üzrə qalıq 782 (yeddi yüz səksən iki) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 802 (səkkiz yüz iki) manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yəödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırkı ərizə üzrə məhkəmə əmrinin verilməsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Belə ki, kreditor nisyə satılmış əşyanın nədən ibarət olmasını və borcluya verilməsini təsdiq edən sübutu ərizəsinə əlavə etməmişdir. Belə olan hal borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasının mövcudluğunu istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci və 279.2.3-cü maddəsinə görə, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina üçün əsasdır. Həmin Məcəllənin 276-cı maddəsi isə barəsində məhkəmə əmri verilə bilən tələblərin siyahısını və həmin tələblər üzrə məhkəmə əmrinin verilməsinin əsaslarını müəyyən edir. Qeyd olunan maddəyə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə əmrinin verilməsinin iki əsasını nəzərdə tutur ki, bunlar kreditorun tələbinin aşkar olması və kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Ona görə də, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmaqla təqdim edilmiş sübutlar borcluya qarşı olan tələbin əsaslı olduğunu tam təsdiq etmirsə və ya qismən təsdiq edirsə, bu halda kreditorun tələbi aşkar olmadığı üçün məhkəmə əmri verilə bilməz. Kreditor MMC məhkəməyə müraciət etdiyi ərizəsində və ona əlavə edilmiş sənədlərdə nisyə satılmış əşyanın nədən ibarət olmasını, əmlakın borcluya verilməsini təsdiq edən sübutu əlavə etmədiyindən tələbi aşkar deyildir və bu tələbin də borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığını müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə əmrinin verilməsi qanunvericiliyin tələbinə ziddir və məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə isə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Kreditor MMC-nin Borclu “borcun və ödənilmiş dövlət rüsumunun” tutulması barədə məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun, həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar