Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-687/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 və cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosessində olan Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və sahə üzrə əmlakın natural qaydada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və sahə üzrə əmlakın natural qaydada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərin və tikililərin natural qaydada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsindən təqdim edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ipoteka ilə yüklü edilmiş əmlak ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evidir. İddiaçı həmin əmlakın qismən ipoteka ilə yüklü edildiyini iddia edərək əmlakın ipoteka predmeti olmayan hissəsinin müəyyən edilməsi və ipoteka predmeti olan hissəsindən naturada ayrılmasını tələb etmişdir. Məhkəmə iclasında işin ərazi aidiyyətinin düzgün seçilib-seçilməməsi məsələsi müzakirə edilmiş, iddiaçının vəkili X3 və cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASCnin nümayəndəsi mülki işin aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon məhkəməsinə göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə uyğun olaraq həll edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. MPM-in 39.1-ci maddəsində daşınmaz əmlakla bağlı müstəsna aidiyyətin tətbiq olunduğu üç hal nəzərdə tutulur: Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması; Tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; Mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak, yəni ünvan 1 ünvanda yerləşən 0,0396 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 119,2 m2 olan fərdi yaşayış evi üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı öz tələbində bu hüququ mübahisələndirərək, torpaq sahəsinin ipoteka predmeti olmadığını, buna görə də həmin torpaq sahəsinin və onun üzərindəki əlavə tikililərin (ipoteka müqaviləsində göstərilməmiş) naturada ipoteka predmeti olmuş hissədən ayrılmasını tələb edərək, Cavabdeh1 ASC-nin əmlakın həmin hissəsi üzərindəki sahibliyini mübahisələndirir (qeyri-qanuni hesab edir) və həmin əmlakın ona qaytarılmasını tələb edir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə uyğun olaraq bu tələbə müstəsna aidiyyət qaydalarına görə daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1, 44.2.2, 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və sahə üzrə əmlakın natural qaydada bölünməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-687/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-687/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver