Məhkəmə qərarları › İş №2(043)-562/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-562/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-562/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdehlər "xxxx" KB ASC-nin nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, "xxxx" KB ASC-yə, Cavabdeh3 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı ipoteka predmetirnə tutma yönəldilməsi barədə icra qeydinin, ipotekaya tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, "xxxx" KB ASC-yə, Cavabdeh3 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə şəhər 3 saylı notariat ofisinin 27 dekabr 2021-ci il tarixli icra qeydinin, əmlaka tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsinə və ipoteka qoyulmuş əmlakın likvid və açıq bazar dəyərinin müəyyən edilməsi üçün yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə digər cavabdeh "xxxx" KB ASC arasında 16.07.2019-ci il tarixli, 010NKİ/19 saylı kredit müqaviləsinə əsasən 5% dərəcəsi ilə kredit limiti əsasında Cavabdeh3 illik 5% olmaqla 36 ay müddətinə 40000 manat kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin üzərindən 1 il keçdikdən sonra cavabdeh "xxxx" ASC tərəfindən ona tutma yönəldilməsi barədə bildiriş və o, cümlədən cavabdeh Gəncə 3 saylı Notariat Ofisi tərəfindən əmlakına tutma yönəldilməsi barədə heç bir məlumat verilmədən icra qeydi əsasında tutma yönəldilmişdir. Həmçinin tutma yönlədilməsi zamanı əmlakımın ilkin satış dəyəri 58000 manat müəyyən edilmişdir. Ona bildiriş göndərilməsi barədə heç bir məlumat yoxdur və o, cümlədən həmin bildirişin dövlət qeydiyyatının aparılması barədə ona heç bir məlumat verilməmişdir.O, cümlədən ona əmlakının hansı məbləğdə likvid və açıq bazar dəyəri barədə heç bir məlumat verilməmişdir. 3-cü şəxs olan Maraqlı şəxs tərəfindən əmlakına tutma yönəldilməsi və açıq hərraca çıxarılması və ilkin satış qiyməti barədə heç bir məlumat verilməmiş icra qeydi ilə bağlı heç bir sənəd nə cavabdeh Notariat ofisi, nə cavabdeh "xxxx" KB ASC tərəfindən sənədlər göndərilməmişdir. İcra qeydi aparılarkən Cavabdeh3 hansı tarixdən borcunu icra etməməsi bunun əsasında tələbkarın tutuma yönəldilməsinə başlamaq haqqında hüququnun yaranması yəni 3 ildən artıq müddətlə bağlı icra qeydinin aparılmasının mümkünlüyü araşdırılmamışdır. İcra qeydinin aparıla biləcəyi müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahatında göstərdi ki, əslində kredit müqaviləsi bankla iddiaçı arasında bağlanmışdır. Sadəcə olaraq ona kredit verilməsi mümkün olmadığı üçün kredit müqaviləsi Pakizənin adından bağlanmış həmin müqavilə üzrə pulu o, götürərək mülkiyyətlərində olan İsgəndər Orucov küçəsi, 8 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka qoymuşdurlar. Pandemiya ilə əlaqədar və özünün xəstəliyi ilə əlaqədar kreditdən təyinatı üzrə istifadə edə bilmədikləri üçün borcu qaytara bilməmişlər. Hazırda təsərrüfatlarında olan mal qaraları payızda sataraq borclarını tam ödəmək niyyətindədirlər. Digər tərəfdən evlərini ipoteka qoyarkən yoldaşı Pakizəyə bildirmişdir ki, kreditdən təyinatı üzrə istifadə edib borcu ödəyərək evi ipotekadan azad edəcəkdir. Hazırda vəziyyət elə gətirdi ki, borcu qaytara bilmədi. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə "xxxx" KB ASC arasında bağlanmış 16 iyul 2019-cu il tarixli əsas kredit müqaviləsi çərçivəsində 22.08.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə sonuncuya 12 ay güzəşt müddəti olmaqla, 36 ay müddətinə illik faiz dərəcəsi 5 faiz olmaqla 40000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh3 arasında bağlanmış 16.07.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini bank qarşısında ipoteka qoyaraq bu barədə rəsmi reyestrdə qeydiyyat aparılaraq müvafiq çıxarış verilmişdir. İddiaçı kretit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün dəfələrlə edilmiş xəbərdarlıqlara boxmayaraq bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə borcalana yəni iddiaçıya və ipoteka qoyana tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildiriş verilmiş və bildirişin verilməsi barədə ərizə rəsmi reyestrdə qeydə alınmışdır.İlkin olaraq borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət etmişlər, lakin məhkəmə iddia tələbinin məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina emişdir. Hesab edir ki, notarius tərəfindən icra qeydi verilərək heç bir qanun pozuntusuna yol verilməmiş, prosessual qaydalara əməl olunmaqla verildiyi üçün icra qeydinin ləğvi üçün hüquqi əsas yoxdur. İddianın əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Gəncə şəhəri 3 saylı notariat ofisinə və üçüncü şəxs Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Gəncə şəhəri 3 saylı notariat ofisinin və üçüncü şəxs Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 16.07.2019-cu il tarixli, 010mk-19 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı illik 28 faiz dərəcəsi ilə ******* manat məbləğində 60 ay müddətinə kredit limiti ayrılmış, veriləcək kreditin məbləği əlavə baglaqnacaq müqavilə ilə müəyyn edilmişdir. 22.08.2019-cu il tarixli, 010mk-1/19 saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı illik 5 faiz dərəcəsi ilə 36 ay müddətinə əsas vəsaitlərin artırılması məqsədi ilə 40000 manat məbləğində kredit verilmişdir. 16.07.2019-cu il tarixli 010mki/19 saylı ipoteka müqaviləsindən görünür ki, 16.07.2019-cu il tarixli, 010mk-19 saylı əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC-yə ipoteka qoyulmuş, evin ilkin satış qiyməti tərəflərin razılığı ilə 58.000 manat müəyyən olunmuşdur. 22.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 16.07.2019-cu il tarixli, 010mk-19 saylıkredit müqaviləsi üzrə "xxxx" KB ASC-in xeyrinə 2024-cü il tarixədək ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 03.12.2021-ci il tarixli bildirişdən görünür ki, ipoteka qoyan Cavabdeh3 və borcalan İddiaçı surətli poçt vasitəsi ilə bildiriş göndərilmişdir. 056845 və 056844 saylı xəbərnamələrdən dən görünür ki, 03.12.2021-ci il tarixli bildiriş İddiaçı və Cavabdeh3 qeydiyyatda olduqları ünvan 4 ünvanda yaşamadıqları üçün təqdim olunması mümkün olmamışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 13 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, bildiriş həmin tarixdə rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.12.2021-ci il tarixli 8İ-4205 reyestr nömrəli icra qeydinin surətindən görünür ki Cavabdeh3 məxus olan ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, İskəndər Orucov küçəsi, ev 8 ünvanında, bələdiyyə istifadəsində olan ümumi sahəsi 0.0265 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 133.8 kv.m, yaşayış sahəsi 45.6 kv.m, yardımçı sahəsi 86.2 kv.m. olan 3 (üç) otaqdan ibarət fərdi yaşayış evinə tutma yönəldilmişdir. 21275,34 manat əsas borc, 287,16 manat faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 21562,50 manat "xxxx" KB ASC-yə ödənilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün borcverən kreditin təminat üsulu olan ipoteka predmetinə tutma yönəldirməsi barədə notariusa müraciət etmişdir. Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi barədə 27.12.2021-ci il tarixli 8İ-4205 reyestr nömrəli icra qeydi verilmişdir. İddiaçı iddia etmişdir ki, ipoteka predmetinə tutma yönəldilərəkən ona bildiriş verilməmiş,bununla belə evin likvit dəyəri müəyyən edilməmişdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin verilməsi, qeydə alınması, və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notairusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir. İşdə olan bildirişdən və xəbərnamədən görünür ki, borcluya (hazırki iddiaçıya) və ipoteka qoyana yaşadıqları ünvana poçt vasitəsi ilə bildiriş göndərilmiş lakin həmin ünvanda olmamaları səbəbindən bildirişin çatdırılması mümkün olmamışdır. Bununla belə yuxarıda qeyd olunan qanunun normasından görünür ki, bildirişin rəsmi qaydada verilməsindən deyil onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. O ki, qaldı ipoteka predmetinin likvit dəyərinə (ilkin satış qiymətinə) ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflər arasında olan razılığa görə 58.000 manat dəyərində qiymətləndirilmiş və qanunvericilikdə icra qeydi verilərkən ilkin satış qiyməti ilə bağlı belə bir norma müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Gəncə şəhəri 3 saylı notariat ofisinə, "xxxx" KB ASC-yə, Cavabdeh3 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı icra qeydinin, ipotekaya tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbinə dair iddiası əsassız olduğiundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 3 saylı notariat ofisinə, "xxxx" KB ASC-yə, Cavabdeh3 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı icra qeydinin, ipotekaya tutma yönəldilməsi barədə bildirişin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbinə dair iddiası əsassız olduğiundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar