Məhkəmə qərarları › İş №2(043)-594/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-594/2021

17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-594/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İsbəndiyar oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh İsbəndiyar oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat alimentin tutularaq onun xeyirinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh İsbəndiyar oğlu ilə 2009-cu ilin sentyabr ayında qeyri rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2010-cu ildə Şəbinə, xx.xx.2012-ci ildə Aysun və xx.xx.2019-cu ildə İbad adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-506/2019 nömrəli qətnaməsi ilə cavabdehdən uşaqları Şəbinənin və Aysunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment kəsilmişdir.Lakin qətnamə çıxarıldıqdan sonra xx.xx.2019-cu ildə İbad adlı üçüncü uşaqları anadan olmuşdur. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-506/2019 nömrəli qətnamənin surətindən görünür ki, Cavabdeh İsbəndiyar oğlundan xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ay bir uşağa 50 (əlli) manat olmaqla cəmi 100.00 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İ 346954 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Cavabdeh İsbəndiyar oğlu xx.xx.2019-cu ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. AZ-İV 232727 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2019-cu ildə anadan olmuş X3 atası Cavabdeh İsbəndiyar oğludur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin xx.xx.2019-cu ildə İbad adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı uşaqları İbad iddiaçının yanında qalmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh uşağın qayğısına qalmamış, onun saxlanmasında maddi cəhətdən köməklik etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci ildən başlayaraq Cavabdeh İsbəndiyar oğlundan hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh İsbəndiyar oğlundan dövlət rüsumu hesabına 30,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İsbəndiyar oğlundan xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İş üzrə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İsbəndiyar oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar