Məhkəmə qərarları › İş №2(043)-412/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-412/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-412/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı «ipotekaya tutma yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı «ipotekaya tutma yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə “Asan Xidmət” mərkəzinin notariat ofisinin 13 avqust 2020-ci tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə digər Cavabdeh2 arasında 8 sentyabr 2017-ci il tarixli, 005İAMR172510001 saylı kredit müqaviləsinə əsasən 27% dərəcəsi ilə kredit limiti əsasında ona illik 23% olmaqla 24 ay müddətinə 16.000 manat kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus olan Göy-Göl rayonu, Qızılca kəndi ərazisində yerləşən fərdi yaşayış evim ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin üzərindən 3 il keçdikdən sonra Cavabdeh2 tərəfindən ona tutma yönəldilməsi barədə bildiriş və o, cümlədən cavabdeh «Asan» xidmət mərkəzi tərəfindən əmlakıma tutma yönəldilməsi barədə heç bir məlumat verilmədən icra qeydi əsasında tutma yönəldilmişdir. Həmçinin tutma yönlədilməsi zamanı əmlakının ilkin satış dəyəri 25.000 manat müəyyən edilmişdir. Ona bildiriş göndərilməsi barədə onda heç bir məlumat yoxdur və o, cümlədən həmin bildirişin dövlət qeydiyyatının aparılması barədə ona heç bir məlumat verilməmişdir. O, cümlədən ona əmlakının hansı məbləğdə ilkin satış dəyəri barədə heç bir məlumat verilməmişdir. 3-cü şəxs olan Göy-Göl rayon İcra və Probassiya şöbəsi tərəfindən əmlakına tutma yönəldilməsi və açıq hərraca çıxarılması və ilkin satış qiyməti barədə heç bir məlumat verilməmiş icra qeydi ilə bağlı heç bir sənəd nə cavabdeh Notariat ofisi, nə Cavabdeh2 ASC tərifindən sənədlər göndərilməmişdir. İcra qeydi aparılarkən cavabdeh X2 hansı tarixdən borcunu icra etməməsi bunun əsasında tələbkarın tutuma yönəldilməsinə haqqında hüququnun yaranması yəni 3 ildən artıq müddətlə bağlı icra qeydinin aparılmasının mümkünlüyü araşdırılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edəbilməyəcini və məhkəmə iclasının onun iştirakı olmdan keçirilməsini bildirməmişdir. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılaraq yekun qətnamə çıxarılmasını xahiş etməsini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X10 məhkəməyə ərizə təqdim edərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş edərək və bu barədə məhkəməyə ərizə verərək ifadəsində bildirdi ki, Cavabdeh2 ASC tərəfindən cavabdehlər X3 və İddiaçı icra qeydinin aparılacağı barədə 22.06.2020-ci il tarixdə qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib edilmiş bildiriş göndərilmiş, həmin bildirişin göndərilməsi barədə poçt xəbərnaməsinə “Məmmədova” yazılmaqla imza edilərək 30.06.2020-ci il tarixdə İddiaçı şəxsən qəbul etmiş və heç bir etirazı olmamışdır. Bundan sonra Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu tərəfindən 13 avqust 2020-ci il tarixdə ipoteke predmetinə tutmanın yönəldilməsi barədə icra qeyd verilmişdir. Həmçinin tərəflərindən ipoteke predmetinə tutmanın yönəldiləcəyi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məktub ünvanlanmış və qeydiyyata alınmışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X6 izahatında bildirdi ki, Cavabdeh2” ASC tərəfindən cavabdehlər X5 və İddiaçı icra qeydinin aparılacağı barədə 22.06.2020-ci il tarixdə qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib edilmiş bildiriş göndərilmiş, həmin bildirişin göndərilməsi barədə poçt xəbərnaməsinə “Məmmədova” yazılmaqla imza edilərək 30.06.2020-ci il tarixdə İddiaçı şəxsən qəbul etmiş və heç bir etirazı olmamışdır. Həmçinin ipoteke predmetinə tutmanın yönəldiləcəyi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məktub ünvanlanmışdır. Bundan sonra onun tərəfindən qanunvericiliyin tələbinə uyğun müddət gözlənilməklə 13 avqust 2020-ci il tarixdə ipoteke predmetinə tutmanın yönəldilməsi barədə icra qeyd verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2017-ci il tarixli, 005İAMR172510001 saylı kredit limiti müqaviləsininin surətindən görünür ki, Cavabdeh2 ASC X3 60 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 08.09.2022-ci il tarixədək 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayırmışdır. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2017-ci il tarixli, 005İAMR172510001 kredit limiti müqaviləsinə əlavədən görünür ki, Cavabdeh2 ASC X3 08 sentyabr 2017-ci il tarixli, 005İAMR172510001 kredit müqaviləsi çərçivəsində götürülmüş illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş X2 Cavabdeh2 ASC-yə ünvanlandığı 11.01.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 ASC-nin Gəncə Filialı arasında “08” sentyabr 2017-ci tarixli 005İAMR172550001 saylı, kredit limiti müqaviləsi imzalanaraq dövriyyə və əsas vəsaitinin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi və fərdi istehlak məqsədilə kredit limiti təyin edilmişdir. Bununla bağlı qeyd edilmiş müqaviləyə əsasən, ona fərdi istehlak məqsədilə «13» iyul 2020-ci il tarixədək 16000 (on altı min manat, 00 qəpik) manat məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2017-ci il tarixli, 005İAMR172510001 saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan № 1 saylı razılaşmadan görünür ki, Cavabdeh2 ASC X3 fərdi istehlak məqsədilə 005İAMR172550001 saylı, 08.09.2017-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 13.07.2020-ci il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 16000 (on altı min manat) manat məbləğində borc pul vəsaiti vermişdir. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2017-ci il tarixli, 005YASAEV55130801 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ASC (ipoteka saxlayan) İddiaçı (ipoteka qoyan) ilə X12 (borc alan) arasında 08.09.2017-ci il tarixdə bağlanmış 005YASAEV55130801 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 151.7 kv.m olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Həmin müqaviləyə əsasən ipoteka predmetinin dəyəri 25000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 12.08.2016-cı il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 151.7 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 13.09.2017-cı il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 08 sentyabr 2017-ci il tarixli, 005YASAEV55130801 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan ümumi sahəsi 151.7 kv.m olan fərdi yaşayış evi 08.09.2017-ci il tarixdən 08.09.2022-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ASC-nin nümayəndəsi X4 **********272 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, ipoteka saxlayan “Cavabdeh2" ASC İlə bağlanmış 005İAMR172510001 saylı 08 sentyabr 2017-ci il tarixli kredit limiti müqaviləsinə əsasən X3 24 ay müddətinə illik 23 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16 000 (on altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin İcrasının təminatı kimi İddiaçı ilə 005YASAEV55130801 saylı 08 sentyabr 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bankın xeyrinə İpoteka ilə yüklü edilmişdir. Belə ki, Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli üzrə dövri olaraq banka edənilməli ötəri kredit və faiz borclarının hərnln cədvələ uyğun ödənilməsi təmin edilməmiş və müəyyən ölunmgş ödəmə müddətləri pozulmuşdur. X1 "Cavabdeh2" ASC-yə 10424,01 manat əsas borc, 1166.59 manat faiz və 713.60 manat dəbbə pulu olmaqla, cəmi 12304,20 manat borcü mövcuddur. X11 tələblərinə uyğun olaraq 22.06.2020-ci il tarixdə ipoteka qoyan X7 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildiriş göndərilmişdir. Həmin ipoteka müqaviləsinə tutma yönəldilməsi ile bağlı icra qeydi aparılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ASC DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə ünvanlandığı 07.05.2020-ci il tarixli, 804 nömrəli məktubun surətindən görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən tələbi ipoteka predmetinə yönəltmək məcburiyyətindədirlər. Buna dair ipoteka qoyana bildiriş göndərilmişdir. Qeyd olunanaları nəzərə alaraq tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmişdir. Həmin tarixdə bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 08.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X2 Cavabdeh2 ASC Gəncə filialına 07 may 2020-ci il tarixinə 08 sentyabr 2017-ci il tarixli, 005İAMR172510001 kredit müqaviləsinə əsasən 10424,01 manat məbləğində əsas borcu, 1164,64 manat məbləğində faiz borcu, 707,87 manat məbləğində cərimə borcu, ümumilikdə 12296,52 manat məbləğində kredit borclu qalmaqdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ASC tərəfindən cavabdehlər X3 və İddiaçı icra qeydinin aparılacağı barədə 22.06.2020-ci il tarixli bildiriş və bildirişin təqdim edilməsi barədə poçt xəbərnaməsindən görünür ki, "Cavabdeh2” ASC ilə bağladığınız 08.09.2017-ci il tarixli. 005İAMR172510001 saylı kredit limiti müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi sayılan əlavəyə əsasən sizə 12.09.2019-cu ilə qədər illik 27 % ödəmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 08.09.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətinizdə olan ünvan 1ində yerləşən fərdi yaşayış sahəsini Banka ipoteka qoymusunuz. Bankın ipoteka hüququ 13.09.2017-ci ildə AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır (reyestr № **********42-10301, qeydiyyat M **********). Kredit müqaviləsinə əlavə olan ödəniş “cədvəli üzrə dövri olaraq Banka ödəməli olduğunuz kredit və faiz borclarının həmin cədvələ uyğun ödənilməsini təmin etməmiş və müəyyən olunmuş ödəmə müddətlərini pozmuşsunuz. Sizin 22.06.2020-ci il tarixə Banka olan borcunuzun məbləği: 10424.01 manat əsas borc, 1 166.59 manat faiz və 713.60 manat cərimə olmaqla, cəmi 12304.20 manat təşkil edir. Qeyd olunanlara və “İpoteka haqqında” AR Qanununun 34 və 36-cı maddələrinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliyinizin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 1ində yerləşən fərdi yaşayış sahəsinə tutmanın yönəldilməsini nəzərinizə çatdırırıq. Həmin bildirişin göndərilməsi barədə poçt xəbərnaməsinə “Məmmədova” yazılmaqla imza edilərək 30.06.2020-ci il tarixdə İddiaçı şəxsən qəbul etmişdir. İş materiallarına əlavə edilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 13.08.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan AZ 1095, ünvan 2 ünvanında yerləşən Cavabdeh2 ASC-nin tələbi ilə ipoteka qoyana Xanlar rayonu, Yeni Qızılca kəndi ünvanında qeydiyyatda olan İddiaçı (AZE 00******, 30.07.2003- Xanlar RPŞ, doğum tarixi: xx.xx.1953, Fİn:xxxxxxx) məxsus ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən, xüsusi mülkiyyətində olan 0.12 HA torpaq sahəsinə və həmin torpaq sahəsinin içərisində inşa edilmiş ümumi sahəsi 151.7 KV/M fəri yaşayış evinə (öhdəlik yaradan müqaviləuə əsasən müddət üçün vaxtında ödənilməmiş 10424.01 AZN (on min dörd yüz iyirmi dörd manat 01 qəpik) əsas borc, 1166.59 AZN (bir min yüz altmış altı manat 59 qəpik) ödənilməmiş cəmi faiz, 713.60 AZN (yeddi yüz on üç manat 60 qəpik) dəbbə pulu, cəmi tutulmalı olan məbləğə 12304.20 AZN (on iki min üç yüz dörd manat 20 qəpik) tutma yönəldilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin X14 19.04.2021-ci il tarixli, GRPF № 16/61 nömrəli məktubdan görünür ki, SS661699225AZ ştrix kodlu sifarişli xəbəmaməli məktub PF-nın X17 Şöbəsində F-8 jurnalına imzalanaraq 30.06.2020-ci il tarixdə şəxsən vətəndaş İddiaçı verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ASC iddiaçıya ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş, İddiaçı 30.06.2020-ci il tarixdə şəxsən poçt xəbərnaməsini və X14 X17 Şöbəsinin F-8 jurnalını imzalamaqla şəxsən qəbul etmişdir. Həmçinin Cavabdeh2 ASC ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair müracəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərmiş və həmin orqanda qeydiyyata alınmışdır. Bundan sonra, Cavabdeh2 ASC ərizə ilə Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək, borc üzrə tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi və satışdan əldə olunan vəsait hesabına kredit öhdəliyindən irəli gələn borcun ödənilməsi barədə icra qeydi verilməsini xahiş etmiş və Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X6 tərəfindən 13.08.2020-ci il tarixdə icra qeydi aparılmışdır. Göründüyü kimi, icra qeydinin aparılması qanuni və əsaslı olmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Qeyd edilən Qanunun 36.4-cü maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Göstərilən Qanunun 36.5 və 36.6-cı maddələrinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər Yenə həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. İddiaçı tələbində göstərdiyi dəlilləri təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddia əsassızdır, buna görə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməliməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı «ipotekaya tutma yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və bank xərci iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar