Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-788/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı qızının və Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı qızı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən faktiki nikahlarından doğulmuş 22.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin və mediyasiya ödənilmiş 50 manat xidmət haqqının yarısını yəni 25 (iyirmi beş) manat pulun tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 07 dekabr 1998-ci ildə el adəti üzrə evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 16 iyun 2002-ci ildə X8, 07 avqust 2005-ci ildə X9, 14 mart 2010-cu ildə X7 və 22 oktyabr 2015-ci ildə X10 anadane olmuşdurlar. Cavabdeh uşaqlara atalıq vermişdir. Hal-hazırda cavabdehlə ayrılmışlar. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qətnaməsi ilə 16 iyun 2002-ci ildə doğulmuş X8, 07 avqust 2005-ci ildə doğulmuş X9 və 14 mart 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər uşaq üçün 20 (iyirmi) manat olmaqla, cəmi 60 (altmış) manat alimentin tutulması qət edilmişdir. Cavabdeh aliment borcunu ödəyir. Aliment təyin edildikdən sonra, onların 22 oktyabr 2015-ci il təvəllüdlü Məhərəmova Xalid qızı doğulmuşdur. Cavabdeh ancaq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa Zəhra aliment ödəmir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək uşaqları Zəhranın saxlanması üçün hər ay 20 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 05.02.2022-ci il tarixli MŞİH-00019 seriyalı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 05.02.2022-ci il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. AZ-İ 297841 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh İddiaçı 22.10.2015-ci ildə doğulmuş X2 atası hesab edilmişdir. AZ-İİİ 645664 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 22.10.2015-ci ildə anadan olmuş Zəhranın atası Cavabdehdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 30.03.2015-ci il tarixli, 2(043)- 1302/2015 saylı qətnaməsinin surətindən görünür ki, 16 iyun 2002-ci il təvəllüdlü X4, 07 avqust 2005-ci il təvəllüdlü X5 və 14 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 20 (iyirmi) manat olmaqla, cəmi 60 (altmış) manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 22 oktyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə köçürülməlidir. Mediyasiya haqqında Qanunun 36.5-i maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Cavabdeh ödənilmiş mediyasiya xərcinin yarısı yəni 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı qızına verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 22 oktyabr 2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment və ödənilmiş mediyasiya xərci olan 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı qızına verilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-788/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-788/2022
16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver