Məhkəmə qərarları › İş №2(043)-599/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-599/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-599/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixdə anadan olmuş Məmmədov Fəqan Fərid oğlunun saxlanılması üçün cavabdehdən 200 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları 2019-cu ilin aprel ayında pozulmuş, nikahlarından doğulmuş xx xxxxxx 20160-cı il təvəllüdlü X4 onun himayəsində qalmışdır. Cavabdeh uşağın saxlanmasında ona maddi köməklik göstərmir, o isə uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X1 üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 110 manat aliment tutulması qət edilmişdir. Sonradan cavabdehlə barışıb birlikdə yaşadıqları üçün həmin alimentdən imtina etmişdir. Hazırda isə cavabdehlə ayrıldıqları üçün aliment tutulması barədə məhkəməyə yeni iddia vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək cavabdehin əvvəlki qətnamə ilə tutulan 110 manat alimenti ödəyə biləcəyini, cavabdehlə iddiaçının yaxın vaxtlara qədər birlikdə yaşadıqlarını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, müki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon məhkəməsinin 2(043)-2878/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə 110 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid qasımovun xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, tələbkar İddiaçı borclu Cavabdeh ilə qarşılıqlı razılığa gəldiklərini bildirdiyi və icra sənədinin geri qaytarılmasını xahiş etdiyi üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)2878/18 saylı xx.xx.2018-ci il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Hazırkı mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Alimentin məbləği iddianın predmetinə yox, həcminə aid olduğundan əvvəlki iş üzrə tələb edilmiş məbləğlə hazırkı iş üzrə tələb edilən məbləğlərin müxtəlif olması hazırda baxılan işin yeni bir iddia olmasına gətirib çıxarmır. Xüsusilə nəzərə alınmalıdır ki, hazırkı iddia alimentin məbləğinin dəyişdirilməsi barədə yox, məhz alimentin tutulması barədə iddiadır. Digər tərəfdən iddiaçı tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyə yox, yetkinlik yaşına çatmamış uşaqlarının təminatında cavabdehin iştirak etməməsinə əsaslanmışdır. Buna görə də hazırkı mülki işin tərəfləri, irəli sürülmüş iddianın predmeti və əsası Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(043)-2878/18 saylı qətnaməsi ilə həll edilmiş mübahisənin tərəfləri, iddianın predmeti və əsası ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266- 269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar