Məhkəmə qərarları › İş №2(043)-535/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-535/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-535/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikah dövründə yaranmış borcların bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə nikahda olduqları dövrdə yaranmış borclarının bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə 10 noyabr 2009-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-730/2020 saylı 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdeh ilə birgə nikah dövründə yaranmış borcun bölünməsi ilə bağlıdır. Belə ki, onun cavabdehlə birgə nikah dövründə, yəni 08.01.2020-ci il tarixdə "xxxx" MMC ilə bağladığı 08.01.2020-ci il tarixli, 20101274 və 20101278 saylı müqavilələr üzrə 238,9 manat və 716,9 manat borcu, "xxxx" KB ASC ilə 26.11.2014-cü il tarixli, 13912nkGNDJ/14 saylı müqavilə üzrə 2200 USD, yəni 3505,19 manat kredit borcu, “Bank of Baku ASC ilə 3 ayrı-ayrı kredit müqavilələri üzrə 5733,68 manat, 400 manat və 1429,39 manat məbləğində kredit borcu, BOKT "xxxx" MMC-ilə 28.12.2017-ci il tarixli LD********** nömrəli müqavilə üzrə 2417,97 manat məbləğində kredit borcu yaranmışdır. Həmçinin, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3380/2019 saylı, 10.12.20198-cu il tarixli qiyabi qətnaməsinə əsasən ondan 2500 manat pul və 30 manat dövlət rüsumunun alınaraq Maraqlı şəxs5 verilməsi qət edilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbində bəzi məlumatlar natamam göstərilmiş və bəzi təhriflərə yol verilmişdir. Belə ki, ərizədə "xxxx" MMC-nin 19.08.2017-ci il tarixli və 28.11.2017-ci il tarixli müqavilələri əvəzinə səhvən 08.01.2020-ci il tarixli, 20101274 və 20101278 saylı müqavilələr göstərilmiş, "xxxx" KB ASC-nin 26.11.2014-cü il tarixli, 13912nkGNDJ/14 saylı müqaviləsi üzrə tutulmalı olan borc 2862,13 manat əvəzinə səhvən 3505,19 manat, eləcə də BOKT "xxxx" MMC ilə bağlanılmış 28.12.2017-ci il tarixli LD********** nömrəli müqaviləyə əsasən tutulmalı olan 1890,17 manat məbləğində borc əvəzinə 2417,97 manat məbləğində borc göstərilmişdir. Odur ki, "xxxx" MMC-nin 19.08.2017-ci il tarixli, 198248 nömrəli və 28.11.2017-ci il tarixli, 306063 nömrəli müqavilələri üzrə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-425/2020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsi ilə tutulmalı olan ümumilikdə 926 manat məbləğində borcun ½ hissəsinin; "xxxx" KB ASC-nin 26.11.2014-cü il tarixli, 13912nkGNDJ/14 saylı müqaviləsi üzrə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(043)-3447/2016 saylı məhkəmə əmri ilə tutulmalı olan 2862,13 manat məbləğinə borcun ½ hissəsinin; Maraqlı şəxs2 ASCnin 19.03.2013-cü il tarixli müqaviləsinə əsasən yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(043)-2400/2017 nömrəli məhkəmə əmri ilə tutulmalı olan 2303,17 manat məbləğində borcun ½ hissəsinin; Maraqlı şəxs2 ASC-nin 30.07.2012-ci il tarixli müqaviləsi ilə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli, 2(043)-883/2016 saylı qətnaməsi ilə tutulmalı olan 6958,58 manat məbləğində borcun ½ hissəsinin, Maraqlı şəxs2 ASC-nin 13.07.2012-ci il tarixli müqaviləsi ilə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 may 2017ci il tarixli, 2(043)-4470/2017 saylı məhkəmə əmri ilə tutulmalı olan 752 manat məbləğində borcun ½ hissəsinin, BOKT "xxxx" MMC-nin 28.12.2017-ci il tarixli, LD********** nömrəli müqaviləsi üzrə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3129/2020 saylı, 16.11.2020 saylı qətnaməsi ilə tutulmalı olan 1890,17 manat məbləğində borcun ½ hissəsinin; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 2(043)-3380/2019 saylı qiyabi qətnaməsi ilə tutulmalı olan 2530 manat məbləğində borcun ½ hissəsinin Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bölünməsi tələb edilən borcların iddiaçı ilə nikahda olduqları dövrdə və ailə ehtiyaclarının qarşılanması məqsədilə yarandığını bildirmiş, iddianı etiraf edərək təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Zaqatala Rayon Məhkəməsinin 2(033)-730/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 ilə Cavabdeh arasında Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış 10 noyabr 2009-cu il tarixli 675 nömrəli nikahın pozulması qət edilmişdir. AZ-İ seriyalı, 366787 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Zaqatala Rayon Məhkəməsinin 2(033)-730/2020 saylı 06 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 07.12.2020-ci il tarixd xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 mart 2021-ci il tarixdə 29 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra ərə Mustafayev, arvada Baxşıyeva soyadı verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-883/2016 saylı, 01 aprel 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin 30.07.2012-ci il tarixli müqaviləsinə əsasən Maraqlı şəxs2 ASC-nin xeyrinə 5733,68 manat əsas, 941,06 manat faiz, 283,84 manat cərimə olmaqla, cəmi 6958,58 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(043)- 3447/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı "xxxx" KB ASC ilə bağlanmış 26.11.2014-cü il tarixli, 13912nkGNDJ/14 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-nin xeyrinə 1746,49 ABŞ dollar əsas, 295,11 ABŞ dolları faiz, 116,69 ABŞ dolları cərimə, cəmi 2158,29 manat ABŞ dolları borc ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun ödənilmək şərtilə və 20 manat məbləğində dövlət rüsumunun tutulmasına əmr edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2400/2017 saylı, 01 mart 2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı Maraqlı şəxs2 ASC-nin 19.03.2013-cü il tarixli müqaviləsinə əsasən Maraqlı şəxs2 ASC-nin xeyrinə 1492,39 manat əsas, 810,78 manat faiz olmaqla, cəmi 2303,17 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına əmr edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4470/2017 saylı, 15 may 2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı Maraqlı şəxs2 ASC-nin 30.07.2012-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs2 ASC-nin xeyrinə 400 manat əsas, 12 manat komissiyan haqqı, 320 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 752 manat məbləğində pulunt utulmasına əmr edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3380/2019 saylı, 10.12.2019-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı 2500 manat borc və 30 manat dövlət rüsumunun alınaraq Maraqlı şəxs5 verilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-425/2020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC ilə bağlanmış 19.08.2017-ci il tarixli və 28.11.2017-ci il tarixli müqavilələrinə əsasən cavabdeh İddiaçı İMEİ kodu **********91421 olan Samsung J markalı telefon üçün əsas məbləğ üzrə 204 manat, 20 manat hesablanmış cərimə, cəmi 224 (iki yüz iyirmi dörd) manat, İMEİ kodu **********43376 olan LG Q6 markalı telefon üçün əsas məbləğ üzrə 638 manat, 64 manat hesablanmış cərimə, cəmi 702 (yeddi yüz iki) manat olmaqla ümumilikdə 926 (doqquz yüz iyirmi altı) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3129/2020 saylı, 16.11.2020 saylı qətnaməsindən görünür ki, İddiaçı BOKT "xxxx" MMC-nin 28.12.2017-ci il tarixli, LD********** nömrəli müqaviləsi üzrə yaranmış kredit müqaviləsi üzrə 1890,17 manat məbləğində borcun kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və qanunvericiliyin tələbi baxımından iddiaçının birgə nikah dövründə əldə edilmiş borclarının bölünməsini tələb etməsi əsaslıdır. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikah dövründə yaranmış öhdəliklərinin ½ hisssəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Maraqlı şəxs2 ASC-nin 30.07.2012-ci il tarixli müqaviləsi ilə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli, 2(043)-883/2016 saylı qətnaməsi ilə tutulmalı olan 6958,58 manat məbləğində borcun ½ hissəsi; "xxxx" KB ASCnin 26.11.2014-cü il tarixli, 13912nkGNDJ/14 saylı müqaviləsi üzrə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(043)-3447/2016 saylı məhkəmə əmri ilə tutulmalı olan 2862,13 manat məbləğinə borcun ½ hissəsi; Maraqlı şəxs2 ASC-nin 19.03.2013-cü il tarixli müqaviləsinə əsasən yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(043)-2400/2017 nömrəli məhkəmə əmri ilə tutulmalı olan 2303,17 manat məbləğində borcun ½ hissəsi; Maraqlı şəxs2 ASCnin 13.07.2012-ci il tarixli müqaviləsi ilə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2(043)-4470/2017 saylı məhkəmə əmri ilə tutulmalı olan 752 manat məbləğində borcun ½ hissəsi; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 2(043)-3380/2019 saylı qiyabi qətnaməsi ilə tutulmalı olan 2530 manat məbləğində borcun ½ hissəsi; "xxxx" MMC-nin 19.08.2017-ci il tarixli, 198248 nömrəli və 28.11.2017-ci il tarixli, 306063 nömrəli müqavilələri üzrə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-425/2020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsi ilə tutulmalı olan 926 manat məbləğində borcun ½ hissəsi və BOKT "xxxx" MMC-nin 28.12.2017-ci il tarixli, LD********** nömrəli müqaviləsi üzrə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3129/2020 saylı, 16.11.2020 saylı qətnaməsi ilə tutulmalı olan 1890,17 manat məbləğində borcun ½ hissəsi Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar