Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3966/2020 23.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı « sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, şəxsiyyət vəsiqəsi məlumatı portalından çıxarışdan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı yaşayış yeri Sabirabad rayonu Qarağac kəndi; Cavabdeh isə yaşayış yeri Gəncə şəhəri, Nizami rayonu, X1, ev 60, mənzil 1 ünvanıdır. Lakin, iddiaçı ərizəsində özünün faktiki yaşayış yerinin Gəncə şəhəri Hüseyn Cavid küçəsi ev 15, Cavabdeh isə Gəncə şəhəri Məhsəti qəsəbəsi, 25-ci küçəsini göstərmiş və bu halı təsdiq edən hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3.-ci maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən qeyd edilir ki, hazırki iddiaya Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılması üçün hər hansı bir hal müəyyən edilməmişdir. İddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən, ərazi aidiyyatı qaydası pozulmaqla iddiaçı və cavabdehin rəsmi qeydə alındığı yer üzrə və ya iddiaçının özünün yaşadığı yer üzrə məhkəməyə verilməmişdir. Həmin Məcəllənin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı özünün və cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə, həmçinin özünün yaşadığı yerə dair sübut əlavə edilməklə həmin yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələblə özünün və cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə, həmçinin özünün yaşadığı yerə dair sübut əlavə etməklə həmin yerin məhkəməsinə müraciət edə bilər. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3966/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3966/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver