Məhkəmə qərarları › İş №2(043)-807/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-807/2022

15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-807/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçının nümayəndələri X1 və (vəkil) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Oqtay oğlunun Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı Oqtay oğlu Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.10.2012-ci il təvəllüdlü X4 və 25.12.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün hər ay 150 manat, iki uşağa görə isə 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında bildirdi ki, o, hazırda faktiki olaraq Gəncə şəhərində yaşasa da Tərtər rayonu, Şıxarx kəndində qeydiyyatdadır. İddiaçı Oqtay oğlunun nümayəndələri X1 və (vəkili) Vəkil və Cavabdeh «aliment məbləğinin azaldılması» tələbinə dair mülki işə baxılması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsinə etirazları olmadıqlarını bildirmişlər. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını nəzərdən keçirib hesаb edir ki, mülki işin aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, Cavabdeh Tərtər rayonu, Şıxarx kəndində qeydiyyatdadır. İddiaçı isə Gəncə şəhəri Nizami Rayonunun ərazisində qeydiyyatda olmaqla orada yaşayır. Göründüyü kimi iş üzrə cavabdeh Gəncə şəhəri Kəpəz rayonunun ərazisində qeydiyyatda deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi, cavabdehin qeydiyyatda olduğu yer Tərtər rayonunun ərazisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3.-cü maddəsinə əsasən hakim özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Başqa sözlə, iş üzrə cavabdehin rəsmi qeydiyyat ünvanı Tərtər rayonunun inzibati ərazisində yerləşdiyindən hazırki tələbə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxıla bilməz, qeyd olunan mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 32.3, 44.2.2, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Oqtay oğlu Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar