Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-489/2020 23.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əli və Arzum yanında saxlanmaqla yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment məbləğinin tutularaq ona ödənilməsi dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Fəxrəddin oğlu ilə 2004cu ildə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. 2 övladları 19 mart 2006-cı il təvəllüdlü x13 və 23 fevral 2008-ci il təvəllüdlü x8 doğulmuşdur. Arzu ilə əvvəllər çox yaxşı münasibətləri olub, ailədə çox mehriban davranıb, sonralar onunla aralarında yaranmış narazılıqlar səbəbindən o, uşaqları ilə anası gilə gəlməli olub, buna baxmayaraq sonradan cavabdehin ona və uşaqlarına olan münasibəti tamamilə dəyişib, soyuq davranmağa başlayıb. Hazırda Arzunun harada olması ona məlum deyil və uşaqlarla da maraqlanmır. İddiaçı ailəsini dağıtmaq, Arzudan boşanmaq istəmirmiş, lakin Arzunun onlara, uşaqlara laqeyd yanaşması və ailə qurması onu məhkəməyə üz tutmağa vadar edib. Buna görə də Arzu uşaqların heç bir ehtiyaclarını ödəmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. O, uşaqlarının saxlanılması üçün maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olub. İşin məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 19 mart 2006-cı il təvəllüdlü x9 və 23 fevral 2008-ci il təvəllüdlü x3 atası olması faktının müəyyən edilməsi və Cavabdeh Əli və Arzum yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment məbləğinin tutularaq ona ödənilməsi dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində və iddia tələbinin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o İddiaçı ilə 2004-cu ildə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. 2 övladları 19 mart 2006-cı il təvəllüdlü x13 və 23 fevral 2008-ci il təvəllüdlü x8 doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Bundan sonra o yenidən ailə həyatı qurmuş və həmin evlilikdəndə iki övladı dünyaya gəlmişdir. Hazırda iddia tələbini qismən qəbul edir, yəni uşaqların atası olmasını qəbul edir və hər ay uşaqların saxlanılması üçün 150 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15.05.2006-cı il tarixli AZ-İ 748383 nömrəli doğum haqda şəhadətnamənin surətindən görünür ki, x13 19 mart 2006-cı il tarixdə dünyaya gəlmiş, onun atası x4, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş 11.03.2008-ci il tarixli AZ-İİ 060890 nömrəli doğum haqda şəhadətnamənin surətindən görünür ki, x8 23 fevral 2008-ci il tarixdə dünyaya gəlmiş, onun atası x4, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş doğum haqda şəhadətnamələrin surətlərindən görünür ki, 22.09.2011-ci il təvəllüdlü x6 və 20.08.2019-cu il təvəllüdlü x11 atası Cavabdeh, anası x7r. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. Tərəflərin münasibətlərindən iki uşağı-19 mart 2006-cı il təvəllüdlü x13 və 23 fevral 2008-ci il təvəllüdlü x8 doğulmuş və həmin uşaqlara doğum haqda şəhadətnamə verilərkən cavabdeh ata Cavabdeh qeydiyyat orqanına getməmiş, uşağa anasının soyadı verilmişdir. İddiaçı ilə Cavabdeh ər-arvad münasibətlərində olmaqla rəsmi nikahda olmamışdır. Məhkəmə prosesi zamanı cavabdeh uşaqların atası olmasını etiraf etmişdir. Tərəflər arasında münasibət pozulmuş və halhazıradək azyaşlı uşaqlar anasının yanında qalırlar və onun saxlanılması üçün atası tərəfindən heç bir köməklik göstərilmir. Hazırda ikinci dəfə Məmmədli x5 Ətrabə İlqar qızı ilə ailə münasibətlərindən 22.09.2011-ci il təvəllüdlü x6 və 20.08.2019-cu il təvəllüdlü x14 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin tərəflərin faktiki qeyri-rəsmi ərarvad münasibətlərindən olan uşaqların mənafeyini, o cümlədən tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, tərəflərin faktiki qeyr-rəsmi ər-arvad münasibətlərindən doğulmuş uşaqların- 19 mart 2006-cı il təvəllüdlü x9 və 23 fevral 2008ci il təvəllüdlü x3 atası 13.09.1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. x1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-cu il uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu, valideynlərin hər ikisinin uşağı saxlamaq vəzifəsi olmasını, cavabdehin ikinci ailə münasibətindən himayəsində iki övladının olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə ər-arvad münasibətlərindən doğulmuş 19 mart 2006-cı il təvəllüdlü x9 və 23 fevral 2008-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 75 manat olmaqla cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 04.12.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh alınaraq, İddiaçı verilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 13.09.2019-cu il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödənilməli aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı- 19 mart 2006-cı il tarixdə doğulmuş x9 və 23 fevral 2008-ci il tarixdə doğulmuş x3 atası 13.09.1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh olması müəyyən edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilsin və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında 19 mart 2006-cı il təvəllüdlü x9 və 23 fevral 2008-ci il təvəllüdlü x3 atası kimi Cavabdeh qeyd edilsin. 19 mart 2006-cı il təvəllüdlü x9 və 23 fevral 2008-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 75 manat olmaqla cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 04 dekabr 2019-cu il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x21 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-489/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-489/2020
23.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver