Məhkəmə qərarları › İş №2(043)-3799/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3799/2020

01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3799/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2008-ci ildə anadan olmuş X3, xx.xx.2010-cu ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(043)-1853/2019 saylı qətnaməsi ilə xx xxxxxx 2008-ci ildə anadan olmuş X3, 03 sentyabr 2010-cu ildə anadan olmuş X1 və xx xxxx 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx xxxxx 2019-cu ildən başlayaraq hər ay hər uşağa görə 150,0 manat olmaqla cəmi 450,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən (tələbkarın ərizəsi əsasında) icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda Cavabdeh ilə ayrı yaşamaqla, münasibətləri pozulmuş, uşaqlar isə onun himayəsindədirlər, cavabdeh uşaqlara baxmır, maddi yardım göstərmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iddia ərizəni və ona əlavə edimiş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(043)-1853/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2008ci ildə anadan olmuş X3, 03 sentyabr 2010-cu ildə anadan olmuş X1 və xx xxxx 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx xxxxx 2019-cu ildən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayev tərəfindən qəbul edilmiş “İcra sənədinin geri qaytarılması haqqında” xx xxxxxxx 2019cu il tarixli qərardan görünür ki, icra sənədi üzrə tələbkar İddiaçı borclu Cavabdeh ilə qarşılıqlı razılığa gəldiyindən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən icra sənədinin geri qaytarılmasını xahiş etmiş və bu səbəbdən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-1853/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsində göstərilir ki, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Göründüyü kimi, icra sənədi tələbkarın ərizəsi əsasında icra orqanı tərəfindən məhkəməyə qaytarıldığı halda, həmin icra sənədi üzrə icraata xitam verilmiş olmur və tələbkar müraciət etdikdə həmin icra sənədi yenidən icraya yönəldilə bilər. İş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcudddur. Həmin qətnamə əsasında verilmiş icra sənədi tələbkarın ərizəsi əsasında məhkəməyə geri qaytarılmışdır, qeyd olunan icra sənədi üzrə icraata xitam verilməmişdir. Tələbkar İddiaçı məhkəməyə müraciət edərək, icra sənədinin yenidən icraya yönəldilməsini tələb etmək imkanı mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında aliment tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, onlar arasında bu tələblə bağlı mübahisəyə yenidən baxıla bilməz. Ona görə də hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar