Məhkəmə qərarları › İş №2(043)-698/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-698/2020

06.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-698/2020 06.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində qalan 26 sentyabr 2009-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatana kimi hər ay qazancından, bütün gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci ilin payızında nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. El adəti ilə toyları Gəncə şəhəri Nizami sovxozunun ərazisində yerləşən şadlıq sarayında toyları olmuşdur. Faktiki ər-arvad kimi birgə yaşadıqları müddətdə 26 sentyabr 2009-cu il tarixdə x6 adlı bir uşaqları anadan olmuşdur. Uşaqlarının atası Cavabdeh 02 noyabr 2009-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə şəxsən özü müraciət edərək, həmin tarixdə uşağı Nigar Əkrəfiyə 1831 nömrə ilə qeyd edilmiş AZ 2 № 359554 nömrəli doğum haqqında şəhadətnamə almışdır. Bundan başqa cavabdeh 2015-ci il tarixdə qızına şəxsiyyət vəsiqəsi almışdır. Hazırda 26.09.2009-cu il tarixdə anadan olmuş x6 onun himayəsindədir və uşağının 11 yaşı var. Məktəblidir, 5-ci sinifdə oxuyur. Uşağın atası Cavabdeh uşağına baxmır, bir aydan çoxdur ki, onları tərk edib, qoca anasının üstünə atıb çıxıb anasının yanına getmişdir. Anası Sədaqət pensiyaçıdır. Aldığı pensiya özünə güclə çatır. Cavabdehin özü də əlilliyə görə hər ay 200 manat pensiya almasına baxmayaraq uşağını saxlamaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddia tələbini müdafiə edərək təmin edilməsi, 26 sentyabr 2009-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə cavabdehin hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o 200 manat müavinat alır. Özüdə vərəm xəstəsidir. Cavabdeh gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, iddia tələbi əsaslıdır və tərəflərin birgə nikahından doğulmuş 26 sentyabr 2009-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancından ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 359554 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x6 26 sentyabr 2009-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 08.09.2000-ci il tarixli № 129498 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri İcra Hakimiyyəti Səhiyyə x7 Xəstəxanasının 16.01.2020-ci il tarixli № 9 nömrəli arayışından görünür ki, 28.08.1975-ci il təvəllüdlü, Gəncə şəhər, Ə.Əliyev küç, 2-ci dön, ev 3-də qeydiyyatda olan və yaşayan Cavabdeh həqiqətən Gəncə şəhəri x3 27.05.2019-cu ildən 03.09.2019-cu ilədək “Sağ ağ ciyərin infiltrativ” diaqnozu ilə stasional müalicə alıb. İş materiallarında olan 13.10.2009-cu il tarixli AZ-İ 363915 nömrəli nikah haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh 29 oktyabr 2007-ci il tarixində x1 ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqsan sonra ərə Əkrəfi, arvada Əkrəfi soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DSMF-nun Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 21 yanvar 2020-ci il tarixli № **********9 nömrəli arayışından görünür ki, Cavabdeh hal-hazırda 2-ci qrup əlilliyə görə 200 (iki yüz) manat məbləğində pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşаq hüquqlаrı hаqqındа» Аzərbаycаn Respublikаsının Qаnunun 3-cü mаddəsinə görə uşаqlаr bаrəsində dövlət siyаsəti hər bir uşаğın zəruri mаddi və məişət şərаitində böyüyüb tərbiyə оlunmаsının, mütərəqqi tələblər əsаsındа təhsil аlmаsının, lаyiqli vətəndаş kimi fоrmаlаşmаsının təmin edilməsinə yönəldilir. Həmin Qаnunun 5-ci mаddəsində deyilir ki, dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. Həmin Qаnunun 13-cü mаddəsinə əsаsən, uşağın Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq xərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq huququ vаrdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəhər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Аzərbаycаn Respublikаsındа 2020-ci il üçün yаşаyış minimumu hаqqındа» Аzərbаycаn Respublikаsının Qаnununa əsаsən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən оlunmuşdur. Beləliklə, Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu, iddiaçının tələb etdiyi aliment məbləğini və cavabdehin azyaşlı uşağa baxmaqla işləmək imkanlarının məhdudluğunu nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, 26 sentyabr 2009-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh aylıq ümumi qazanc və gəlirinin 1/4 (dörddə bir) hissəsində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 09 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 26 sentyabr 2009-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh aylıq ümumi qazanc və gəlirlərinin 1/4 (dördə bir) hissəsində aliment tutularaq, İddiaçı ödənilsin. Aliment tutulması 09 yanvar 2020-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x10 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar