Məhkəmə qərarları › İş №2(043)-440/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-440/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-440/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X1, xx.xx.2016-cı ildə anadan olmuş X3 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən qazancının və başqa gəlirlərinin yarısı miqdarında təyin olunmuş alimentin sabit pul məbləğində müəyyən edilərək hər ay, hər uşağa görə 170 manat olmaqla cəmi 510 manat alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-1846/2020 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X1, xx.xx.2016-cı ildə anadan olmuş X3 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay qazancının və başqa gəlirləninin yarısı miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Müdafiə Hazirliyi Hərbi həssə komandirinin xx xxxx 2020-ci il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır.Cavabdeh hərbi hissədən azad olunduqdan sonra alimenti ödəməmişdir. Uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi üçün məcbur olub alimentin sabit pul məbləğində tutulması barədə məhkəməyə müraciçt etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, əvvəllər hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmuş, yüksək əmək haqqı almışdır. Hazırda ehtiyata buraxılmışdır. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. İkinci nikahdan hazırda himayəsində 2 azyaşlı uşağı vardır. Hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manat aliment ödəməyə imkanı çatır. İddianın hər uşağa görə 50 manat məbləğində təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-3254/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, xx xxxxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxxxxx 2016-cı il təvəllüdlü X7 və xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay qazancının hər uşaq üçün 1/6 (altıda bir) hissəsi miqdarında olmaqla, cəmi qazancın (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1846/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(043)-3254/2019 saylı qətnaməsinə əsasən xx xxxxxxx 2015-ci il təvəllüdlü X5, oktyabr 2016-cı il təvəllüdlü X7 və xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay qazancının hər uşaq üçün 1/6 (altıda bir) hissəsi miqdarında olmaqla, cəmi qazancın (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş, xx xxxxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxxxxx 2016-cı il təvəllüdlü X7 və xx xxxxxx 2018-ci təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. AZ-İİİ 687541 nömrəli, AZ-İV 225204 nömrəli və AZ-İİİ 877165 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxxx 2015-ci ildə Xədicə , xx xxxxxxx 2016-cı ildə Yusif və xx xxxxxx 2018-ci ildə Nurcan adlı uşaqları anadan olmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş AZ-İİ 355783 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cavabdeh X9 ilə nikaha daxil olmuşdur. AZ-İV 392417 və AZ-İV 524097 doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh X4 ilə birgə nikahlarından xx.xx.2019-cu ildə Əsmər və xx.xx.2020-ci ildə Nilay adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1846/2020 saylı qətnaməsinə əsasən xx xxxxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxxxxx 2016-cı il təvəllüdlü X7 və xx xxxxxx 2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay qazancının yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1846/2020 saylı qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(043)-3254/2019 saylı qətnaməsi dəyişdirilərək xx xxxxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxxxxx 2016-cı il təvəllüdlü X7 və xx xxxxxx 2018-ci təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, cavabdeh işdən çıxdığı üçün qazancı və başqa gəlirləri qeyri-müntəzəm dəyişkən olduğundan alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh tərəf isə iddiaya qarşı etiraz edərək maddi imkanının ağır olması və himayəsində 2 azaşlı uşağın olması ilə əlaqədar təyin olunmuş alimentin məbləğinin hər üç uşaq üçün 50 manat olmaqla cəmi 150 manat müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb,tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin “Uşaq Hüquqları Haqqında”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, valideynin qazancının olmaması təqdirdə onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. Odur ki, qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin göstərdiyi dəlillərə qarşı mötəbər sübut təqdim edə bilməmələrini nəzərə alaraq hesab edir ki, valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğundan, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, xx xxxxxxx 2015-ci ildə anadan olmuş X1, xx xxxxxxx 2016-cı ildə anadan olmuş X6 və xx xxxxxx 2018-ci idə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-1846/2020 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçn 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xerinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: xx xxxxxxx 2015-ci il təvəllüdlü X1, xx xxxxxxx 2016-cı il təvəllüdlü X6 və xx xxxxxx 2018-ci təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-1846/2020 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar