Məhkəmə qərarları › İş №2(043)-7/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-7/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-7/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-in cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi, ipoteka predmentinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 12.02.2013-cü il tarixli 17BK/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.12.2014-cü il tarixli 129BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 8506,74 ABŞ dolları əsas borc, 610,18 ABŞ dolları faiz borcu və 705,57 ABŞ dolları cərimə olmaqla, cəmi 9822,49 ABŞ dolları borcun, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun tutulmasına, tələbin ipoteka predmeti olan X5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0521 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 28.000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X6, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(043)- 7975/2017 nömrəli qərardadına əsasən cavabdehlərdən (ipoteka qoyan) Cavabdeh2 öldüyü üçün iş üzrə icraat hüquqi varisi müəyyən edilənədək dayndırılmşdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(043)-7/2021 nömrəli qərardadı ilə mülki işin icraatının dayandırılmasına səbəb olan hal aradan qaldırıldığı üçün mülki iş üzrə icraat təzələnərək Cavabdeh3 və Cavabdeh5 ipoteka qoyan Cavabdeh2 hüquqi varisi qismində cəlb edilmişdirlər. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Seymur Məmmədov və Orxan Babayev məhkəməyə iddia həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh X2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 12.02.2013-cü il tarixli 17BK/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.12.2014-cü il tarixli 129BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə cəmi 4428,67 ABŞ dolları borcun, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0521 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödınilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 28.000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması və dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddianı müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı "xxxx" KB ASC ilə X8 arasında bağlanmış 12.02.2013-cü il tarixli 17BK/13 saylı əsas kredit müqaviləsi çərçivəsində 30.12.2014-cü il tarixdə 129BKƏ/14 saylı əlavə kredit müqaviləsi bağlanaraq borcluya 30 ay müddətinə, 30.06.2017-ci il tarixədək, illik 23 % ödəmək şərtilə 18.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 30.12.2014-cü il tarixli 129BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklikl edilməsi haqqında 30.04.2015-ci il tarixli sazişə əsasən kreditin bitmə müddəti 12.02.2018-ci tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə mərhum X11 arasında bağlanmış 12.02.2013-cü il tarixli,17BKİ/13 saylı ipoteka müqaviləsinə əsasən X5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.0521 ha torpaq sahəsi "xxxx" Kommersiya Bankı ASC-yə ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi 13.02.2013-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. X1 iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 17.02.2022-ci il tarixə olan borcunun ümumilikdə 4428,67 ABŞ dolları təşkil etdiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X4 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 12.02.2013-cü il tarixli 17BK/13 saylı əsas kredit müqaviləsindən görünür ki, cavabdeh X4 "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə yəni 12.02.2018-ci il tarixədək həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla 14400 manat məbləğində kredit verilməsi şərtləndirilmişdir. 30.12.2014-cü il tarixli, 129BKƏ/14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, cavabdeh X4 "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 ay müddətinə yəni 30.06.2017-ci il tarixədək illik 23% ödəmək şərti ilə 18300 ABŞ dolları məbləğində kredit verilmişdir. 30.12.2014-cü il tarixli, 129BKƏ/14 nömrəli əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 30.04.2015-ci il tarixli sazişdən və 2 saylı əlavədən görünür ki, kreditin verilməsinə görə faiz dərəcəsi 21.5 % müəyyən edilməklə, müddət 12.02.2018-ci il tarixədək uzadılmışdır. 12.02.2013-cü il tarixli 17BKi/13 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 tərəflər arasında bağlanılmış 12.02.2013-cü il tarixli, 17BK/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsi, 6 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0.0521 ha torpaq sahəsini "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli, qeydiyyat tarixi 15.01.2013-cü il tarixli, çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsi, 6 nömrəli fərdi yaşayış evi 0,0521 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh2 mülkiyyətində olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli, qeydiyyat tarixi 13.02.2013-ci il tarixli, çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsi, 6 nömrəli fərdi yaşayış evi 0,0521 ha torpaq sahəsi ilə birlikdə 12.02.2013-cü il tarixli 17BK/13 saylı kredit müqaviləsinin təminatı kimi 12.02.2013-cü il tarixdən 12.02.2018-ci il tarixədək 60 ay müddətə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin 16 saylı filialının xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında 02.05.2017-ci il tarixli bildirişdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş cavabdehlərə təqdim olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 15.05 2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 15.05.2017-ci il tarixdə qeydə alınmışdır. Gəncə şəhər Kəpəz rayon İHB-ın 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 05.12.2018-ci il tarixli arayışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsi, 6 nömrəli fərdi yaşayış evində X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatda olmaqla, yaşayırlar. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30.12.2014-cü il tarixli, 371/UF nömrəli rəyin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsi, 6 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi 0.5221 ha olan torpaq sahəsinin bazar qiyməti 40000 manat, likvid dəyəri isə 28000 manat müəyyən edilmişdir. 18 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 30.12.2014cü il tarixli 129BKƏ/14 nömrəli əlavə kredit müqaviləsi üzrə borcu 17 fevral 2022-ci il tarixə ümumilikdə 4428,67 ABŞ dolları təşkil edir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarından biri də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Göründüyü kimi tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 12.02.2013-cü il tarixli 17BK/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.12.2014-cü il tarixli, 129BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 4428,67 (dörd min dörd yüz iyirmi səkkiz dollar 67 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməli, tutma 12.02.2013-cü il tarixli 17BKi/13 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsi, 6 ünvanında yerləşən 0.0521 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracda satılmalı, ilkin satış qiyməti (likvit dəyəri) 28.000 (iyirmi səkkiz min) manat müəyyən olunmaqla, onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına X2 12.02.2013-cü il tarixli 17BK/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.12.2014-cü il tarixli, 129BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 4428,67 (dörd min dörd yüz iyirmi səkkiz dollar 67 sent) ABŞ dolları borcu ödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait ipoteka qoyan Cavabdeh2 hüquqi varisləri Cavabdeh3 və Cavabdeh5 qaytarılmalıdır. Həmin əmlaka tutma yönəldikdə və hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər X8, X9, Cavabdeh4 və Cavabdeh5 Gəncə şəhəri, Kəpəz Rayonu, Qarabağ küçəsi, 6 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X4 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 12.02.2013-cü il tarixli, 17BK/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.12.2014-cü il tarixli, 129BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 4428,67 (dörd min dörd yüz iyirmi səkkiz dollar 67 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Tutma 12.02.2013-cü il tarixli 17BKi/13 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsi, 6 ünvanında yerləşən 0.0521 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilsin və açıq hərracda satılaraq ilkin satış qiyməti (likvit dəyəri) 28.000 (iyirmi səkkiz min) manat müəyyən olunsun. Həmin əmlakın satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına X3 12.02.2013-cü il tarixli 17BK/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 30.12.2014-cü il tarixli, 129BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait ipoteka qoyan Cavabdeh2 hüquqi varisləri Cavabdeh3 və Cavabdeh5 qaytarılsın. İpoteka predmetinə tutma yönəldildikdə və hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Gəncə şəhəri, Kəpəz Rayonu, Qarabağ küçəsi, 6 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar