Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-650/2022 08.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər "xxxx" KB ASC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, Cavabdeh3 və Gəncə şəhəri 3 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" KB ASC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, Cavabdeh3 və Gəncə şəhəri 3 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" KB ASC ilə aralarında 3 və 4 saylı Gəncə şəhəri Notariat Kontorunda bağlanmış 22 noyabr 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üzrə cavabdeh ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsində aparılmış dövlət qeydiyyatına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir. Belə ki, iddia ərizəsi ümumiyyətlə imzalanmamış, bundan başqa cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməmiş və irəli sürülmüş tələbin əsaslandığı hallar iddia ərizəsində göstərilməmişdir. İddiaçının iddia tələbi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatına xitam verilməsidir. Həmin tələblər ipoteka müqaviləsinin tərəfləri olan Unibank KB ASC-yə və Cavabdeh3 yönəlmişdir. Lakin iddia ərizəsində cavabdeh kimi göstərilmiş digər iki orqana, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı yönəlmiş iddia tələbləri göstərilməmiş, eləcə də iddiada göstərilmiş tələblərin hansı əsasla bu iki orqana qarşı da yönəlmiş olması əsaslandırılmamışdır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi ipoteka müqaviləsinin aldatma yolu ilə bağlandığını bildirsə də həmin aldatmanın nədə ifadə edildiyini göstərməmiş və əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263,264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər "xxxx" KB ASC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, Cavabdeh3 və Gəncə şəhəri 3 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-650/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-650/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver