Məhkəmə qərarları › İş №2(043)-54/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-54/2020

24.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-54/2020 24.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və cavabdeh Gəncə Su-Kanal Törəmə X6 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Su-Kanal Törəmə X2rşı “əmək haqqının ödənilməmiş hissəsinin və qeyri iş günlərində işə cəlb olunmasına görə ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə Su-Kanal Törəmə X2rşı iddia qaldıraraq, cavabdeh Gəncə Su-Kanal Törəmə X4 10712,5 (on min yeddi yüz on iki manat beş qəpik) manat olan verilməyən əmək haqqım birdəfəlik tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə verərək iddia tələbinə düzəliş etmiş və 2015-2018-ci illərdə ona əskik ödənilmiş əmək haqqı məbləği üzrə 1955 manat pulun və işə cəlb olunduğu qeyri-iş günləri üzrə ona ödənilməyən əmək haqqının hesablanıb cavabdeh tərəfindən birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təkrarən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə verərək iddia tələbinin həcmini artırmış və cavabdehdən əmək haqqının ödənilməmiş hissəsi kimi 7324,37 manat pulun işə cəlb olunduğu qeyri-iş günləri üzrə ona ödənilməyən əmək haqqının hesablanıb cavabdeh tərəfindən birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmək müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Gəncə Su-Kanal Törəmə X7 işləmişdir. Hal-hazırda cavabdehlə iddiaçının arasında işdən qanunsuz azad olunmağıyla bağlı bir mübahisəyə məhkəmədə baxılır. İddiaçı qeyd etmişdir ki, əmək müqaviləsi ləğv olunandan sonra iş yerindən ona xx.xx.2018-ci il tarixli ödəniş kartı üzrə çıxarış verilmişdir və bu ilk dəfə idi ki, bütün iş dövrü ərzində iddiaçının aldığı maaşlar haqda onun əlində rəsmi sənəd olmuşdur. Ödəniş kartı üzrə çıxarışı öyrənib iddiaçı dəqiq müəyyən etmişdir ki, işə qəbul olunduğu tarixdən 2015-ci ilin dekabr ayınının sonunadək onun əmək haqqı vəzifə maaşına və iş rejiminə uyğun ödənilməyib. Belə ki, iş günü beş günlük olub, lakin iddiaçı şənbə günlərində də işə cəlb olunmuşdur və bayram günlərində də işləmişdir. Hər gün saat 20:00 da iclaslara cəlb olunmuşdur. Lakin buna baxmayaraq, cavabdeh iddiaçıya bütün iş günü nəzərə alınmaqla ödəməli olduğu pulu da kəsirlərlə ödəyib. Ödəniş kartı üzrə çıxarışdan iddiaçıya bəlli olmuşdur ki, 2011-ci ilin avqust ayında 152 manat; 2011-ci ilin sentyabr ayında 237.52 manat; 2011-ci ilin oktyabr ayında 167.15 manat, 2011-ci ilin noyabr ayında 152.42 manat; 2011-ci ilin dekabr ayında 162.92 manat əskik ödənilmişdir. 2012-ci il üzrə yanvar ayında 77.90 manat, fevral ayında 157.48 manat, mart ayında 166,18 manat, aprel ayında 168 manat, may ayında 183.73 manat, iyun ayında 185.19 manat, iyul ayında 169.15 manat, avqust ayında 192.48 manat, sentyabr ayında 184 manat, oktyabr ayında 233.28 manat, noyabr ayında 184.55 manat, dekabr ayında isə 214 manat maaşından kəsilmişdir. 2013-cü il üzrə yanvar ayında 190.15 manat, fevral ayında 195 manat, mart ayında 190 manat, aprel ayında 128.27 manat, may ayında 224 manat, iyun ayında 183.71 manat, iyul ayında 207.4 manat, avqust ayında 268.27 manat, sentyabr ayında 174.96 manat, oktyabr ayında 272.16 manat, noyabr ayında 253.44 manat, dekabr ayında isə 243 manat maaşından kəsilmişdir. 2014-cü il üzrə yanvar ayında 278.40 manat, fevral ayında 167.48 manat, mart ayında 194.08 manat, aprel ayında 207.84 manat, may ayında 224 manat, iyun ayında 240 manat, iyul ayında 212.80 manat, avqust ayında 185.55 manat, sentyabr ayında 246.40 manat, oktyabr ayında 211.04 manat, noyabr ayında 201.60 manat, dekabr ayında isə 204.80 manat maaşından kəsilmişdir. 2015-ci il üzrə yanvar ayında 224 manat, fevral ayında 213.20 manat, mart ayında 208 manat, aprel ayında 203.20 manat, may ayında 281.60 manat, iyun ayında 240 manat, iyul ayında 254.56 manat, avqust ayında 267.20 manat, sentyabr ayında 200 manat, oktyabr ayında 243.32 manat, dekabr ayında isə 285.12 manat maaşından kəsilmişdir. Bayram günlərində, istirahət günlərində və iş vaxtından sonra işlədiyini, vəzifə səlahiyyətlərinə aid olmayan işlərə cəlb edildiyini nəzərə almamaq şərti ilə, yalnız rəsmi iş gününə görə cavabdeh ümumilikdə iddiaçıya 10712.5 (on min yeddi yüz on iki manat beş qəpik) manat düşən maaşını ödəməyib. İddiaçı bildirmişdir ki, cavabdehlə olan əmək müqaviləsi üzrə münasibətləri davam edən (və ya uzanan) hüquq münasibətləri olduğundan, o, hesab edir ki, əmək qanunvericiliyi əsasında münasibətlərinə son qoyulduğu bir il ərzində o, işəgötürənə qarşı əmək haqqının ödənilməyən hissəsinin tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, hazırda əvvəlki işinə bərpa olunmuşdur. Lakin ona əskik ödənilmiş əmək haqqı və qeyri-iş günlərində işə cəlb olunmasına görə ödənilməmiş əmək haqqını tələb edir. Onun əmək haqqı hər zaman əmək müqaviləsində göstəriləndən fərqli ödənilmiş, bu barədə dəfələrlə iş yerində mühasibatlığa və hüquqşünasa müraciət etmiş, onlar da əmək haqqının düzgün hesablandığını bildirmişlər. Lakin xx.xx.2018-ci il tarixdə işdən azad edilmiş və bundan sonra əmək haqqı ödənişləri üzrə kartdan çıxarış əldə etmiş və bu zaman ona aydın olmuşdur ki, ödənilən əmək haqqı düzgün hesablanmamışdır. Qeyri-iş günlərində və saatlarında işləməsini həmin vaxtlarda vətəndaşlara paylamaq üçün çap etdiyi qəbzlər və iş yoldaşlarının şahid ifadələri təsdiq edir. Qeyri-iş vaxtlarında işləməsi üçün ona rəsmi yazılı göstəriş verilməsə də onlardan gündəlik müəyyən sayda bildirişlərin paylanması tələb olunurdu ki, vətəndaşlar iş günlərində və saatlarında evdə olmadıqlarından çox vaxt bildirişləri şənbə-bazar günləri və həftə içi günlərdə isə iş saatlarından sonra paylamışdır. Eləcə də onlar iş günlərində hər axşam saat 8-də iclaslara cəlb edilirdilər. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Gəncə Su-Kanal Törəmə X6 nümayəndəsi X11 bildirdi ki, iddianı qəbul etmir. İddiaçının iş vaxtı həftədə beş gün, saat 09:00-dan 18:00-dək olmuşdur. İddiaçı heç vaxt qeyri-iş günlərində və ya saatlarında işləməyə məcbur edilməmişdir. İddiaçının əmək funksiyası su təchizatı abonentlərinə bildirişlərin paylanması olmuşdur. Heç kəs iddiaçıdan bildirişləri qeyri-iş vaxtlarında paylamasını tələb etməyib. İddiaçı özünün rahatlığı üçün bildirişləri qeyri-iş vaxtlarında paylamış ola bilər. Lakin buna cavabdeh məsuliyyət daşımır. İddiaçının əmək haqqı isə “xxxxxx” ASC ilə Azərbaycan Su Təsərrüfatı X1 Komitəsinin birgə qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq yerinə yetirdiyi işin həcminə görə düzgün ödənilmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda məhkəməyə ərizə təqdim edərək hazırkı mübahisə üzrə iddia müddətinin də keçdiyini, buna görə də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bununla yanaşı məhkəmənin xx xxxxx 2019-cu il tarixli iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X3 bildirmişdir ki, işçinin iş vaxtının və iş vaxtından əlavə işlənmiş saatlarının uçotu işəgötürən tərəfindən həyata keçirilməlidir. Qeyri-iş günlərində və iş vaxtından artıq işə cəlb olunmuş işçilərin əməyi qanunvericiliyə uyğun olaraq işəgötürən tərəfindən ödənilməlidir. Hazırkı məsələ ilə bağlı 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət edilməmiş və araşdırma aparılmamışdır. İddiaçı və başqa işçilər tərəfindən dövlət əmək müfəttişliyinə əmək hüquqlarının pozulması ilə bağlı şikayət daxil olmuş, şikayətin araşdırılması zamanı onların əmək funksiyasına aid olmayan işlərə cəlb edilməsi faktı aşkar edildiyindən işəgötürən inzibati cərimə növündə tənbeh edilmişdir. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli iclasında iştirak etmiş şahid X12 ifadəsində bildirmişdir ki, 2015-ci ildən İddiaçı ilə Gəncə Su-Kanal Törəmə X7 işləmişdir. Həftənin şənbə və bazar günləri, eləcə də qeyri iş günlərində onları işə çağırıb işləməyə məcbur etmişlər. O, İlhamla səhər işə gələndə görüşmüş, sonradan isə telefonla əlaqə saxlayaraq işdə olmasını bilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixində 75 nömrəli əmr ilə Gəncə Su-Kanal Törəmə X6 Kommersiya şöbəsinə su kəməri təsərrüfatında nəzarətçi işinə qəbul edilib, xx.xx.2015-ci il tarixində 07/k nömrəli əmr ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Müştəri xidməti şöbəsinə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilib, xx.xx.2017-ci il tarixində 05-k nömrəli əmr ilə, bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən müştəri xidməti şöbəsinin fakturalama qrupuna su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilib. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Gəncə Su-Kanal Törəmə X14 arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Gəncə Su-Kanal Törəmə X6 Kommersiya şöbəsinə nəzarətçi-müfəttiş vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı aylıq 289 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2015-ci il tarixdən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə dəyişiklik edilmiş və aylıq əmək haqqı 319 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli 52-k saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən-əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Su-Kanal TSCD-nin MXŞ-nin nəzarətçisi İddiaçı 2015-ci il üçün aylar üzrə əməkhaqqı cədvəlinin çıxarışından görünür ki, İddiaçı oglunun 2015-ci ilin yanvar ayından 2015-ci ilin dekabr ayına qədər hesablanmış əmək haqqı 3691,31manatdır, veriləsi məbləğ isə 2985,46 manatdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, 2016-cı ilin yanvar ayından 2018-ci ilin avqust ayına qədər İddiaçı ödənilmiş məbləğ 6617,35 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Cavabdeh Törəmə Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ödənilmiş əmək ümumi məbləği 8.672.42 manat təşkil edir. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı ödənilməli olan əmək haqqının ümumi məbləği 12.138.00 (289.00 x 42 ay) manat müəyyən edilir. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı ödənilmiş və ödənilməli olan əmək haqqı məbləğləri arasındakı fərq 3.465.58 (12.138.00- 8.672.42) manat müəyyən olunur. xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə İddiaçı ödənilmiş əmək haqqı məbləği 9.858.21 manat təşkil edir. xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı ödənilməli olan əmək haqqının ümumi məbləği 13.717.00 (319.00 x 43 ay) manat məbləğində müəyyən edilir. xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı ödənilmiş və ödənilməli olan əmək haqqı məbləğləri arasındakı fərq 3.858.79 (13.717.00-9.858.21) manat müəyyən olunur. Ekspert rəyi mühasibatlıq sahəsində xüsusi biliklərə əsaslanmadığından məhkəmə həmin ekspert rəyi ilə razılaşmamamışdır. Belə ki, ekspert rəyində İddiaçı işlədiyi ayların sayı onun əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək haqqına vurulmaqla ona ödənilməli olan əmək haqqının miqdarı müəyyən edilmişdir. Bu zaman ekspert tərəfindən İddiaçı əmək haqqından qanuna müvafiq olaraq aparılan tutulmalar (gəlir vergisi, məcburi dövlət sosial sığorta ödənişi, işsizlikdən sığorta ödənişi, həmkarlar ittifaqına üzvlük haqqı), o camlədən məhkəmə qətnaməsinə əsasən tutulmuş məbləğlər hesaba alınmamış, beləliklə aşkar surətdə əsassız rəy verilmişdir. Buna görə də məhkəmə həmin ekspert rəyini sübut növü kimi qəbul etməmiş və İddiaçı ödənilmiş və ödənilməli olan məbləğlər arasındakı fərqin müəyyən edilməsi üçün mütəxəssis cəlb etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki: xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Cavabdeh Törəmə Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ödənilmiş əmək haqqının ümumi məbləği 1304,03 manat olmuş, ödənilməli olan əmək haqqı məbləği isə 1544,99 manat olmuşdur. İddiaçı 240,96 manat pul əskik ödənilmişdir. 2012-ci il ərzində İddiaçı ödənilmiş əmək haqqının ümumi məbləği 2327,91 manat olmuş, ödənilməli məbləğ isə 2795,28 manat olmuşdur. İddiaçı 467,37 manat pul əskik ödənilmişdir. 2013-cü il ərzində İddiaçı ödənilmiş əmək haqqının ümumi məbləği 2644,94 manat olmuş, ödənilməli məbləğ isə 2809,08 manat olmuşdur. İddiaçı 164,14 manat pul əskik ödənilmişdir. 2014-cü il ərzində İddiaçı ödənilmiş əmək haqqının ümumi məbləği 2619,48 manat olmuş, ödənilməli məbləğ isə 2809,08 manat olmuşdur. İddiaçı 189,60 manat pul əskik ödənilmişdir. 2015-ci il ərzində İddiaçı ödənilmiş əmək haqqının ümumi məbləği 2989,46 manat olmuş, ödənilməli məbləğ isə 3076,48 manat olmuşdur. İddiaçı 87,06 manat pul əskik ödənilmişdir. 2016-cı il ərzində İddiaçı ödənilmiş əmək haqqının ümumi məbləği 3339,34 manat olmuş, ödənilməli məbləğ isə 3329,16 manat olmuşdur. İddiaçı 10,14 manat pul artıq ödənilmişdir. 2017-ci il ərzində İddiaçı ödənilmiş əmək haqqının ümumi məbləği 3271,33 manat olmuş, ödənilməli məbləğ isə 3371,04 manat olmuşdur. İddiaçı 99,71 manat pul əskik ödənilmişdir. 2018-ci il ərzində İddiaçı ödənilmiş əmək haqqının ümumi məbləği 2497,72 manat olmuş, ödənilməli məbləğ isə 2568,15 manat olmuşdur. İddiaçı 70,43 manat pul əskik ödənilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı əmək haqqı məbləği xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 289 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə 319 manat olmuşdur. Lakin onun əmək haqqı işəgötürən tərəfindən hesablanarkən bəzi aylar üzrə artıq, əksər aylar üzrə isə əskik məbləğlər hesablanıb işçiyə ödənilmişdir. Cavabdehin nümayəndəsi bu hesablamanı işçinin faktiki yerinə yetidiyi işin həcmi ilə əlaqələndirsə də əmək müqavilələrində işçinin əməyinin ödənilməsinin faktiki yerinə yetirilmiş işin həcminə uyğun hesablanması ilə bağlı hər hansı razılaşma yoxdur. Əksinə əmək müqaviləsindən işçinin əməyinin vaxtamuzd hesablandığı aydın görünür. Belə olan halda işəgötürən əsassız olaraq işçiyə işəmuzd hesabı ilə əmək haqqı ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 158-ci maddəsinin 1-ci bəndinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, əmək mübahisələrinə qanunvericilikdə iddia müddətlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında əmək haqqının düzgün ödənilməməsi ilə bağlı dəfələrlə rəhbərliyə öz narazılığını bildirdiyini demişdir. İddiaçı ona əməkhaqqının düzgün ödənilmədiyini işdən azad edildikdən sonra aldığı hesabdan çıxarışdan müəyyən etdiyini bildirsə də məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, işçi hər bir halda aldığı əmək haqqının miqdarını əmək haqqını alarkən bilmişdir. Digər tərəfdən İddiaçı özünün izahatından da bu məbləğin düzgün olmadığını bildiyi və bu barədə məsələ qaldırdığı görünür. Belə olan halda iddiaçının hazırkı tələbi vaxtında irəli sürməməsi nəticəsində iddia müddəti keçdiyindən hazırkı iddiaya iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Buna görə də iddianın xx.xx.2018-ci il tarixdən əvvəlki dövr üçün yaranmış pul tələbinə münasibətdə iddia müddəti tətbiq edilməklə həmin tələblər rədd edilməli, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün İddiaçı düzgün hesablanıb ödənilməmiş 70,43 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı qeyri-iş günlərində və qeyri-iş vaxtlarında işə cəlb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi yalnız şifahi məlumatlara əsaslanır. İddiaçının özü də məhkəmə iclasında qeyri-iş günlərində işə cəlb olunması ilə bağlı hər hansı rəsmi sənəd (əmr, sərəncam) olmadığını, şifahi olaraq işə cəlb olunduğunu bildirmişdir. Eyni zamanda məhkəmədə iştirak etmiş 21 saylı region üzrə dövlət əmək müffətişliyinin nümayəndəsi də iddiaçının iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı müraciət etmədiyini, müraciətinin əmək funksiyasına aid olmayan işlərə cəlb edilməsi ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının dəlillərinin tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyini nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə Su-Kanal Törəmə X4 İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində əskik ödənilmiş əmək haqqının kəsiri kimi 70,43 (yetmiş tam yüzdə qırx üç) manat məbləğində pul tutularaq iddaçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar