Məhkəmə qərarları › İş №2(043)-78/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-78/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-78/2020 19.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxx» x5 Səhmdar Cəmiyyətinin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı «xxxxxxx» x5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı «xxxxxxx» x5 Səhmdar Cəmiyyəti cavabdehlər QafarovRafael Oruc oğluna, Cavabdeh2 və Cavabdeh3Çingiz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə 18.05.2012-ci il tarixli 124m/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.02.2018-ci il tarixli 124m-1/18 saylıəlavə kredit müqaviləsi üzrə ə 133030,51 manat əsas, faiz borcu üzrə 2727,14 manat, cərimə borcu üzrə 189,46 manat, cəmi 135947,11 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması; tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 131/3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 23.02.2018-ci il tarixli 124m-1/18 nömrəli əlavə kredit müqaviləsi üzrə 135947,11 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq «xxxxxxx» KB ASCyəödənilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 160000 manat məbləğində müəyyən edilməsi; ipoteka predmeti olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 131/3 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 və Cavabdeh3Çingiz qızının çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxx» x5 Səhmdar Cəmiyyətinin nümayəndəsi x2 iddianı müdafiə edərək izahatında göstərdi ki,«xxxxxxx» KB ASC ilə Cavabdeh1 arasında 18.05.2012-ci il tarixli 124m/12 saylıəsas kredit müqaviləsi bağlanmış və həmin müqavilənin çərçivəsində bağlanmış 23.02.2018-ci il tarixli 124m-1/18 saylıəlavə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, 20.05.2019-cu il tarixədək, illik 20 faiz ödəmək şərtilə 148000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxxxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.05.2012-ci il tarixli, 124msi/12 saylı sonrakı ipoteka müqaviləsinəəsasən Cavabdeh2 mülkiyyətində olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 131/3 saylı fərdi yaşayış evi «xxxxxxx» KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 24.05.2012-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq «xxxxxxx» KB ASC-yəödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuşödəmə müddətləri pozulmuşdur. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 Oruc oğlu məhkəməyə ərizə göndərərək işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək işə iştirakları olmadan baxılaraq iddianın təmin olunmaması barədə qətnaməçıxarılmasını xahiş etmişlər. Digər Cavabdeh3Çingiz qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 18.05.2012-ci il tarixli, 124m/12 nömrəli əsas kredit müqaviləsindən görünür ki, «xxxxxxx» Kommersiya Bankı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, 18.05.2017-ci il tarixədək müddət ərzində həmin müqavilənin çərçivəsində əlavə kredit müqavilələri bağlanmaq şərdi ilə 168000 manat məbləğində kredit verməsi şərtləndirilmişdir; 15.04.2015-ci il tarixli əsas kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında sazişdən görünür ki, tərəflər arasında bağlanmış 18.05.2012-ci il tarixli 124m/12 saylıəsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş kreditin məbləği “168000 (bir yüz altmış səkkiz min) manatdan” dəyişdirilərək ******* (beş milyon manat müəyyən edilmiş və müqavilənin bitmə müddəti dəyişdirilərək 15.04.2030-cu ilədək, 180 ay müəyyən edilmişdir. Əsəs kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır; 23.02.2018-ci il tarixli 124m-1/18 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, «xxxxxxx» Kommersiya Bankı ASC tərəfindən borcalana 36 ay müddətinə, 20.02.2021-ci il tarixədək, illik 20 faiz ödəmək şərtilə 148000 (bir yüz qırx səkkiz) manat məbləğində kredit verilmişdir; 18.05.2012-ci il tarixli 124msi/12 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 131/3 saylı fərdi yaşayış evi 18 may 2012-ci il tarixli, 124m/12 saylıəsas kredit müqaviləsi vəəsas kredit müqaviləsi ilə müəyyn edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təmin edilməsi məqsədi ilə «xxxxxxx» KB ASC-yə ipotekaya qoyulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, 24.05.2012-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 131/3 saylı fərdi yaşayış evi18.05.2012-ci il tarixli, 124m/12 nömrəli əsas kredit müqaviləsinin təminatı kimi 60 ay müddətinə daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 15739 nömrəli vərəqində «xxxxxxx» x5 Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilməsinə dair qeydiyyat aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 16.04.2015-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 131/3 saylı fərdi yaşayış evi18.05.2012-ci il tarixli, 124m/12 nömrəli əsas kredit müqaviləsi və 15.04.2015-ci il tarixli sazişin təminatı kimi 180 ay müddətinə daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 15739 nömrəli vərəqində «xxxxxxx» x5 Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilməsinə dair qeydiyyat aparılmışdır; 21.02.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «xxxxxxx» KB ASC-yə 23.02.2018-ci il tarixli, 124m-1/18 saylıəlavə kredit müqaviləsi üzrəəsas kredit borcu 133030,51 manat, faiz borcu üzrə 2727,14 manat, cərimə borcu üzrə 189,46 manat, cəmi 135947,11 manat borcu vardır; 26.02.2019-cu il tarixli, PKKİED/1067 nömrəli pretenziyadan görünür ki, borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir; Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 05.03.2019-cu il tarixli, PKKİED/1219 nömrəli bildirişin surətindən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişi Cavabdeh2 13.03.2019-cu il tarixdə qəbul etməkdən imtina etmişdir; 13.03 2019-cu il tarixli ərizədən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədəərizə 15 mart 2019-cu il tarixdə rəsmi reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh3Çingiz qızının ərizəsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə «xxxxxxx» KB ASC-yə ipoteka qoyumasına razı olduğunu və tutmanın ipoteka predmetinə yönəldiləcəyi təqdirdə evi tərk etməyi öhdəsinə götürmüşdür. 07.02.2018-ci il tarixli, 53 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəydən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 131/3 saylı fərdi yaşayış evinin likvid dəyəri 160 000 manat məbləğində qiymətləndirilmişdir; Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsinin 09.12.2019-cu il tarixli, 270-01 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 131/3 nömrəli fərdi yaşayış evinin 02.12.2019cu il tarixinə bazar dəyəri 215000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh1 arasında 18.05.2012-ci il tarixli 124m/12 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.02.2018-ci il tarixli 124m-1/18 saylıəlavə kredit müqaviləsinəəsasən borcalana 36 ay müddətinə, 20.05.2019-cu il tarixədək, illik 20 faiz ödəmək şərtilə 148000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxxxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.05.2012-ci il tarixli, 124msi/12 saylı sonrakı ipoteka müqaviləsinəəsasən Cavabdeh2 mülkiyyətində olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 131/3 saylı fərdi yaşayış evi «xxxxxxx» KB ASCyə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 24.05.2012-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin BakıŞəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinəəlavədə nəzərdə tutulmuşödəniş qrafiki üzrə dövri olaraq «xxxxxxx» KB ASC-yəödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuşödəmə müddətləri pozulduğu üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrəöhdəliyi vaxtında icra etməmələri nəticəsindəəsas kredit borcu üzrə 133030,51 manat, faiz borcu üzrə 2727,14 manat, cərimə borcu üzrə 189,46 manat, cəmi 135947,11 manat məbləğində borcu qalmışdır. . Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinəəsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinəəsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. MM-in 317.1-ci maddəsinəəsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinəəsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinəəsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasıəsaslarından biri dəəsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinəəsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrəüzərlərinəöhdəlik götürmüşlər. İddiaçı cavabdehə müqavilənin şərtlərinə uyğun kredit verməkləüzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib, işüzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 18.05.2012-ci il tarixli, 124m/12 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.02.2018-ci il tarixli 124m-1/18 nömrəli əlavə kredit müqaviləsi üzrə 133030,51 manat əsas borc, faiz borcu üzrə 2727,14 manat, cərimə borcu üzrə 189,46 manat, cəmi 135947,11 manat kredit borcu tutularaq «xxxxxxx» x5 Səhmdar Cəmiyyətinin xeyrinəödənilməli, tutma ipoteka predmeti olanBakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 131/3 saylı fərdi yaşayış evinəyönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracda satılmaqla ilkin satış qiyməti 215000 (iki yüz on beş min) manat qiymətləndirilməlidir. Tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 18.05.2012-ci il tarixli, 124m/12 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.02.2018-ci il tarixli 124m-1/18 nömrəli əlavə kredit müqaviləsi üzrə «xxxxxxx» Kommersiya Bankı x3 borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait isə ipoteka qoyana yəni Cavabdeh2 qaytarılmalı, həmin əmlak açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasıüçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və bildirişin qeydə alınmasıüçün ödənilmiş 30 manat cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 18.05.2012-ci il tarixli, 124m/12 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.02.2018-ci il tarixli, 124m-1/18 nömrəli əlavə kredit müqaviləsi üzrə 133030,51 (bir yüz otuz üç min otuz manat 51 qəpik) manat əsas borc, faiz borcu üzrə 2727,14 (iki min yeddi yüz iyirmi yeddi manat 14 qəpik) manat, cərimə borcu üzrə 189,46 (bir yüz səksən doqquz manat 46 qəpik) manat, cəmi 135947,11 (bir yüz otuz beş min doqquz yüz qırx yeddi manat 11 qəpik) manat kredit borcu, 30 manat xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq «xxxxxxx» x5 Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Tutma 18.05.2012-ci il tarixli 124msi/12 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakışəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən Cavabdeh2 mulkiyyətində olan 0.02 ha torpaq sahəsinə və onun üzərində yerləşən 131/3 nömrəli fərdi yaşayış evinəyönəldilsin və həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracda satılsın. Həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 215000 (iki yüz on beş min) manat olmaqla tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 18.05.2012-ci il tarixli, 124m/12 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 23.02.2018-ci il tarixli, 124m-1/18 nömrəli əlavə kredit müqaviləsi üzrə «xxxxxxx» Kommersiya Bankı x3 borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait ipoteka qoyan Cavabdeh2 qaytarılsın. Həmin fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3Çingiz qızı fərdi yaşayış evindən çıxarılsınlar və ev boşaldılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar